Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi rəsmi təmaslar çərçivəsində bu gün Suriyaya səfər edəcək. Nazirin Suriyanın daxili işlər naziri Ənəs Həttab və fövqəladə hallar və fəlakətlərin idarə olunması naziri Raid əs-Salih ilə görüşəcəyi gözlənilir. Tərəflərin iki ölkə arasında "Fövqəladə hallar və fəlakətlərin idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalayacağı bildirilir.
Baş xəbər
Böyük Britaniyanın Baş naziri və Əmək Partiyasının lideri Kir Starmerin istefasını açıqlamasından sonra ölkə son on il ərzində yeddinci baş nazirini qarşılamağa hazırlaşır. Tarixən Avropa İttifaqı ölkələrinin əksəriyyəti ilə müqayisədə hökumətlərinin sabitliyi ilə seçilən Böyük Britaniya üçün bu göstərici diqqət çəkən hadisə hesab olunur.
Suriyanın devrilmiş hakimiyyəti dövründə ölkənin baş müftisi olmuş Əhməd Bədrəddin Həssunun Dəməşqdə Dördüncü Cinayət Məhkəməsində mühakimə olunması Suriyada müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə hüquqi məsuliyyətin sərhədləri ilə bağlı mühüm müzakirələrə səbəb olub.
Tarixi kökləri rəsmi olaraq 1951-ci ilə qədər uzanan və tamölçülü idman-yolsuzluq avtomobilləri seqmentində əfsanəyə çevrilən "Nissan Patrol" modelinin yeddinci nəsli (Y63) təqdim olunub. Öz tarixi keçmişi və missiyası ilə "Toyota Land Cruiser" modelinin ən birbaşa rəqibi sayılan bu nəhəng SUV, bəzi mühafizəkar mühərrik seçimləri və vizual dizayn dili ilə avtomobil dünyasında ciddi müzakirələrə səbəb olub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin məsələsinin Yaxın Şərqdə gərginliyin əsas mənbəyi olduğunu bildirib. O, İstanbulda keçirilən NATO toplantısında çıxışı zamanı bölgədə davamlı sülhün yalnız iki dövlətli həll modeli ilə mümkün olduğunu vurğulayıb. Ərdoğanın sözlərinə görə, İsrailin Fələstin torpaqlarında məskunlaşma siyasəti dayandırılmalıdır. Türkiyə Prezidenti Fələstin probleminin beynəlxalq hüquq əsasında həllinin vacibliyini qeyd edib. O, Qəzza və İordan çayının qərb sahilində davam edən hərbi əməliyyatlarla bağlı İsraili yenidən sərt tənqid edib. Ərdoğanın açıqlamaları Ankara ilə Təl-Əviv arasında davam edən siyasi gərginlik fonunda səsləndirilib. Türkiyə iki dövlətli həll modelini bölgədə sabitliyin əsas şərti hesab edir.
Plenar iclasda rəsmi məruzəçi qismində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova bildirib ki, yüz il əvvəl Bakıda əsası qoyulan elmi-mədəni əməkdaşlıq ənənəsi bu gün türk dövlətlərinin siyasi iradəsi və beynəlxalq türk əməkdaşlıq təşkilatlarının birgə fəaliyyəti sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Fondun prezidenti Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin təşkilinə görə Azərbaycan Respublikasının Hökumətinə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və bütün digər tərəfdaş qurumlara təşəkkürünü bildirib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. İclasda 2026–2028-ci illər üçün fəaliyyət planı çərçivəsində rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub. “Mygov” platformasının genişləndirilməsi, Milli Məlumat Hövzəsi və süni intellekt həllərinin tətbiqi ilə bağlı tədbirlər diqqət mərkəzində olub.
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” açılıb. Açılış mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova, Azərbaycan və digər türk dövlətlərinin nümayəndələri iştirak edib. Tədbir çərçivəsində bədii proqramlar, kitab təqdimatları, sərgilər və beynəlxalq elmi simpoziumlar keçiriləcək. Həftə iyulun 3-dək davam edəcək və türk dünyasının elmi və mədəni inteqrasiyasını gücləndirmək məqsədini daşıyır. Fondun bu tədbirlər vasitəsilə ortaq türk elmi irsinin təbliği və gələcək nəsillərə çatdırılması hədəflənir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə görkəmli maarifçi İsmayıl Qaspıralının "Dildə, fikirdə, işdə birlik" şüarından ilhamlanaraq türk əməkdaşlığı təşkilatları çərçivəsində fəaliyyətini gündən-günə daha da dərinləşdirir və genişləndirir.
Dəyişikliklərə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavinləri vəzifələri inzibati vəzifələr təsnifatından çıxarılacaq, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin köməkçisi vəzifəsi isə üçüncü təsnifat vəzifələr siyahısına daxil ediləcək.
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş NATO-ya üzv bəzi ölkələrin Ankaraya müdafiə sənayesi məhsullarının tədarükünə tətbiq etdiyi embarqoları "birtərəfli, mənasız və alyansın ruhuna zidd" adlandırıb.
Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıblar.