İsrailin Livan hökumətinə Hizbullahın silahsızlaşdırılması üçün verdiyi möhlətin başa çatmasına az qalsa da, qiymətləndirmələrə görə, İsrail ordusu ABŞ-dan açıq razılıq almadan İrana bağlı bu qruplaşmaya qarşı genişmiqyaslı hərbi əməliyyata başlamağa risk etməyəcək. Xatırladaq ki, İsrailin müdafiə naziri İsrael Kats ötən ilin noyabrında Hizbullaha silahlarını ilin sonuna qədər təhvil vermək üçün möhlət qoymuş, əks halda İsrail ordusunun Livanda ona qarşı geniş hərbi əməliyyat həyata keçirəcəyini bildirmişdi.
Axtarış nəticələri "Donald Tramp" (3358)
ABŞ, Qətər, Türkiyə və Misir rəsmiləri Qəzzada atəşkəs razılaşmasının növbəti mərhələsini müzakirə etmək üçün cümə günü Mayamidə bir araya gələcək. Məlumata görə, ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Vitkoff Qətər, Misir və Türkiyənin yüksək səviyyəli nümayəndələri ilə danışıqlar aparacaq. Türkiyəni görüşdə xarici işlər naziri Hakan Fidan təmsil edəcək. Qətərdən baş nazir Məhəmməd bin Əbdülrəhman Al-Tani, Misirdən isə xarici işlər naziri Bədr Əbdülati iştirak edəcək.
Paris cümə axşamı Fransa, Səudiyyə Ərəbistanı, ABŞ və Livanın nümayəndələrini bir araya gətirən dördtərəfli görüşə ev sahibliyi edəcək. Görüş İsrailin mümkün hərbi eskalasiyasının bir ildən artıqdır qüvvədə olan atəşkəs razılaşmasını pozacağı ilə bağlı artan narahatlıqlar fonunda baş tutacaq. Fransalı rəsmilər bildiriblər ki, İsrailin müharibəni bərpa etməklə bağlı təkrarlanan və açıq təhdidləri Livan üçün təcili təhlükə yaradır. Paris həmçinin ABŞ-ın İsrailin niyyətləri ilə bağlı mövqeyindəki qeyri-müəyyənlikdən narahatdır. Fransada hakim olan rəyə görə, ABŞ prezidenti Donald Tramp administrasiyası İsraili cilovlamağa meyilli deyil.
18 dekabr 2019-cu ildə ABŞ Konqresinin Nümayəndələr Palatası 45-ci prezident Donald Trampın impiçmentinə səs verdi. O, səlahiyyətdən sui-istifadə və Konqresin işinə mane olmaq ittihamları ilə impiçment olunan ABŞ tarixində üçüncü prezident oldu. Səsvermə əsasən partiya xətti üzrə keçdi: 230 lehinə, 197 əleyhinə, 1 bitərəf. Proses Trampın Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı ətrafında yaranan qalmaqaldan sonra başladı. Məlumatlara görə, Tramp ABŞ-ın Ukraynaya ayırdığı maliyyə yardımını dayandırmaqla hədələyərək, Co Baydenin oğlu Hanter Baydenlə bağlı araşdırma aparılmasını istəmişdi. Ağ Ev bu iddiaları rədd etdi.
Donald Tramp administrasiyasının yeni ABŞ Milli Təhlükəsizlik Strategiyası nə dərəcədə Amerikanın qlobal roluna sistemli yenidən baxışı əks etdirir, yoxsa daha çox strateji planlaşdırma institutlarının böhranını, transatlantik təhlükəsizlik arxitekturasının aşınmasını və Vaşinqtonun Avropadan uzaqlaşması fonunda Moskva ilə de-fakto asimmetrik yaxınlaşmanı nümayiş etdirir.
Kamboca ilə Tailand arasında atəşkəsə baxmayaraq davam edən sərhəd toqquşmalarında həlak olan kambocalı mülki şəxslərin sayı 17-yə yüksəlib. Kambocanın dövlət xəbər agentliyi Agence Kampuchea Presse (AKP)-nin məlumatına görə, ölkənin Daxili İşlər Nazirliyi 7–16 dekabr tarixləri arasında baş verən toqquşmalarla bağlı açıqlama yayıb. Açıqlamada bu müddətdə 17 Kamboca vətəndaşının həyatını itirdiyi bildirilib.
ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı tam səyahət qadağası tətbiq edilən ölkələrin siyahısını genişləndirərək, aralarında Suriya da olmaqla daha yeddi ölkənin vətəndaşlarının ABŞ-yə girişini qadağan edib. Ağ Evin yaydığı bəyanatda bildirilib ki, Tramp milli təhlükəsizlik və ictimai təhlükəsizlik təhdidlərindən qorunmaq məqsədilə yoxlama, nəzarət və məlumat mübadiləsində ciddi çatışmazlıqları olan ölkələrin vətəndaşlarına qarşı giriş məhdudiyyətlərini “genişləndirən və gücləndirən” fərman imzalayıb.
ABŞ Prezidenti Donald Trampın Ağ Ev aparat rəhbəri (Chief of Staff) Susie Wiles-ın “Vanity Fair” jurnalına verdiyi müsahibədə administrasiya daxilində bir sıra mövzular üzrə tənqidi fikirlər səsləndirdiyi bildirilir.
İsrail parlamenti Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) ofislərinə elektrik və su təchizatının dayandırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
ABŞ prezidenti Donald Tramp Qəzza zolağında təhlükəsizliyin təmin olunması məqsədilə yaradılan Beynəlxalq Sabitləşdirmə Qüvvəsinin artıq fəaliyyət göstərdiyini və prosesə yeni ölkələrin qoşulacağını bildirib. Tramp bu barədə bazar ertəsi Ağ Evdə, Oval kabinetdə jurnalistlərə açıqlamasında deyib. ABŞ prezidenti qeyd edib ki, mexanizm formal şəkildə artıq işə salınıb və iştirakçı ölkələrin sayı tədricən artır.
Sudanın faktiki lideri, general Abdel Fəttah əl-Burhan ölkədə davam edən münaqişənin həlli məqsədilə ABŞ prezidenti Donald Trampla əməkdaşlığa hazır olduğunu bəyan edib.
İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Tom Barrak ilə görüşüb. Görüş, bu ayın sonlarında Florida ştatında keçirilməsi planlaşdırılan ABŞ–İsrail sammiti ərəfəsində Vaşinqtonun Netanyahoya ünvanladığı açıq və sərt mesajlar fonunda baş tutub. İsrail mediasının məlumatına görə, danışıqlarda əsas diqqət Qəzza zolağındakı vəziyyət, Suriyada təhlükəsizlik məsələləri və Netanyahunun Tramp ilə gözlənilən görüşünə yönəlib. ABŞ tərəfi Qəzzada atəşkəsin ikinci mərhələsinə keçidin vacibliyini vurğulayaraq, Türkiyənin mümkün beynəlxalq missiyada rolunun əhəmiyyətini ön plana çıxarıb. Bildirilib ki, Türkiyə HƏMAS üzərində təsir imkanlarına malik əsas aktorlardan biridir və prosesdən kənarda saxlanılması planın risk altına düşməsinə səbəb ola bilər.
ABŞ Prezidenti Donald Tramp 6 yanvar 2021-ci ildə etdiyi çıxışın bir sənədli filmdə montaj olunma formasına görə Böyük Britaniyanın ictimai yayım qurumu BBC-yə qarşı 5 milyard dollarlıq böhtan iddiası qaldırıb. Tramp həmçinin Florida ştatının ticarət təcrübələri haqqında qanununun pozulduğu iddiası ilə əlavə olaraq daha 5 milyard dollar tələb edir. Florida ştatında məhkəməyə təqdim edilən iddia ərizəsində bildirilir ki, BBC-nin Panorama sənədli filmində Trampın çıxışının müxtəlif vaxtlarında səsləndirdiyi cümlələr “qəsdən, pis niyyətlə və aldadıcı şəkildə təhrif edilərək” onun barəsində böhtan xarakterli təqdimat yaradılıb.
ABŞ Prezidenti Donald Tramp Ukrayna–Rusiya müharibəsi ilə bağlı Avropa liderləri ilə genişmiqyaslı görüşlər keçirdiyini bildirərək, diplomatik prosesin “ehtiyatlı, lakin müsbət” istiqamətdə irəlilədiyini deyib. Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp təxminən bir saat əvvəl Avropa liderləri ilə apardığı danışıqlara toxunub. “Rusiya və Ukrayna arasındakı müharibənin də müzakirə olunduğu çox yaxşı bir görüş keçirdik. Görüş uzun çəkdi. İşlər yaxşı gedirmiş kimi görünür, lakin bunun çətin bir proses olduğunu da bilirik.” - deyə Tramp qeyd edib.
