Baykar tərəfindən milli və orijinal olaraq inkişaf etdirilən Bayraktar KIZILELMA dünya aviasiya tarixində yeni bir uğura imza atıb. Sinop sahillərində keçirilən tarixi sınaqda milli pilotsuz döyüş təyyarəsi, ASELSAN tərəfindən hazırlanmış MURAD AESA radarının işarələdiyi hədəfi TÜBİTAK SAGE tərəfindən inkişaf etdirilən GÖKDOĞAN raketi ilə tam dəqiqliklə vurub. Bu uğur sayəsində Bayraktar KIZILELMA, aviasiya tarixində görüş məsafəsindən kənar hava raketi istifadə edərək jet mühərrikli hava hədəfini vuran ilk pilotsuz döyüş təyyarəsi olub.
Axtarış nəticələri "Baykar" (203)
Baykar İdarə Heyətinin sədri və texnologiya lideri Selçuk Bayraktar Türkiyənin sahib olduğu e-Nabız tibbi məlumat bazasının “dünyada analoqu olmayan strateji xəzinə” olduğunu bildirib. O, süni intellekt dövründə “sağlıqda tam müstəqillik” üçün yeni yol xəritəsinin müəyyən edilməsinin vacibliyini vurğulayıb.
Türkiyənin silahlı insansız hava aparatları (SİHA) Afrika qitəsində geniş şəkildə yayılaraq regionun təhlükəsizlik və hərbi əməliyyatlarında mühüm rol oynamağa başlayıb. Hazırda Afrikanın ən azı 16 ölkəsində türk istehsalı SİHA-lar aktiv şəkildə istifadə edilir.
Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi Bayraktar KIZILELMA göydə tarixi bir testi uğurla başa vurdu. Testdə Türk Hava Qüvvələrinə məxsus iki F-16 döyüş təyyarəsi iştirak etdi. KIZILELMA, milli AESA radar MURAD ilə hədəf F-16-ya kilidləndi və qanadında daşıdığı milli GÖKDOĞAN raketi ilə simulyasiya atışında tam dəqiqliklə hədəfi vurdu. Tekirdağ Çorludakı AKINCI Uçuş Təlim və Test Mərkəzindən havaya qalxan KIZILELMA, 15 min fut hündürlükdə 1 saat 45 dəqiqə uçaraq həm F-16-larla qrup uçuşu etdi, həm də radar və silah inteqrasiyasını təsdiqlədi.
Türkiyənin ilk yerli pilotsuz döyüş təyyarəsi Bayraktar KIZILELMA dünyada bir ilke daha imza atıb. Təyyarəyə, ən inkişaf etmiş 5-ci nəsil döyüş təyyarələrində mövcud olan Aşağı Görünürlüklü Elektro-Optik Hədəfləmə Sistemi TOYGUN uğurla inteqrasiya edilib və bu, ilk dəfə olaraq bir pilotsuz döyüş təyyarəsində tətbiq olunub. Baykar şirkətinin tamamilə milli resurslarla hazırladığı Bayraktar KIZILELMA, Türkiyəni havacılıqda yeni bir səviyyəyə çıxaracaq kritik bacarığı da sınaqdan keçirib. Təyyarənin inkişafı planlaşdırıldığı kimi davam edir və platformaya ASELSAN tərəfindən hazırlanan TOYGUN Elektro-Optik Hədəfləmə Sistemi tamamilə yerli imkanlarla inteqrasiya olunub.
İtaliya Müdafiə Nazirliyinin yüksək səviyyəli nümayəndə heyəti Türkiyənin pilotsuz uçuş aparatları sahəsində dünya miqyasında tanınan şirkəti “Baykar”ın istehsalat və texnoloji mərkəzində olub. Heyət, şirkətin yeni nəsil müdafiə texnologiyaları və gələcək layihələri ilə yaxından tanış olub. İtaliyanın müdafiə nazirinin müavini Matteo Perego di Cremnago, Hərbi Hava Qüvvələri Komandanı Korgeneral Antonio Conserva, Quru Qoşunları Komandanı Korgeneral Carmine Masiello və Hərbi Dəniz Qüvvələri Komandanının müavini Koramiral Giuseppe Berutti Bergotto başda olmaqla geniş nümayəndə heyəti Baykar Texnologiyalarını ziyarət edib.
