#Suriya Demokratik Qüvvələri

Səudiyyə Ərəbistanı Suriya Demokratik Qüvvələrinin (SDF) ölkənin hərbi təsisatlarına inteqrasiyasını alqışlayıb. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bu addımın Suriyada vətəndaşların təhlükəsizliyinin və sabitliyin təmin olunmasına töhfə verəcəyi bildirilib. Nazirlik Suriya hökumətinin ölkə xalqının istəklərini həyata keçirmək, milli birliyi gücləndirmək və inkişaf prosesini irəli aparmaq istiqamətində atdığı addımlara dəstəyi təsdiqləyib.

Araşdırmaya görə, 2026-cı ilin əvvəlində Suriyanın şimal-şərqində Suriya Demokratik Qüvvələrinin nəzarətindəki həbsxanalardan minlərlə suriyalı məhbus İraqa köçürülüb. Köçürülmə zamanı bütün şəxslərlə bağlı ayrıca məhkəmə araşdırmasının aparılmadığı, onların arasında azyaşlılar və İŞİD-lə əlaqəsi sənədlərlə təsdiqlənməyən şəxslərin də olduğu bildirilib.

Suriya Prezidenti Əhməd əş-Şəra bildirib ki, Dəməşq bir sıra ölkələrin iştirakı ilə İsraillə təhlükəsizlik sazişinin əldə olunması istiqamətində çalışır. Onun sözlərinə görə, bu razılaşma Suriyanın işğal altında olan Colan təpələrinə dair hüquqlarına xələl gətirmədən daha geniş sülh prosesinə zəmin yarada bilər.

Türkiyə rəhbərliyi Hələbdə Suriya hökumət qüvvələri ilə Suriya Demokratik Qüvvələri (SDQ- PKK terror təşkilatının Suriya qolu) arasında artıq üç gündür davam edən silahlı toqquşmaların dayandırılması üçün Suriya hökumətinə dəstək verməyə hazır olduğunu bəyan edib. Bu fonda İsrail isə Hələbdə kürd azlığına qarşı hücumlarla bağlı narahatlığını ifadə edib.

Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında aparılan danışıqlarda razılaşma əldə olunmayıb. Bu barədə Suriya İnformasiya Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasında bildirilib ki, SDQ-nin hökumət üçün müzakirə edilməyən və icrası mümkün olmayan tələblərdə israr etməsi səbəbindən tərəflər arasında razılaşma baş tutmayıb. Qeyd olunub ki, rəsmi Dəməşq məsələyə dair yekun mövqeyini 28 dekabr tarixində açıqlayacaq və hazırda Suriya hökuməti ilə SDQ arasında təmaslar dayandırılıb.

Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaara deyib ki, Suriya Demokratik Qüvvələri martın 10-da əldə olunan razılaşmanı həyata keçirməyə hazır olduqlarını bildirir və konkret detallar tələb edir. SDQ-nin media və müzakirələrdə dedikləri ilə reallıqda etdikləri arasında ziddiyyətli siqnallar var.