Baş xəbər

Azərbaycan Respublikasının Milli Məclisi ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin qəbul etdiyi H.R. 9087 saylı qanun layihəsinə kəskin etiraz edib. Parlament sənəddə yer alan ittihamların əsassız olduğunu və beynəlxalq hüquqa zidd xarakter daşıdığını bildirib. Bəyanatda qanun layihəsinin erməni lobbi qruplarının təsiri ilə hazırlandığı iddia olunub. Milli Məclis belə təşəbbüslərin ABŞ-də seçkilər öncəsi siyasi məqsədlərə xidmət etdiyini vurğulayıb. Parlament sənədin Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesinə mənfi təsir göstərə biləcəyini qeyd edib. Həmçinin məhkum olunmuş şəxslərin "hərbi əsir" və "siyasi məhbus" kimi təqdim edilməsinin faktların təhrif edilməsi olduğu bildirilib. Milli Məclis ABŞ Konqresini Azərbaycanın suverenliyinə hörmət göstərməyə və regionda sülhə mane olacaq addımlardan çəkinməyə çağırıb.

Azərbaycan Türkiyəyə yeni səfir təyin edib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Sərəncama əsasən, Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. Dövlətimizin başçısı Şavkat Mirziyoyevi doğum günü münasibətilə ürəkdən təbrik edib, ona uzun ömür, cansağlığı, qardaş Özbəkistan xalqının xoşbəxt gələcəyi və firavanlığı naminə həyata keçirdiyi şərəfli ali dövləti fəaliyyətində yeni-yeni uğurlar və nailiyyətlər arzulayıb.

Mərakeşli müğənni Əsma əl-Münəvvər 9 illik fasilədən sonra paytaxt Rabatda keçirilən 21-ci “Məvazin: Dünya Ritmləri” (Mawazine) festivalında yenidən səhnəyə çıxıb. Sənətçinin Şərq musiqisinə ayrılmış “Ən-Nəhda” platformasında baş tutan konserti böyük tamaşaçı kütləsinin iştirakı ilə keçib.

Türkiyənin Somali siyasəti son illərdə yalnız hərbi əməkdaşlıq çərçivəsində deyil, eyni zamanda təhlükəsizlik, enerji, ticarət və kosmik texnologiyalar istiqamətində genişmiqyaslı strateji yanaşma kimi formalaşıb. Türkiyə Böyük Millət Məclisinin Somali ərazisində fəaliyyət göstərən türk hərbi kontingentinin missiya müddətinin daha iki il uzadılmasını təsdiqləməsi Ankara ilə Mogadişu arasındakı əməkdaşlığın davam etdiyini göstərir.

Universitetə qəbul prosesində ən mühüm mərhələlərdən biri olan ixtisas seçimi dövründə tələbələrin yalnız bal göstəricilərinə deyil, həm də şəxsi maraq, bacarıq və qabiliyyətlərinə uyğun qərar verməsi vacib hesab olunur. Mütəxəssislər bildirirlər ki, universitet seçimi yalnız sıralama, universitetin yerləşdiyi şəhər və ya tanınmışlıq əsasında aparılmamalıdır. Bu qərar gənclərin gələcək peşə həyatını müəyyənləşdirən uzunmüddətli seçim olduğuna görə daha peşəkar yanaşma tələb edir.

Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketini qəbul edib. Yeni paket 218 fiziki və hüquqi şəxsi əhatə edir. Sanksiyalar əsasən bank sektoruna, neft ticarətinə, "kölgə donanması"na və hərbi-sənaye kompleksinə yönəlib. Daha 33 Rusiya bankı SWIFT sistemindən ayrılacaq. Rusiya LNG-sinin Aİ-yə idxalı 2027-ci ildən qadağan ediləcək. Yeni məhdudiyyətlər kriptovalyuta platformaları və üçüncü ölkələrdə fəaliyyət göstərən şirkətləri də əhatə edir. Aİ bununla Rusiyanın müharibəni maliyyələşdirmək imkanlarını daha da məhdudlaşdırmağı hədəfləyir.

BMT Baş katibi Antonio Quterreş Yaxın Şərqdə vəziyyətin təhlükəli həddə çatdığını bildirib. O, beynəlxalq hüququn pozulmasının regiondakı böhranları daha da dərinləşdirdiyini deyib. Quterreş münaqişələrin miqyasının və mürəkkəbliyinin artdığını vurğulayıb. Baş katib Hörmüz və Bab əl-Məndəb boğazlarında gəmiçilik azadlığının bərpasına çağırıb. O, diplomatiyanın böhranın yeganə həll yolu olduğunu bildirib. Qəzza və İordan çayının qərb sahilində humanitar və təhlükəsizlik vəziyyətinin ağır olaraq qaldığını qeyd edib. BMT rəhbəri regionun daha geniş qarşıdurmaya sürükləndiyi barədə xəbərdarlıq edib.

Azərbaycan və Rusiya iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlığı müzakirə ediblər. Ceyhun Bayramov Ruslan Edelgeriyevlə keçirilən görüşdə COP-29 Sədrliyi dövründə əldə olunan nəticələr barədə məlumat verib. Görüşdə COP-31 çərçivəsində Avstraliya və Türkiyə ilə əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub. Tərəflər Xəzər dənizi üzrə ikitərəfli İşçi Qrupunun fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Xəzərin su ehtiyatlarının və ekosisteminin qorunması, eləcə də innovativ texnologiyaların tətbiqi müzakirə olunub. Görüşdə regional və beynəlxalq gündəlikdə duran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb. Azərbaycan və Rusiya iqlim sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə ediblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin "PauerÇayna Risorsis" şirkətinin prezidenti Yanq Tyanfu ilə görüş keçirib. Görüşdə Azərbaycanın investisiya mühiti və enerji ixracı imkanları təqdim olunub. Tərəflər yaşıl enerji sahəsində əməkdaşlığın inkişafını müzakirə ediblər. Günəş və külək elektrik stansiyalarının tikintisi üzrə layihələrə xüsusi diqqət yetirilib. Dövlət-özəl tərəfdaşlığı çərçivəsində yeni imkanlar da nəzərdən keçirilib. Enerji, mineral ehtiyatlar və su resurslarının səmərəli idarə olunması sahəsində əməkdaşlıq perspektivləri qiymətləndirilib. Görüşdə gələcək birgə təşəbbüslərin əhəmiyyəti vurğulanıb.

Deyr əz-Zor, Rakka və Həsəkəni əhatə edən Suriya Əl-Cəzirə bölgəsi 2026-cı ildə təşkilatın imkanlarının sınaqdan keçirildiyi əsas meydan hesab olunur. Yanvarın sonunda ABŞ qüvvələrinin yenidən mövqe dəyişməsindən və tamamilə geri çəkilməsindən, ondan əvvəl isə “SDQ” qüvvələrinin digər ərazilərə çəkilməsindən sonra Dəməşqin Fəratın şərqinə nəzarəti ələ alması təşkilatın öz xeyrinə istifadə etməyə çalışdığı yeni təhlükəsizlik reallığı yaradıb.