Baş xəbər

Bakı Apellyasiya Məhkəməsində Ermənistan vətəndaşlarının apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib. İclas zamanı Davit İşxanyanın məhkəmə protokoluna dair təqdim etdiyi yazılı qeydlər araşdırılıb və iş materiallarına əlavə olunub. Dövlət ittihamını müdafiə edən prokurorlar və zərərçəkmiş şəxslərin nümayəndələri məsələ ilə bağlı öz mövqelərini ifadə ediblər. Davit İşxanyan və David Babayan məhkəmədə özlərini təqsirli bilmədiklərini bildiriblər. David Babayanın müdafiəçisi hökmün ləğv edilməsini və bəraət qərarının qəbul olunmasını istəyib. Levon Mnatsakanyan vəsatət vermək istədiyini bildirib. Növbəti məhkəmə iclası iyulun 7-də keçiriləcək.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ və İsraili müvəqqəti razılaşmanın şərtlərinə əməl etməyə çağırıb. O bildirib ki, öhdəliklər yerinə yetirilməzsə, Tehran cavab tədbirləri görəcək. Qalibaf ABŞ-nin İranla hərbi qarşıdurmaya gedə bilməyəcəyini iddia edib. O, İsrailin hədələrini əsassız təbliğat adlandırıb. İran rəsmisi müharibə zamanı ABŞ və İsrailin məqsədlərinə çata bilmədiyini də bildirib. Onun sözlərinə görə, hərbi əməliyyatlar uğursuzluqla nəticələnib. Qalibafın açıqlaması bölgədə davam edən gərginlik fonunda səsləndirilib.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Tehrandakı Sədabad Sarayında İran Prezidenti Məsud Pezeşkian ilə görüş keçirib. ABŞ və İsrailin hücumları nəticəsində həlak olan İranın mərhum ali lideri Əli Xameneinin xatirəsinə həsr olunmuş dövlət mərasimində iştirak etmək üçün İrana səfər edən Cevdet Yılmaz görüş barədə "X" sosial şəbəkəsindəki paylaşımında məlumat verib.

Türkiyədə son illərdə baş verən təbii fəlakətlərin statistikası ölkədə xüsusilə meşə yanğınları, daşqınlar və torpaq sürüşmələrinin ciddi risk olaraq qaldığını göstərir. Məlumatlar Fəlakətlərin İdarə Olunması və Qərarların Dəstəklənməsi Sistemi (AYDES) əsasında hazırlanıb. 2024-cü ildə Türkiyədə ümumilikdə minlərlə təbii fəlakət hadisəsi qeydə alınıb. Ən çox rast gəlinən hadisə meşə yanğınları olub. İl ərzində 5 321 meşə yanğını baş verib. Bundan başqa, 1 818 daşqın və sel, 332 torpaq sürüşməsi, 194 zəlzələ, 83 qar uçqunu və güclü qar yağıntısı, həmçinin 19 mədən qəzası qeydə alınıb.

Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani Livana səfəri çərçivəsində Tripoli şəhərində keçirdiyi görüşlər zamanı bildirib ki, bu səfər Suriya inqilabını dəstəkləyən insanlara ehtiramın ifadəsidir. Suriya Xarici İşlər Nazirliyinin məlumatına görə, əş-Şeybani Livanın şimal bölgəsinin müftisi Məhəmməd Tariq İmam, deputatlar, dini icmaların nümayəndələri, eləcə də iqtisadi və ictimai xadimlərlə görüş keçirib. Tərəflər iki ölkə arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi və qarşılıqlı maraqlara xidmət edən əməkdaşlığın inkişafını müzakirə ediblər.

ABŞ administrasiyası bu ilin əvvəlində Yaxın Şərq ölkələrindən İsrailin İranın iki yüksək səviyyəli nümayəndəsini hədəfə ala biləcəyi barədə Tehrana gizli xəbərdarlıq etmələrini istəyib. Məlumata görə, Vaşinqton İsrailin İranın xarici işlər naziri Abbas Əraqçi və parlamentin sədri Məhəmməd Baqir Qalibafı atəşkəs danışıqları zamanı öldürməyə cəhd göstərə biləcəyindən narahat olub. ABŞ hesab edib ki, belə bir addım apreldə başlayan müvəqqəti sülh danışıqlarını pozaraq münaqişənin yenidən alovlanmasına səbəb ola bilər.

Tehranda İranın mərhum ali lideri Əli Xameneinin vida mərasimi başlayıb. Mərasimin ilk günündə xarici nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulur. İran KİV-lərinin məlumatına görə, ölkənin Ali Lideri ilə vida mərasimi iyulun 3-dən 9-dək davam edəcək.

ABŞ Prezidenti Donald Trampın siyasi davranış tərzi uzun illərdir beynəlxalq siyasətdə müzakirə mövzusudur. Siyasi analitiklər hesab edirlər ki, Tramp qərarlarını yalnız impulsiv şəkildə qəbul edən lider deyil, əksinə, qeyri-müəyyənlik yaratmağı danışıqlarda təzyiq vasitəsinə çevirən xüsusi strategiyadan istifadə edir. Bu yanaşma ABŞ-ın keçmiş Prezidenti Riçard Niksonun "dəli adam nəzəriyyəsi" ilə Trampın biznes fəlsəfəsinin sintezindən formalaşmış yeni model kimi qiymətləndirilir.