Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Azərbaycana meymunçiçəyi virusunun müayinəsi üçün testlər gətirildi

    19 Avqust 2024 13:02
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycana meymunçiçəyi virusunun müayinəsi üçün testlər gətirildi
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice

    Meymunçiçəyi əlamətləri təbii çiçək xəstəliyinə oxşayan viruslu zoonozdur. Lakin kliniki olaraq təbii çiçək xəstəliyindən daha yüngül keçir. İnfeksiyanın rezervuarına bir sıra gəmiricilər və insana bənzəməyən primatlar daxildir.

    Məlumat verildiyi kimi, ölkəmizdə meymunçiçəyi infeksiyasına yoluxma halı qeydə alınmasa da, infeksiyanın yayılmaması məqsədilə bütün ilkin profilaktik tədbirlər aidiyyəti qurumlar tərəfindən icra olunur. Ümumilikdə hazırda Azərbaycanda digər infeksiyalar da nəzərə alınmaqla epidemioloji durum sabitdir. Ölkəmizə meymunçiçəyi virusunun laborator müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatları gətirilib. Meymunçiçəyi virusuna qarşı vaksinlər isə az miqdarda istehsal olunur və yalnız bu virusa endemik ölkələrə paylanılır.

    AzerVoice xəbər verir ki, bunu AZƏRTAC-a Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

    O qeyd edib ki, virusun ötürülməsi xəstə heyvan, insan və ya virusla çirklənən materiallarla təmas yolu ilə keçir: “Viruslar bədənə zədələnən dəri, nəfəs yolları və ya selikli qişalarla (ağız, burun, göz) daxil olur. Heyvandan insana isə dişləmə, cırmaqlama, ov ətinin yeyilməsi, bədən mayeləri ilə birbaşa və yara materialları ilə dolayı yolla keçir. Xəstəliyin insandan insana, ilk növbədə, iri respirator damcılarla keçdiyi düşünülür. Yoluxma üçün uzunmüddətli və sıx təmas olmalıdır.

    Xəstəliyin gizli dövrü adətən 5-21 gün olduğu hesablanıb. 5 günədək davam edə bilən başlanğıc dövrdə qızdırma, şiddətli baş ağrısı, limfa düyünlərinin böyüməsi, bel və əzələ ağrıları, bəzən kataral və mədə-bağırsaq əlamətlərinə rast gəlinir. Temperaturun başlamasından 1-3 gün sonra təbii çiçəyi xatırladan xarakterik qovucuqlu səpgilər yaranır. Bu səpgilər üz nahiyəsindən başlayır və bədənin digər nahiyələrinə keçir. Ölüm hallarının tezliyi 0-10 faiz arasında dəyişir”, - deyə infeksionist bildirib.

    Risk qrupuna daxil olanlar barədə məlumat verən T.Eyvazov deyib: “Risk qrupları arasında azyaşlı uşaqlar, hamilə qadınlar, immundefisitli şəxslər xüsusi yer tutur. İnfeksiyanın profilaktikası qeyri-spesifik (qoruyucu, gigiyenik qaydalara əməl olunması) və spesifik (vaksinasiya) tədbirlərdən ibarətdir. Əsas məqamlardan biri də xəstələrin vaxtında aşkar edilərək təcrid olunmasıdır”.

    Qeyd edək ki, meymunçiçəyi ilk dəfə 1958-ci ildə Danimarkada tədqiqat məqsədləri üçün istifadə edilən meymunlarda aşkar edilib. 1970-ci ildə Konqo Demokratik Respublikasında 9 aylıq bir uşaqda görülən virus "insanlardakı ilk meymunçiçəyi diaqnozu" olaraq qeydə alınıb. Həmin dövrdə virusun yayılması Qərbi və Mərkəzi Afrika ölkələri ilə məhdudlaşırdı.

    Afrika İttifaqının Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (Afrika CDC) tərəfindən paylaşılan məlumatlara görə, Afrikanın 13 ölkəsində meymunçiçəyi virusuna yoluxma halları aşkar edilib.

    Bu ölkələr Cənubi Afrika, Keniya, Ruanda, Uqanda, Konqo Demokratik Respublikası, Burundi, Mərkəzi Afrika Respublikası, Konqo Respublikası, Kamerun, Nigeriya, Kot-d'İvuar, Qana və Liberiyadır.

    Afrika CDC 13 Afrika ölkəsində yoluxma sayının 17 min 541, xəstəlik səbəbi ilə qeydə alınan ölüm göstəricisinin isə 517 olduğunu açıqlayıb. Virus səbəbindən qeydə alınan ölümlərin 97 faizi Konqo Demokratik Respublikasında baş verib.

    Meymunçiçəyi Afrika qitəsindən kənarda üç ölkədə görülüb. İlk dəfə 2024-cü ildə İsveç, Avstraliya və Pakistanda aşkarlanan meymunçiçəyi virusuna bu günə qədər Avstraliyada 93, Pakistanda 3 və İsveçdə 1 yoluxma halının olduğu bildirilib.

    Azərbaycana meymunçiçəyi virusunun müayinəsi üçün testlər gətirildi
    #Səhiyyə Nazirliyi #meymunçiçəyi virusu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İyulun 6-dan bəri ABŞ hücumları nəticəsində azı 50 nəfər həlak olub - İran

    18 İyul 2026 18:21

    Qəzzada ölənlərin sayı 73 min 231 nəfərə çatıb

    13 İyul 2026 17:44

    İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 4 322 nəfərə çatıb

    11 İyul 2026 22:49

    Qəzzada ölənlərin sayı 73 mini keçib

    9 İyul 2026 21:20

    Qəzzada qan bankları və laboratoriyalar tam dayanma təhlükəsi ilə üzləşib

    9 İyul 2026 18:48

    Livanda İsrail hücumları nəticəsində ölənlərin sayı 4 min 319 nəfərə çatıb

    6 İyul 2026 19:27

    Qəzzada ölənlərin sayı 73 min 98 nəfərə çatıb

    6 İyul 2026 18:29

    Qəzzada son 48 saatda azı 16 nəfər həlak olub

    4 İyul 2026 21:16

    İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı artıb

    1 İyul 2026 21:14

    Səhiyyə Nazirliyində BMT Baş katibinin Yol Təhlükəsizliyi üzrə Xüsusi Elçisi ilə görüş keçirilib

    1 İyul 2026 17:58

    Qəzzada son 24 saata 4 ölüm qeydə alındı

    29 İyun 2026 19:06

    Livanda İsrail hücumlarında ölənlərin sayı 4 243 nəfərə çatıb

    26 İyun 2026 20:19
    XƏBƏR LENTİ

    ABŞ raket istehsalı obyektlərimizi müəyyən edə bilmir - İran ordusu

    İyunun 27-dən bəri 53 mülki şəxs həlak olub - İran Səhiyyə Nazirliyi

    İran ABŞ-yə cavab olaraq kritik infrastrukturu hədəfə alacağını bildirib

    HƏMAS-ın yeni lideri vasitəçi ölkələrə təşəkkür edib

    Azərbaycan və Slovakiya məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında saziş imzalayıb

    İrana qarşı əməliyyatlara ABŞ ictimaiyyətinin münasibəti necədir?

    Azərbaycan və Çexiyanın “Agrofert” Şirkətlər Qrupu əməkdaşlıq imkanlarını müzakirə edib

    MEDİA-nın təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib

    ABŞ İranla danışıqların çətin olduğunu açıqlayıb

    İran bunun əvəzini ağır ödəyəcək - Tramp

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.