Axtarış nəticələri "Donald Tramp" (3358)

Etirazlar Tehranda, xüsusilə “Böyük Bazar” ərazisində genişlənib. Tacirlərin ardıcıl ikinci gündür tətili davam edir, zərgərlik, parça və xalça bölmələrində mağazalar bağlanıb. “15 Xordad” meydanı və zərgərlər bazarı ətrafında metal qapıların endirildiyini göstərən foto və videolar yayılıb; bazara aparan keçid və küçələrdə gücləndirilmiş təhlükəsizlik tədbirləri müşahidə olunur.

Danimarka mətbuatı ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamalarından sonra 1952-ci ilə aid məxfi hərbi sənədi ictimaiyyətə açıqlayıb. Sənədə əsasən, Danimarka Silahlı Qüvvələri milli ərazilərə yönələn mümkün hücum zamanı rəsmi müharibə elanını və ya siyasi rəhbərliyin ayrıca göstərişini gözləmədən dərhal hərbi cavab vermək səlahiyyətinə malikdir.

ABŞ-ın xüsusi təyinatlı qüvvələri Venesuela ilə əlaqələndirilən, Rusiya bayrağı altında üzən “Marinera” neft tankerini Şimali Atlantikdə ələ keçirib. ABŞ-ın Avropa Komandanlığı tankerə nəzarətin ABŞ sanksiyalarının pozulması iddiası ilə götürüldüyünü bildirib. Məlumata görə, tanker daha əvvəl “Bella-1” adı ilə tanınıb və ABŞ tərəfi onu sanksiyalardan yayınmaqda istifadə edilən “kölgə donanması”nın tərkib hissəsi kimi təqdim edir. ABŞ rəsmiləri bildiriblər ki, tanker Venesuelaya gedib-gələn sanksiyalı gəmilərə qarşı dəniz məhdudiyyətlərini yarıb və Sahil Mühafizəsinin göyərtəyə çıxmaq cəhdlərini rədd edib.

ABŞ-da Venesuela Prezidenti Nikolas Maduronun zorla saxlanılması, Vaşinqtonun Venesuela üzərində “müvəqqəti idarəetmə” ritorikası və qonşu ölkələrə mümkün güc tətbiqinə dair eyhamlar ABŞ-ın regiona yanaşmasında kəskin dönüşü göstərir. Donald Tramp administrasiyası bu addımları narkotik ticarəti və “narko-terrorizm”lə mübarizə çərçivəsində əsaslandırır. Bununla belə, baş verənlər Birləşmiş Millətlər Təşkilatının çərçivəsindən kənar güc tətbiqi ilə bağlı presedent müzakirələrini gücləndirir və regionda təhlükəsizlik balansına dair suallar yaradır.

ABŞ Dövlət Katibi Marko Rubio, Prezident Donald Tramp administrasiyasının Qrenlandiyanı “işğal etməyi deyil, satın almayı hədəflədiyini” bildirib. Rubio Konqres üzvlərinə Venesuelaya müdaxilə mövzusunda etdiyi brifinqdə, Trampın Qrenlandiya planlarına dair açıqlamalarından bəhs edib. Konqres üzvlərinin, Trampın Siyasət və Daxili Təhlükəsizlik üzrə müşavir Yardımçısı Stiven Miller kimi yüksək səviyyəli rəsmilərin “agressiv açıqlamaları” səbəbindən Grönlandla bağlı verdikləri suallara Rubio, Trampın Qrenlandiyanı “satın almaq istədiyini” bildirib.

Delsi Eloina Rodriges Qomes (18 may 1969-cu il təvəllüdlü) — venesuelalı hüquqşünas, diplomat və siyasətçidir. O, 5 yanvar 2026-cı ildə, ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronu saxlamasından iki gün sonra Venesuelanın müvəqqəti prezidenti kimi and içib. Rodriges 2018–2026-cı illərdə Venesuelanın vitse-prezidenti olub və Uqo Çaves və Nikolas Maduronun prezidentlikləri dövründə bir sıra yüksək dövlət vəzifələrində çalışıb. Delsi Rodriges Venesuelanın hakim partiyası olan Venesuela Birləşmiş Sosialist Partiyasının (PSUV) milli rəhbərliyinin üzvüdür. Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları və Kanada onu insan hüquqlarının pozulması və ölkədəki siyasi böhrandakı roluna görə sanksiyalara məruz qoyub. Onun vitse-prezidentliyi 2019–2023-cü illərdə beynəlxalq səviyyədə mübahisəli hesab edilib. Bununla yanaşı, Rodriges ağır ABŞ sanksiyaları şəraitində Venesuela iqtisadiyyatının sabitləşdirilməsi və neft hasilatının artırılmasında əsas fiqurlardan biri kimi təqdim olunur.

