Axtarış nəticələri "İƏT" (251)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək Nazirlər Kabineti iclasında İsrailin Qəzzanı işğal planına qarşı Türkiyənin atacağı addımlar və “Terrorsuz Türkiyə” prosesi çərçivəsində son inkişaflar müzakirə olunacaq. İclasın gündəliyində həmçinin daxili və xarici siyasətdəki digər mühüm məsələlər də yer alacaq.

Türkiyə Xarici işlər naziri Hakan Fidan sabah Misirə səfər edəcək. Nazir Fidanın bu səfər çərçivəsində Misir Prezidenti Sisinin onu qəbul edəcəyi də gözlənilir. Nazir Fidan sonuncu dəfə 2025-ci il martın 23-də İslam Əməkdaşlıq Təşkilatı (İƏT) – Ərəb Liqası (ƏL) Qəzza Əlaqə Qrupunun iclasında iştirak etmək məqsədilə Qahirəyə səfər etmişdi. Misirin xarici işlər naziri Əbdülati isə 2025-ci il fevralın 4-də ikitərəfli səfər çərçivəsində Türkiyəyə gəlmişdi.

3–4 iyul 2025-ci il tarixlərində Azərbaycan Respublikasının Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə “Davamlı və İqlimə dayanıqlı Gələcək naminə İƏT-in Yeni Baxışı” mövzusuna həsr edilmiş Zirvə görüşündən əvvəl 1 iyul tarixində Ağdamda İƏT Gənclər Forumu, 2 iyulda Laçında İƏT Qadınlar Forumu və 2 iyulda Şuşada 6-cı İƏT Biznes Forumu təşkil edilib.

Qırğızıstan prezidenti Sadır Japarov Xankəndi şəhərində keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Sammitinə qatılmaq üçün Azərbaycana rəsmi səfər edəcək.