Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Üç nazirlik isti hava ilə bağlı əhaliyə müraciət edib

    5 İyul 2024 12:33
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Üç nazirlik isti hava ilə bağlı əhaliyə müraciət edib
    Facebook Twitter LinkedIn Pinterest Email

     Bakı, VOA

    Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin əhaliyə birgə müraciət yayıb.

    VOA-in xəbərinə görə, müraciətdə bildirilir ki, yay fəslində, o cümlədən turizm və taxıl biçini mövsümündə havaların xüsusilə isti və quru olduğu günlərdə yanğınların başvermə ehtimalı da artır.

    Aidiyyəti qurumlar tərəfindən aparılan genişmiqyaslı maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd etməliyik ki, meşə və kənd təsərrüfatı sahələrində baş vermiş yanğınların təhlili onların əsas səbəbinin insanların yanğın təhlükəsizliyi qaydalarına riayət etməməsi, o cümlədən biçindən sonra bəzi fermerlər tərəfindən sahələrin yandırılması, təbiət qoynunda istirahət edən insanların odla ehtiyatsız davranışı olduğunu göstərir. Nəzərə almaq lazımdır ki, ən kiçik ehtiyatsızlıq belə əhalinin ərzaq təminatı, ölkənin torpaq fondu, meşə sahələri, flora və fauna üçün ağır fəsadlarla nəticələnə bilər.

    Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri əhaliyə, o cümlədən fermerlərə, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sahibkarlara və təbiət qoynunda istirahət edən vətəndaşlara müraciət edərək, onları isti keçən və insanların təbiətdəki aktivliyinin artdığı bu mövsümdə yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət etməyə çağırır. Ölkəmizə, həmçinin insanların həyat və sağlamlığına zərər vurmamaq üçün taxıl zəmilərində və meşələrdə açıq alovdan istifadə etməyin, bu ərazilərdə tonqal qalamayın, tam söndürülməmiş siqaret kötüyü və ya kibriti, yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmayın. Küləkli havada xüsusilə diqqətli olun. Kiçik yanğın ocağı görərsinizsə, su, torpaq və ya qum ilə onu söndürməyə çalışın. Yanğın, yaxud onun əlamətlərini aşkarlasanız bu barədə dərhal Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat verin.

    Üç nazirlik isti hava ilə bağlı əhaliyə müraciət edib
    #Ekologiya və Təbii Sərvətlər Nazirliyi #Fövqəladə Hallar Nazirliyi #Kənd Təsərrüfatı Nazirliyi #isti hava şəraiti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Leyla Əliyevanın təşəbbüsü ilə Dübəndi yaşayış sahəsində təmizlik aksiyası təşkil edilib

    24 İyun 2026 11:40

    Aqrar sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib

    21 May 2026 19:13

    Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat

    1 May 2026 20:58

    Azərbaycan Memarlıq və İnşaat Universitetində yanğın baş verib

    28 Aprel 2026 15:21

    FHN Gəncədə şərti yanğın təlimi keçirib

    19 Aprel 2026 11:04

    Azərbaycanda erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi prioritetdir – Umayra Tağıyeva

    10 Aprel 2026 12:08

    Bakıda ev çökdü, gənc qız xilas edildi

    7 Aprel 2026 09:45

    Keşlədə 37 vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub - FHN

    5 Aprel 2026 14:40

    Məcnun Məmmədov Naxçıvanda fermerlərlə görüşüb

    3 Aprel 2026 09:59

    Məcnun Məmmədov Macarıstan səfiri və TDT rəsmiləri ilə aqrar əməkdaşlığı müzakirə edib

    31 Mart 2026 14:58

    İntensiv yağışlarla əlaqədar 454 nəfər təxliyə edilib

    30 Mart 2026 11:41

    Bakıda intensiv yağışlarla əlaqədar 84 nəfər təxliyə edilib - FHN

    28 Mart 2026 18:22
    XƏBƏR LENTİ

    Vaşinqton Avropada söz azadlığı təşəbbüslərini maliyyələşdirməyi planlaşdırır

    ABŞ memorandumun mürəkkəbi qurumamış hücuma keçdi - Məhəmməd Rza Arif

    Macarıstan prezidentinin səlahiyyətlərinə rəsmən xitam verilir

    İordaniyada iki hərbçi İranın hücumları zamanı həlak olub, daha biri itkin düşüb - CENTCOM

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    Oman sahilləri yaxınlığında tanker və hərbi qüvvələr arasında insident qeydə alınıb

    Türkiyə təhlükəsizlik qüvvələri İŞİD şəbəkəsinə zərbə endirib

    Xamenei ABŞ-ı "etibarsızlıqda" ittiham edib, milli birliyə çağırış edib

    Səudiyyə Ərəbistanı İranın Küveyt, Bəhreyn və İordaniyaya hücumlarını sərt şəkildə pisləyib

    ABŞ prezidentinin imzası "dəyərsiz və etibarsızdır" - Müctəba Xamenei

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.