Palmira yaxınlığında Suriya təhlükəsizlik qüvvələri ilə ABŞ hərbçilərinin birgə patruluna qarşı törədilmiş ölümcül terror hücumu həm ərəb dünyasında kəskin qınaq doğurub, həm də Dəməşq ilə Vaşinqton arasında formalaşmaqda olan təhlükəsizlik əməkdaşlığının strateji əhəmiyyətini ön plana çıxarıb. Hücum şənbə günü Suriyanın mərkəzində, Homs əyalətinin kənd ərazilərində yerləşən Palmira yaxınlığında baş verib. UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilən bu ərazi 2015–2017-ci illərdə iki dəfə İŞİD-in nəzarətində olub və həmin dövrdə mədəni irsin sistemli şəkildə məhv edilməsi, kütləvi edamlar və mülki əhaliyə qarşı ağır repressiyalarla yadda qalıb.
İsrail ordusunun Suriyanın cənub-qərbində həyata keçirdiyi hərbi reydlər regionda gərginliyi daha da artıraraq faktiki “təhlükəsizlik buferi”nin yaradılması istiqamətində yeni mərhələnin başlandığını göstərir. Son aylarda intensivləşən bu əməliyyatlar yerli əhali arasında ciddi narazılıq yaradıb və Dəməşqlə Tel-Əviv arasında münasibətlərin normallaşması ehtimalını faktiki olaraq aradan qaldırıb.
Florida ştatının qubernatoru Ron DeSantis-in “Müsəlman Qardaşları” təşkilatını “terrorçu qurumlar” siyahısına daxil etməsi ABŞ siyasi mühitində bu təşkilata qarşı sürətlə dərinləşən dönüşü göstərən bir addımdır. Uzun illər Vaşinqtonun İxvanla bağlı qeyri-müəyyən və ziddiyyətli siyasəti bəzən diqqətsizlik, bəzən də məhdud əməkdaşlıq indi yerini daha sərt yanaşmaya verir və təşkilatın sərhədləri aşan ideoloji şəbəkə olaraq uzunmüddətli təhlükə yaratdığı rəyi güclənir.
ABŞ Prezidenti Donald Tramp Suriyada amerikalı iki əsgərin və bir mülki tərcüməçinin öldürülməsinə münasibət bildirib. Tramp itkilərə görə dərin kədər hissi keçirdiyini bildirib və yaralanan üç ABŞ əsgəri üçün dua etdiyini qeyd edib.
İran Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-mayor Əli Cihanşahi bildirib ki, İran ordusu müasir texnologiyalar sahəsində müəyyən güc və müstəqillik əldə edib.
Türkiyənin Ticarət naziri Ömər Bolat, ABŞ-da çox məhsuldar görüşlər keçirdiklərini və iki ölkə arasındakı ticarət həcmini 100 milyard dollar hədəfinə çatdırmaq üçün işlərin davam edəcəyini açıqlayıb.O bildirib ki, Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında sentyabr ayında baş tutmuş görüş iki ölkə münasibətlərində mühüm dönüş nöqtəsi olub. Bu görüşün siyasi əlaqələr və regional böhranların həllində Türkiyə və ABŞ arasındakı əməkdaşlığa sürət qazandırdığını vurğulayıb.
“Boeing” şirkəti tərəfindən hazırlanmaqda olan iki yeni “Air Force One” prezident təyyarəsinin birincisinin təhvili daha bir il gecikərək 2028-ci ilin ortalarına planlaşdırılıb.
Tailand və Kamboca rəhbərliyi cəbhə xəttində baş verən qanlı toqquşmalardan sonra atəşkəsə razılaşıblar. Bu barədə ABŞ prezidenti Donald Tramp öz “Truth Social” sosial şəbəkəsində yazıb.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, Avropa İttifaqı ilə ABŞ arasında münasibətlərin dəyişməsinin əsas səbəbi Aİ-nin özündə baş verən transformasiyadır.
ABŞ Prezidenti Donald Tramp, Tayland və Kamboca arasında atəşkəsə baxmayaraq yenidən başlayan sərhəd münaqişəsini bir neçə telefon danışığından sonra “yoluna qoyacağını” bildirib. Tramp, Respublikaçı və Demokrat Konqres üzvlərini Ağ Evdə qarşıladığı Yeni İl tədbirində gündəmdəki məsələlərə toxunub. Tayland və Kamboca arasındakı son dövrdə başlayan münaqişə xaricində, prezidentlik dönəmində dünya üzrə 8 münaqişəni sona çatdırdığını qeyd edib.