Kolumbiyanın xarici işlər naziri Rosa Yolanda Villavicencio ölkəsinin suverenliyinə qarşı istənilən xarici təcavüzə hərbi cavab veriləcəyini bəyan edib. Nazir bu açıqlama ilə ABŞ Prezidenti Donald Trampın son bəyanatlarına reaksiya verib. Villavicencio çərşənbə axşamı keçirdiyi mətbuat konfransında beynəlxalq hüquqa əsasən dövlətlərin özünümüdafiə hüququna malik olduğunu vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp Venesuelada 30 gün ərzində yeni seçkilərin keçirilə bilməyəcəyini açıqlayıb. O bildirib ki, əvvəlcə ölkə “sabitləşdirilməli”dir. Tramp həmçinin ABŞ-ın ölkədə uzunmüddətli rol oynayacağını söyləyib. Tramp NBC News-ə verdiyi müsahibədə qeyd edib ki, ABŞ-ın hərbi müdaxiləsi ilə Venesuela Prezidenti Nikolas Maduronun saxlanmasından sonra Vaşinqton ölkədə uzunmüddətli rol oynayacaq.

İranda bir həftədən uzun davam edən etirazlarda 35 nəfər həyatını itirib, 1 200-dən çox insan saxlanılıb. Etirazlar ölkənin 27 vilayətində davam edir. İranda baş verən etirazlarda ölənlərin sayı azı 35-ə çatıb. Ölümlər arasında 29 etirazçı, 4 uşaq və İran təhlükəsizlik qüvvələrinin 2 üzvü var. ABŞ-ın İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat verib ki, etirazlarda 1 200-dən çox insan saxlanılıb.

Amerikadakı anti-Azərbaycan qüvvələrin, erməni lobbisinin fəaliyyəti nəticəsində qəbul olunan 907-ci düzəlişin ABŞ ilə Azərbaycan arasında genişmiqyaslı münasibətlərin qurulmasına imkan vermədiyini qeyd edən dövlətimizin başçısı artıq bu məhdudiyyətin aradan qaldırıldığını vurğulayaraq deyib: “Bunun təbii ki, iki əsas səbəbi var: Birincisi, Azərbaycan-Ermənistan müharibəsinin rəsmən sona çatması, ikincisi, Amerikada Prezident Tramp administrasiyasının hakimiyyətdə olması. Bu administrasiya çox praqmatik, çox peşəkar və Amerikanın milli maraqlarının nə olduğunu çox yaxşı bilən üzvlərdən ibarətdir, Prezident başda olmaq şərti ilə”.

Kolumbiya Prezidenti Gustavo Petro ABŞ Prezidenti Donald Trump tərəfindən səsləndirilən hədələr fonunda ölkəsinin suverenliyini müdafiə etməyə hazır olduğunu bildirib. Prezident Petro sosial şəbəkə paylaşımında qeyd edib ki, ABŞ-ın Venesuelada həyata keçirdiyi son müdaxilə kimi hər hansı zorakı addım Kolumbiyaya qarşı atılarsa, bu, cavabsız qalmayacaq. Onun sözlərinə görə, zərurət yaranacağı təqdirdə ölkəsini qorumaq üçün silaha əl atmağa hazırdır.

ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronun zorla ölkədən çıxarıldığını açıqlamasından bir neçə saat sonra İsrail siyasətçisi Yair Lapid Tehrana açıq xəbərdarlıq edib. O bildirib ki, İran hakimiyyəti Venesuelada baş verənlərə diqqətlə baxmalıdır. Analitiklərin fikrincə, ABŞ Prezidenti Donald Trampın Maduronu hakimiyyətdən kənarlaşdırması Vaşinqtonun İranla müharibə ehtimalını daha da artırır. Bu addım Trampın İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündən və İrana qarşı yeni zərbələr endirilə biləcəyi barədə açıqlamalarından az sonra baş verib.