Türkiyənin Baykar şirkəti tərəfindən hazırlanmış pilotsuz uçuş aparatı Bayraktar KIZILELMA, ASELSAN istehsalı yüksək texnologiyalı TOLUN silah sistemi ilə ilk uçuş testini uğurla həyata keçirib. Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün də paylaşımında bu uğuru vurğulayaraq, “göy üzündə yeni bir imza atıldığını” bildirib.
Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar, İstanbul Atatürk Hava Limanında keçirilən TEKNOFEST 2025 sərgisində çıxış edərək, festivalın sadəcə bir texnologiya sərgisi deyil, Milli Texnologiya Hərəkatının simvolu olduğunu bildirib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan 11–12 sentyabr tarixlərində İtaliyaya işgüzar səfər edəcək. Səfər çərçivəsində Fidan İtaliyanın baş nazir müavini və xarici işlər naziri Antonio Tajani ilə görüşəcək, həmçinin Romadakı Istituto Affari Internazionali adlı beyin mərkəzində çıxış edəcək.
Baykar rəhbəri Səlcuq Bayraktarın sözlərinə görə, hazırda PUA alan ölkələrin sayı 42-yə çatıb. Şirkət hər il bir neçə dəfə təşkil etdiyi TEKNOFEST festivalı ilə hərbi nümayişləri və texnoloji yarışmaları bir araya gətirir.
Bayraktar KIZILELMA layihəsinə 2021-ci ildə start verilib. İlk prototip — TC-ÖZB quyruq nömrəli KIZILELMA — 14 noyabr 2022-ci ildə istehsal xəttindən çıxaraq Çorlu AKINCI Uçuş Təlim və Sınaq Mərkəzinə gətirilib. Burada uğurla yer testlərini tamamladıqdan sonra təyyarə 14 dekabr 2022-ci ildə ilk uçuşunu həyata keçirib.
Leonardo-nun açıqlamasına görə, Avropa pilotsuz döyüş təyyarələri bazarının önümüzdəki on ildə 100 milyard dollar dəyərində olacağı gözlənilir. Baykar-Leonardo birgə müəssisəsi bu bazarda liderlik etmək üçün istehsala zəmanət verəcək. TB3-ün yekun montajının 2026-cı ilin yanvarında İtaliyanın Leonardo fabrikində aparılacağı bildirilib. X platformasında yayılan məlumatlar, bu ortaqlığın Türkiyənin qlobal müdafiə sənayesindəki nüfuzunu daha da artırdığını vurğulayır.
İHA-122, qurudan atılan TRG-122 raketinin PUA-lardan buraxılmaq üçün uyğunlaşdırılmış versiyasıdır. Roketsan və Baykarın strateji əməkdaşlığı nəticəsində inkişaf etdirilən bu raket, səsdən yüksək sürəti, kəskin manevr qabiliyyəti və metraltı dəqiqlik səviyyəsi ilə qabaqcıl hava hücumundan müdafiə sistemlərindən yayına bilir. İHA-122, ucuz istehsal xərcləri və sürətli istehsal imkanları ilə Türkiyəyə göz qabağından kənarda strateji hücum üstünlüyü təmin edir.
Yaponiyanın müdafiə naziri Nakatani Gen və onu müşayiət edən nümayəndə heyəti Baykar şirkətində olub. Baykarın sosial media hesabında yayılan açıqlamada “Yaponiyanın müdafiə naziri cənab Nakatani Gen və onu müşayiət edən nümayəndə heyəti Özdemir Bayraktar Milli Texnologiya Mərkəzimizi ziyarət etdi. Onları qonaq etməkdən məmnun olduq” - deyə bildirilib. Səfər zamanı Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar və şirkətin baş direktoru Haluk Bayraktar qonaqlara şirkətin fəaliyyəti barədə məlumat təqdim ediblər. Görüşdə Prezident Müdafiə Sənayesi Müdiri Haluk Görgün də iştirak edib.
Yaponiya mətbuatının məlumatına görə, bu, Tokiodan olan müdafiə nazirinin Türkiyəyə ilk rəsmi səfəri olub. Görüş zamanı tərəflər müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirmək və yüksək vəzifəli şəxslər arasında müntəzəm məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər. Rəsmi açıqlamalarda birbaşa qeyd edilməsə də, Japan Times qəzeti Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) gündəmin əsas mövzusu olduğunu bildirib. Nakatani səfəri çərçivəsində Türk Aerokosmik Sənayesi (TAI) şirkətini ziyarət edib. Onun bugün də Istanbulda Baykar obyektlərinə və digər müdafiə şirkətlərinə baş çəkəcəyi gözlənilir.
