Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    ABŞ-ın Qrenlandiyaya mümkün müdaxiləsinə əmr gözləmədən cavab veriləcək - Danimarka mətbuatı

    8 Yanvar 2026 02:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ-ın Qrenlandiyaya mümkün müdaxiləsinə əmr gözləmədən cavab veriləcək - Danimarka mətbuatı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Danimarka mətbuatı ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamalarından sonra 1952-ci ilə aid məxfi hərbi sənədi ictimaiyyətə açıqlayıb. Sənədə əsasən, Danimarka Silahlı Qüvvələri milli ərazilərə yönələn mümkün hücum zamanı rəsmi müharibə elanını və ya siyasi rəhbərliyin ayrıca göstərişini gözləmədən dərhal hərbi cavab vermək səlahiyyətinə malikdir.

    AzerVoice-un verdiyi məlumata görə, sənəd İkinci Dünya müharibəsindən sonra Danimarka ordusunun gözlənilməz hücumlar qarşısında hazırlıqsız qalmaması məqsədilə qəbul edilib. Qərarda vurğulanır ki, Danimarka hərbçiləri düşmən tərəfindən əsir götürülmüş və ya fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış şəxslərdən gələn əmrləri icra etməməlidirlər.

    Danimarka mediası, o cümlədən “Berlingske”, sənədin ABŞ-ın Qrenlandiyaya mümkün hərbi müdaxiləsi ssenarisini əhatə etdiyini bildirir. Qeyd olunur ki, Qrenlandiya Danimarka Krallığının tərkibində muxtar ərazi statusuna malikdir.

    ABŞ Prezidenti Donald Tramp daha əvvəl Qrenlandiyanın strateji əhəmiyyətini vurğulayaraq adada Rusiya və Çinin təsirinin artdığını iddia edib və ABŞ-ın milli təhlükəsizliyi baxımından Qrenlandiyaya ehtiyac olduğunu bildirib. O, həmçinin ABŞ-ın Qrenlandiya üzərində nəzarətinin Qərbin və Avropa təhlükəsizliyinin maraqlarına uyğun olacağını qeyd edib.

    Bununla belə, Danimarkaya bağlı muxtar bölgə olan Qrenlandiya hakimiyyəti ABŞ tərəfindən səsləndirilən, suverenliyin ötürülməsini ehtiva edən təklifləri qəti şəkildə rədd edib.

    #Danimarka 1952-ci il sənədini açıqladı: ABŞ-a əmr gözləmədən cavab veriləcək #Qrenlandiya böhranı: Danimarka ordusuna dərhal döyüş səlahiyyəti #ABŞ–Qrenlandiya gərginliyi fonunda Kopenhagenin gizli planı #Danimarka ordusu: Rəsmi müharibə elanını gözləmədən qarşılıq veriləcək #Trumpın Qrenlandiya açıqlamaları Avropada hərbi alarm yaratdı #Danimarka 1952 tarihli askeri belgeyi açıkladı: ABD’ye emir beklemeden karşılık #Grönland gerilimi: Danimarka ordusuna doğrudan savaş yetkisi #Trump’ın Grönland açıklamaları Avrupa’da alarm yarattı #Danimarka’dan ABD’ye net mesaj: Savaş ilanı beklenmeyecek #Eski askeri plan gündemde: Grönland savunması hazır
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    1 Sentyabr 2026 22:45

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    1 Sentyabr 2026 22:04

    ABŞ İrandakı hədəflərə zərbələr endirməyə başladığını açıqlayıb

    1 Sentyabr 2026 21:21

    Dəniz mühasirəsi zamanı 84 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

    1 Sentyabr 2026 20:31

    ABŞ mühasirəni gücləndirsə, İran hərbi cavab verəcək - Qalibaf

    1 Sentyabr 2026 20:28

    Qrenlandiya və ABŞ arasında "tibbi yardım" gərginliyi: Baş nazirdən sərt cavab

    23 Fevral 2026 09:50

    Qrenlandiya danışıqları fonunda Danimarkanın “dərman kartı” - Novo Nordisk ABŞ qarşısında nə qədər güclüdür?

    3 Fevral 2026 10:23

    Qrenlandiya böhranı böyüyür - Avropa Trampın təzyiqlərinə qarşı birləşir

    27 Yanvar 2026 21:33

    ABŞ nümayəndə heyəti Qrenlandiya gərginliyini müzakirə etmək üçün Kopenhagenə səfər edib

    17 Yanvar 2026 17:26

    Avropa ölkələri Qrenlandiyaya hərbi qüvvə göndərir: ABŞ ilə gərginlik artır

    15 Yanvar 2026 12:45

    Dmitri Medvedyev Qrenlandiyanın Rusiyaya birləşə biləcəyini iddia edib

    13 Yanvar 2026 12:28

    İngiltərə Avropa ölkələri ilə birləşərək Qrenlandiyanı qorumaq üçün hərəkətə keçib

    12 Yanvar 2026 16:00
    XƏBƏR LENTİ

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.