Qrenlandiyanın Baş Naziri Yens Frederik Nielsen ABŞ Prezidenti Donald Trampın avtonom Danimarka ərazisini ilhaq etmək təhdidlərinə sərt reaksiya verib. “Daha çox təzyiq olmayacaq. Daha çox işarələr olmayacaq. İlhaq xəyalları olmayacaq. Biz dialoqa və müzakirələrə açığıq, amma bu yalnız beynəlxalq hüquqa hörmətlə və düzgün kanallar vasitəsilə baş verməlidir.” - deyə paylaşımda qeyd edib. Prezident Tramp bazar günü ABŞ-ın tərkibinə Qrenlandiyanın qatılması iddiasını təkrarlayıb. O, strateji yerləşməsinə görə Qrenlandiyanı milli təhlükəsizlik baxımından önəmli adlandırıb. Tramp jurnalistlərin suallarına cavab olaraq bildirib:

Venesuela Prezidenti Nikolas Maduro bu gün ABŞ-ın Nyu-York şəhərində məhkəmə qarşısına çıxacaq. ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına əsasən, Maduro, həyat yoldaşı, oğlu Nikolas Maduro Guerra, Venesuelanın daxili işlər naziri Diosdado Cabello, keçmiş daxili işlər naziri Ramon Rodriqez Çacín və “Tren de Araqua” cinayət qruplaşmasının lideri Hector Rusthenford Guerrero Flores barəsində tərtib edilmiş ittiham aktı üzrə məxfilik əvvəlki gün aradan qaldırılıb.

Ərdoğan görüş barədə ilk açıqlamanı ötən cümə günü Cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən verib. O, Rusiya–Ukrayna müharibəsi ilə bağlı 2026-cı il perspektivlərinə dair sualı cavablandırarkən bildirib ki, beynəlxalq liderlərlə intensiv diplomatik təmaslar davam edir. Görüşdə Rusiya–Ukrayna müharibəsinin gedişi, Qəzza zolağındakı son vəziyyət və Venesuelada baş verən proseslərin əsas müzakirə mövzuları olacağı gözlənilir.

ABŞ Prezidenti Donald Tramp Meksika və Kolumbiya ilə bağlı sərt açıqlamalar verərək, regionda təhlükəsizlik və narkotik dövriyyəsi məsələlərini gündəmə gətirib. Florida ştatında istirahətdən Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərə danışan Tramp, Venesuelaya qarşı həyata keçirilən hərbi müdaxilələrin “doğru və haqlı” olduğunu iddia edib. Onun sözlərinə görə, Venesueladan ABŞ-yə böyük həcmdə narkotik daşınır və ölkənin Prezidenti Nikolas Maduro “narko-terror dövləti” idarə edir.

İranda artan inflyasiya və iqtisadi çətinliklərə etiraz olaraq keçirilən aksiyalar zamanı son bir həftədə azı 16 nəfər həlak olub, yüzlərlə insan saxlanılıb. Etirazlar ölkənin müxtəlif bölgələrində təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında toqquşmalarla müşayiət olunur. Hüquq müdafiə təşkilatlarının məlumatına görə, etirazlar qərb vilayətləri ilə yanaşı paytaxt Tehran və cənub-şərqdə yerləşən Bəlucistan əyalətinə də yayılıb. Polis aksiyaların təşkilində rol oynadığı iddia edilən şəxslərin, xüsusilə sosial şəbəkələrdə fəal olanların saxlanıldığını açıqlayıb.

ABŞ-ın dövlət katibi Marko Rubio Venesuelaya qarşı müharibə aparmadıqlarını, narkotik kartellərinə qarşı mübarizə apardıqlarını iddia edərək, iqtisadi blokada vasitəsilə “bu ölkənin gələcək istiqamətinin ABŞ tərəfindən müəyyən ediləcəyini” bildirib. ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi nəticəsində Venesuela Prezidenti Nikolas Maduronun saxlanılması ilə bağlı Amerika mediasına müsahibələr verən Rubio hərbi əməliyyatı müdafiə edib.