TB3-dən buraxılan KEMANKEŞ 1-in uğurlu sınağı Türkiyənin pilotsuz döyüş aparatları proqramında əhəmiyyətli bir mərhələnin əldə edildiyini göstərir. Raket, düşmən sahillərinə yaxınlaşmadan dəqiq zərbələr endirməyə imkan verir və həm quruda, həm də dənizdə hədəflərə qarşı effektivdir. Hesabatlarda TB3 və KEMANKEŞ 1-in inteqrasiyasının TCG Anadolu kimi döyüş gəmilərindən istifadə zamanı əməliyyat qabiliyyətini əhəmiyyətli dərəcədə artırdığı vurğulanıb. TB3 qatlana bilən qanad quruluşu ilə qısa uçuş zolaqlarından qalxa bilir və MAM-L, MAM-T, İHA-122 raketləri ilə yanaşı KEMANKEŞ 1 sursatını da daşıya bilir. KEMANKEŞ 1 isə 100–200 km-dək məsafəyə avtonom uçuşla hədəfə çatır, elektron tıxaclara qarşı müqavimət göstərir və real vaxt rejimində kəşfiyyat məlumatları ötürür.
Xorvatiya müdafiə naziri İvan Anusiç sosial media paylaşımında Silahlı Qüvvələr üzvlərinin Baykar təlim mərkəzində hazırlıq prosesini uğurla başa vurduğunu bildirib. Təlimlərin ardından ölkədə Bayraktar TB2 PUA-larının sınaq uçuşları başlayıb və yaxın günlərdə bu fəaliyyətlərin gecə-gündüz davam edəcəyi vurğulanıb. Nazir həmçinin PUA-ların sərhəd təhlükəsizliyi, kəşfiyyat, müşahidə və meşə yanğınları ilə mübarizə sahələrində əhəmiyyətli töhfələr verəcəyini qeyd edib.
Samsun Böyükşəhər Bələdiyyə Başçısı Halit Doğan, milli texnologiya təşəbbüsünün öncüsü olan BAYKAR-ın Anadoluda ilk istehsal bazasını Samsunda quracağını bildirib. O, bu investisiyanın Samsun və Türkiyə üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.Doğan qeyd edib ki, BAYKAR dünyanın qabaqcıl müdafiə və aerokosmik şirkətlərindən biridir və ölkənin milli texnologiya təşəbbüsünün memarıdır. O, eyni zamanda, Prezident Rəcəb Tayyib Ərdoğan, Sənaye və Texnologiya nazirləri Mehmet Fatih Kaçır, Haluk Bayraktar, Səlcuq Bayraktar, Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komitəsinin sədri və Samsun millət vəkili Mehmet Muş və digər bütün layihədə əməyi olanlara təşəkkürünü bildirib.
Baykar Technology tərəfindən hazırlanmış Bayraktar AKINCI üzərində ASELSAN istehsalı LGK-82 lazer bələdçi dəsti ilə həyata keçirilən sınaq atışında hədəf uğurla məhv edilib. Sınaq görüntülərini Baykar Texnologiya İdarə Heyətinin sədri Selçuk Bayraktar sosial mediada paylaşarkən, ASELSAN baş direktoru Əhməd Akyol AKINCI-nın döyüş sahəsində öz gücünü təsdiqlədiyini bildirib.
Kral Səud Universitetindən hüquq üzrə məzun olduqdan sonra, 10 aprel 2007-ci il tarixində Nazirlər Şurasının Ekspertlər Bürosunda məsləhətçi vəzifəsini icra etməyə başlamışdır.
Baykar, Cənubi Koreyanın bayraq daşıyıcı aviaşirkəti Korean Air ilə əməkdaşlıq üçün memorandum imzalayıb.
Türkiyə istehsalı olan Bayraktar TB2 pilotsuz uçuş aparatları 367 milyon dollarlıq müqavilə çərçivəsində Küveyt Hərbi Hava Qüvvələrinə təhvil verilib.
“Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar CNN Türk-ə verdiyi müsahibədə müdafiə sənayesi, texnologiya və bölgədəki vəziyyətlə bağlı mühüm açıqlamalar verib.
Türkiyənin pilotsuz uçuş aparatları istehsalçısı Baykar ilə İtaliyanın Piaggio Aerospace şirkəti arasında imzalanan müqaviləyə əsasən, Bayraktar TB2 İtaliyada istehsal ediləcək.