Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə dair ötən ilin oktyabrında Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü zamanı irəli sürdüyüm təşəbbüsün bu gün reallaşması məmnunluq doğurur.
Baş xəbər
Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə dair ötən ilin oktyabrında Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12‑ci Zirvə Görüşü zamanı irəli sürdüyüm təşəbbüsün bu gün reallaşması məmnunluq doğurur.
İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Bildirilib ki, 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan uzaq şəkildə siyasi qərar predmetinə çevrilməsi qəbuledilməzdir.
Dünyanın bir çox ölkəsi son illərdə hərbi hava qüvvələrinin inkişaf strategiyasına yenidən baxmağa başlayıb. Xüsusilə 2022-ci ildə Rusiya–Ukrayna müharibəsinin başlamasından sonra müasir müharibələrin uzunmüddətli tükəndirmə xarakteri daşıya biləcəyi qənaəti güclənib. Bu şəraitdə uğurun yalnız ən qabaqcıl texnologiyalara deyil, həm də itkilərin sürətlə bərpası, istehsalın davamlılığı və əməliyyatların dayanıqlılığına bağlı olduğu aydın şəkildə üzə çıxıb.
Koronavirus (COVID-19) pandemiyası dövründə geniş istifadə olunan ultrabənövşəyi dezinfeksiya cihazları bir çoxları üçün keçmişdə qalsa da, Cənubi Koreya avtomobil nəhəngləri bu texnologiyanı tamamilə yeni müstəviyə daşıyıb. "Hyundai" və "Kia" şirkətləri avtomobil salonunu sərnişinlər daxildə olduğu zaman belə virus və bakteriyalardan tamamilə təmizləyə bilən unikal aparat təbrik edib.
Texnologiyanın sürətli inkişafı, süni intellektin geniş tətbiqi və qlobal iqtisadi dəyişikliklər təhsil sistemi ilə əmək bazarı arasındakı ənənəvi münasibətləri köklü şəkildə dəyişir. Mütəxəssislər hesab edirlər ki, bu gün əsas sual təhsilin vacibliyi deyil, onun gələcəyin tələblərinə nə dərəcədə uyğunlaşa bilməsidir.
Musiqi bəşəriyyətin tarix boyu öz daxili duyğularını ifadə etmək, icmaları bir araya gətirmək və yaradıcılıq imkanlarını genişləndirmək üçün istifadə etdiyi universal bir dil olmuşdur. Musiqi alətləri bu zəngin mədəni irsi daha da dərinləşdirən vasitələrdir. Ancaq təkcə musiqi dinləmək deyil, həm də hər hansı bir alətdə ifa etmək fərdin zehni inkişafına olduqca müsbət təsir göstərir.
İsrail hökuməti bazar günü Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyasında ermənilərlə bağlı baş vermiş 1915–1917-ci illər hadisələrini "soyqırımı" kimi tanımaq barədə qərarı yekdilliklə qəbul edib. Qərar İsrail ilə Türkiyə arasında son illərdə artan siyasi gərginliyin fonunda qəbul olunub və iki ölkə arasındakı münasibətlərdə yeni mərhələ kimi qiymətləndirilir.
Azərbaycan XİN Səudiyyə Ərəbistanda 14 nəfərin həyatını itirməsi ilə nəticələnən helikopter qəzası ilə əlaqədar başsağlığı verib.
Səudiyyə Ərəbistanının "Saudi Aramco" neft şirkətinə məxsus helikopter ölkənin Ras Tanura bölgəsində qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 14 nəfərin hamısı həlak olub. Səudiyyə Ərəbistanının Energetika Nazirliyindən verilən məlumata görə, hadisə bazar günü yerli vaxtla saat 06:00-da baş verib. "Saudi Aramco" şirkətinə məxsus helikopter Ras Tanura bölgəsində naməlum səbəbdən qəzaya uğrayıb.
İsrail ilə Livan arasında hərbi əməliyyatların dayandırılmasına yönəlmiş çərçivə sazişinin imzalanmasından cəmi iki gün sonra İsrail ordusu Livanın cənubunda yenidən hava zərbələri endirib. Hadisə Livanda siyasi gərginliyi daha da artırıb. Hizbullah hərəkatını təmsil edən deputat Həsən Fəzlullah razılaşmanın ölkəni daxili qarşıdurmaya sürükləyə biləcəyi barədə xəbərdarlıq edib.
İctimai Televiziyada (İTV) yayımlanan "Mikrorayon" serialı iyunun 27-də nümayiş olunan final bölümü ilə başa çatıb. 12 seriyadan ibarət olan ekran işinin sonuncu – 12-ci bölümü tamaşaçılara təqdim olunub. Serial "SFN Production" və İctimai Televiziyanın birgə istehsalıdır. Layihənin ideya müəllifi və baş prodüseri Sevinc Əliyeva, ssenari müəllifi Gəray Həsən, quruluşçu rejissoru isə Qulu Əsgərovdur. Serialın vizual həlli Vasif Vəlizadə, ümumi sənət həlli isə Vüqar Qurbanov tərəfindən hazırlanıb.