Hesabatlar

Müasir iş dünyasında qərar qəbul etmə otaqlarında artıq "qarşıdakı fürsətlər nələrdir?" sualı deyil, "bizi qəfil vura biləcək risklər hansılardır?" sualı hakimdir. Bir zamanlar fürsətlər qapısı açan "qloballaşma" anlayışı, bu gün transmilli şirkətlərin "Axilles dabanı"na çevrilib. "Wall Street" və Silikon Vadisinin nəhəngləri artıq sadəcə texnoloji inkişafdan deyil, hərbi əməliyyat otaqlarını xatırladan bir gərginliklə siyasi xəritələrdəki dəyişikliklərdən danışırlar.

2026-cı ilin hərbi mənzərəsi göstərir ki, müasir döyüş meydanında artıq bahalı texnologiyalar deyil, iqtisadi səmərəlilik qələbəni şərtləndirən əsas amildir. Məsələn, ABŞ-ın 2 milyon dollar dəyərindəki "Standard-2" raketi ilə cəmi 20 min dollarlıq "Shahed" dronunu vurması taktiki uğur sayılsa da, bu, strateji baxımdan "iqtisadi məğlubiyyət" kimi qiymətləndirilir. Mütəxəssislər bunu "4 milyon dollarlıq uçurum" adlandırırlar; belə ki, hücum tərəfi cəmi 1 milyon dollar xərcləyərək 50 drondan ibarət "boğucu hücum" təşkil etdiyi halda, müdafiə olunan tərəf bu hücumu dəf etmək üçün 200 milyon dollarlıq raket ehtiyatını tükətməli olur.

Müharibə müvəqqəti dayanıb, lakin “İranın ərəb ölkələrinə hücumunun qarşısının necə almaq olar” sualı ətrafındakı müzakirələr daha da güclənir. Artıq bölgədə ənənəvi çəkindirmə metodları öz qüvvəsini itirib. Bu, sadəcə nəzəri bir qeyd deyil; sürətlənən regional proseslər göstərir ki, Fars körfəzi yeni mərhələyə qədəm qoyub. İndi təkcə hərbi güc təhdidlərin qarşısını almaq üçün kifayət etmir, müharibədən qaçmaq isə hələ sabitlik demək deyil. Pakistanın vasitəçiliyi ilə əldə olunmuş iki həftəlik atəşkəs regional münaqişədə mühüm dönüş nöqtəsidir. Lakin bu, körfəz ölkələrinin təhlükəsizlik sistemində yeni alətlər və yollar axtarmasını zəruri edir. Bu gün şahidi olduğumuz proses "hərəkətin qarşısını almaq" məntiqindən, böhranların davamlı eskalasiya (gərginliyin artması) fonunda idarə edilməsi reallığına keçiddir.

Tarix elmi müxtəlif insan qruplarının və xalqların bir-birindən fərqləndirən xüsusiyyətlərini öyrənərkən, "kütlə" (həşd) ilə "ictimaiyyət" (cumhur) arasındakı fərqi müəyyən etməyə çalışır. Sosioloqlar Qustav Le Bon "Kütlələr psixologiyası" adlı kitabında Recis Debre isə "Siyasi zəkanın tənqidi" əsərində bu fərqi aydın şəkildə izah ediblər.Bu nöqteyi-nəzərdən müasir İran özünü saf bir sivilizasiya kimi təqdim edərək, mahiyyətcə "Ərəb İslamı" ilə daimi qarşıdurma üzərində qurulmuş bir dövlət modeli təklif edir. 1979-cu il inqilabı "İran İslamını" hakimiyyətə gətirərkən, İran kimliyini beynəlxalq İslam cəmiyyəti qurmaq və "ümmət" məvfumunu ön plana çıxarmaq iddiası ilə birləşdirdi.

