Baş xəbər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeni qəbul edib. ABŞ Prezidenti ilə şəxsi münasibətlərinin yüksək səviyyədə olduğunu deyən dövlətimizin başçısı Birləşmiş Ştatlara səfərlərini və Donald Trampla görüşlərini, həmçinin Vitse-prezident Cey. Di. Vensin ölkəmizə səfərini məmnunluqla xatırladı, “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasını münasibətlərimizin genişləndirilməsi baxımından tarixi rola malik olduğunu qeyd etdi

Fransanın Evian şəhərində keçirilən Böyük Yeddilik (G7) sammiti təkcə dünya iqtisadiyyatı və siyasətinin aktual məsələlərinin müzakirə olunduğu platforma deyil, həm də qlobal güc balansının formalaşdırıldığı, beynəlxalq sistemdə dövlətlərin yerinin yenidən müəyyənləşdirildiyi mühüm mərkəz kimi qiymətləndirilir.

Yaxın Şərqdə son günlər baş verən diplomatik proseslər Livanı regional siyasi gündəmin mərkəzinə çevirib. Vaşinqton və Tehran arasında əldə olunan çərçivə razılaşması fonunda Livan həm yeni imkanlarla, həm də ciddi risklərlə üz-üzə qalıb. Müşahidəçilər hesab edirlər ki, qarşıdakı həftələrdə veriləcək qərarlar ölkənin gələcək təhlükəsizlik və siyasi kursunu müəyyən edə bilər.

ABŞ və İran arasında memorandumun elektron qaydada imzalandığı açıqlanıb. Donald Tramp sənədin tam imzalandığını bildirib. Hörmüz boğazının cümə gününə qədər açılacağı qeyd olunub. Razılaşmanın Tramp, Cey Di Vens və Məhəmməd Baqir Qalibaf tərəfindən imzalandığı bildirilir. Sənədin detalları hələ tam açıqlanmayıb. Tərəflər bəzi əsas müddəalar barədə ilkin məlumatlar veriblər. Razılaşmanın regional gərginliyi azaltmaq məqsədi daşıdığı vurğulanır.

2026-cı ilin may ayında Türkiyənin elektrik məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz azalaraq, 1 milyard 483 milyon 82 min dollara bərabər olub. 2026-cı ilin yanvar-may aylarında Türkiyənin elektrik məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz artaraq, 7 milyard 472 milyon 325 min dollara bərabər olub.

2026-cı ilin may ayında Türkiyənin avtomobil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz azalaraq, 3 milyard 263 milyon 982 min dollara bərabər olub. 2026-cı ilin yanvar-may aylarında Türkiyənin avtomobil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq, 17 milyard 9 milyon 7 min dollara bərabər olub.

İsrail ordusu Livanda qüvvədə olan atəşkəs rejiminə və ABŞ ilə İran arasında əldə olunduğu bildirilən son razılaşmalara baxmayaraq, ölkənin cənub bölgələrinə hücumlarını davam etdirib. Livanın dövlət informasiya agentliyinin yaydığı məlumata görə, İsrail artilleriyası Cəzzin bölgəsində yerləşən Reyhan yaşayış məntəqəsinin ətraf ərazilərini atəşə tutub.