Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    Parisdə Fransa, Səudiyyə Ərəbistanı, ABŞ və Livanın iştirakı ilə dördtərəfli görüşü keçiriləcək

    18 Dekabr 2025 09:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Parisdə Fransa, Səudiyyə Ərəbistanı, ABŞ və Livanın iştirakı ilə dördtərəfli görüşü keçiriləcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Paris cümə axşamı Fransa, Səudiyyə Ərəbistanı, ABŞ və Livanın nümayəndələrini bir araya gətirən dördtərəfli görüşə ev sahibliyi edəcək. Görüş İsrailin mümkün hərbi eskalasiyasının bir ildən artıqdır qüvvədə olan atəşkəs razılaşmasını pozacağı ilə bağlı artan narahatlıqlar fonunda baş tutacaq.

    AzerVoice xəbər verir ki, Fransalı rəsmilər bildiriblər ki, İsrailin müharibəni bərpa etməklə bağlı təkrarlanan və açıq təhdidləri Livan üçün təcili təhlükə yaradır. Paris həmçinin ABŞ-ın İsrailin niyyətləri ilə bağlı mövqeyindəki qeyri-müəyyənlikdən narahatdır. Fransada hakim olan rəyə görə, ABŞ prezidenti Donald Tramp administrasiyası İsraili cilovlamağa meyilli deyil.

    İsrail Livan ordusunu Litani çayının cənubunda Hizbullahın silahsızlaşdırılmasını nəzərdə tutan planın birinci mərhələsi üzrə hökumətin öhdəliklərini yerinə yetirməməkdə ittiham edir.

    Bir tərəfdən İsrailin təzyiqi, digər tərəfdən isə Hizbullahın silahlarını təhvil verməkdən imtinası fonunda Paris Livanı qorumaq üçün çıxış yolu və aydın mexanizm axtarır. Fransa rəsmiləri Livan ordusunun iddiaların əksinə olaraq üzərinə düşən vəzifələri yerinə yetirdiyini nümayiş etdirmək niyyətindədir.

    Bu kontekstdə Fransa Livan ordusunun atdığı addımları maddi və yoxlanıla bilən sübutlarla sənədləşdirəcək yeni mexanizmin yaradılmasını təklif edib. Paris həmçinin BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) ordu bölmələrini yoxlama və müsadirə əməliyyatları zamanı müşayiət etməsini, prosesləri sənədləşdirməsini və nəticələrin ictimaiyyətə açıqlanmasını təklif edir.

    Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Fransa “Hizbullahın silahsızlaşdırılmasına nəzarət üçün ikinci mexanizm üzərində işləyir”.

    Dekabrın 15-də Livan ordusunun rəhbərliyi tərəfindən ölkənin cənubunda təşkil olunan genişmiqyaslı səfər, eləcə də BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin nümayəndələri və yerli və beynəlxalq media üçün keçirilən turlar hökumətin və ordunun BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrasına sadiqliyini göstərmək məqsədi daşıyıb.

    Son həftələr Paris Livan məsələsində diplomatik fəallığını artırıb. Cümə axşamı keçiriləcək görüş Fransa prezidenti Emmanuel Makronun Yaxın Şərq üzrə müşaviri Ann-Kler Lejandr və onun Livan üzrə şəxsi nümayəndəsi, sabiq xarici işlər naziri Jan-İv Le Drianın son bir ayda iki səfərini əhatə edən diplomatik səylərin yekunu sayılır.

    Makron eyni zamanda Livan ordusuna və təhlükəsizlik qüvvələrinə dəstək konfransı, eləcə də iqtisadi yardım və bərpa üzrə ayrıca konfransla bağlı bir sıra mühüm telefon danışıqları aparıb. Hər iki tədbirin tarixi hələlik müəyyən edilməyib.

    #Səudiyyə Ərəbistanı #ABŞ #Fransa #Livan #Paris #Yaxın Şərq diplomatiyası #Livan İsrail gərginliyi #Paris görüşü #Fransa ABŞ Livan Səudiyyə Ərəbistanı #Hizbullah silahsızlaşdırılması #BMT Təhlükəsizlik Şurası 1701 #İsrail Livan atəşkəsi #Livan ordusuna dəstək
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Neftdən sonra nə gəlir? Səudiyyənin təmiz enerji strategiyası

    21 İyul 2026 21:02

    Tramp İranın nüvə obyektlərinə yeni zərbə ehtimalından danışıb

    21 İyul 2026 20:55

    İran müharibəsi aralıq seçkilərə təsir etməyəcək - Tramp

    21 İyul 2026 20:27

    Suriya Hizbullahla mübarizədə effektiv ola bilər - Tramp

    21 İyul 2026 20:24

    Tramp İranın hərbi imkanları barədə danışıb

    21 İyul 2026 20:21

    Nəbih Berri müharibəyə son qoyulmasını dəstəkləyir - Cozef Aun

    21 İyul 2026 20:16

    İran dialoq üçün “ümidsiz şəkildə görüşmək istəyir” - Tramp

    21 İyul 2026 20:13

    İsrail Livanın cənubunda yenidən yerləşdirilmə prosesindədir - Tramp

    21 İyul 2026 20:10

    ABŞ-İran münaqişəsində uzunmüddətli qarşıdurma riski artır

    21 İyul 2026 20:06

    Livan Prezidenti Ağon Ağ Evdə Trampla görüşüb

    21 İyul 2026 20:03

    İsrail qüvvələri Livan ordusunun yerləşdiyi ərazi yaxınlığında atəş açıb

    21 İyul 2026 20:00

    ABŞ ordusu İraqda həlak olan hərbçinin adını açıqlayıb

    21 İyul 2026 19:57
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    Neftdən sonra nə gəlir? Səudiyyənin təmiz enerji strategiyası

    Tramp İranın nüvə obyektlərinə yeni zərbə ehtimalından danışıb

    Şahbaz Şərif İran daxili işlər naziri ilə görüşdə bütün tərəfləri təmkinli olmağa çağırıb

    İran müharibəsi aralıq seçkilərə təsir etməyəcək - Tramp

    Suriya Hizbullahla mübarizədə effektiv ola bilər - Tramp

    Tramp İranın hərbi imkanları barədə danışıb

    Nəbih Berri müharibəyə son qoyulmasını dəstəkləyir - Cozef Aun

    İran dialoq üçün “ümidsiz şəkildə görüşmək istəyir” - Tramp

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.