ABŞ Prezidenti Donald Trampın İran sivilizasiyasını məhv etmək hədəsindən cəmi 90 dəqiqə əvvəl geri çəkilərək 2 həftəlik atəşkəs elan etməsi dünyanı böyük bir fəlakətin astanasından qurtarıb. Pakistanın gərgin vasitəçilik səyləri nəticəsində əldə olunan bu razılaşma regional partlayışın fitilini müvəqqəti söndürsə də, qarşıda mühüm bir sual durur: Bu, daimi sülhün müqəddiməsidir, yoxsa tərəflərin hərbi və iqtisadi maraqlarına xidmət edən taktiki fasilə?

ABŞ-ın İranla qarşıdurmada tətbiq etdiyi "vaxt limitləri" və ultimatumlar hərbi hesablama ilə siyasi-psixoloji mesajların kəsişdiyi mürəkkəb bir təzyiq alətinə çevrilib. İran, İsrail və ABŞ arasındakı müharibənin beşinci həftəsində Vaşinqtonun "vaxt" siyasəti münaqişənin idarə olunmasında mərkəzi element kimi çıxış edir. Donald Tramp administrasiyası tərəfindən müəyyən edilən qısa müddətli ultimatumlar həm hərbi əməliyyatlara zəmin hazırlayır, həm də Tehran üzərindəki psixoloji təzyiqi maksimum həddə çatdırır.

ABŞ Prezidenti Donald Trampın İranla iki həftəlik atəşkəs əldə olunduğunu elan etməsindən sonra, Tehranın masaya qoyduğu 10 bəndlik təklifin təfərrüatları bəlli olub. Tramp bu sənədi "keçmiş ixtilafları bitirmək üçün əlverişli bir əsas" kimi xarakterizə edib. İranın "Təsnim" xəbər agentliyinin və beynəlxalq media qurumlarının yaydığı məlumata görə, Tehranın müharibəni dayandırmaq və daimi sülhə nail olmaq üçün irəli sürdüyü şərtlər aşağıdakılardır:

ABŞ Prezidenti Donald Tramp, müharibə onun ilkin müəyyən etdiyi zaman çərçivəsini aşdıqdan sonra İrana qarşı təzyiqləri maksimum həddə çatdırıb. Tramp İranı "bir gecədə məhv etməyə" qadir olduğunu bildirməklə yanaşı, Hörmüz boğazının açılmayacağı təqdirdə ölkənin körpülərini və elektrik stansiyalarını darmadağın edəcəyi ilə hədələyir.

ABŞ Prezidenti Donald Trampın İrana qarşı müəyyən etdiyi müddətin başa çatmasına saatlar qalmış, Vaşinqtonun hədəf seçə biləcəyi strateji infrastruktur obyektlərinin xəritəsi məlum olub. ABŞ-ın hədəf siyahısında ənənəvi hərbi obyektlərlə yanaşı, ölkənin enerji və nəqliyyat sisteminin onurğa sütununu təşkil edən mülki infrastrukturun da yer alacağı gözlənilir. Bu hədəflər arasında elektrik stansiyaları və strateji körpülər xüsusi çəkiyə malikdir. Bu obyektlərin sıradan çıxarılması milyonlarla iranlının gündəlik həyatını iflic etmək və dövlətin iqtisadi dayaqlarını sarsıtmaq məqsədi daşıyır.

Enerji təhlükəsizliyi məsələsinin yenidən qlobal gündəmin mərkəzinə çevrildiyi bir vaxtda, mütəxəssislər nüvə füzyonunu (sintezini) Avropanın idxal yanacaqdan asılılığına son qoya biləcək strateji çıxış yolu kimi dəyərləndirirlər. Cari ilin 28 fevralında İranda başlayan müharibə və Tehranın Hörmüz boğazı vasitəsilə neft daşımalarını kəskin məhdudlaşdırması dünya bazarında tarixin ən böyük tədarük kəsintisinə səbəb olub. Bu böhran fonunda Avropa ölkələri yerli enerji alternativlərinə, xüsusilə də ənənəvi nüvə parçalanmasından daha təhlükəsiz və səmərəli hesab edilən füzyon enerjisinə diqqəti artırıblar. Almaniyanın "Proxima Fusion" startapı bu sahədə "stellarator" texnologiyası üzərində çalışaraq 2030-cu illərin sonuna qədər ilk kommersiya füzyon stansiyasını işə salmağı hədəfləyir.