Hesabatlar

"Bil ki, əksər firqələrin İslam dinindən çıxma səbəbi budur: Farslar geniş mülkə, bütün millətlər üzərində üstünlüyə və öz nəzərlərində böyük bir əzəmətə sahib idilər. Belə ki, onlar özlərini 'azadlar və ağalar' adlandırır, digər insanları isə özlərinə qul hesab edirdilər. Dövlətləri ərəblər tərəfindən devrildikdə və hakimiyyətləri əllərindən çıxdıqda - hansı ki, ərəblər farsların nəzərində millətlərin ən əhəmiyyətsizi idi - bu hadisə onlara çox ağır gəldi və müsibətləri qat-qat artdı. Müxtəlif vaxtlarda müharibə yolu ilə İslama hiylə qurmağa çalışdılar, lakin hər dəfə Allahu-Təala haqqı qalıb etdi. Sinbad, Aşnas ,əl-Muqəffə və başqaları bu işin başında duranlardan idi... Sonra gördülər ki, hiylə yolu ilə İslama zərbə vurmaq daha effektivdir. Beləliklə, onlardan bir qrupu zahirən İslamı qəbul etdi və Rəsulullahın (s.a.s) Əhli-beytinə məhəbbət nümayiş etdirərək, Əli bin Əbu Talibə edilən zülmü qabardaraq şiə tərəfdarlarını özlərinə çəkdilər. Daha sonra onları müxtəlif yollara sövq edərək doğru yoldan çıxardılar."

Kritik minerallar müasir iqtisadiyyatların, enerji sistemlərinin, müdafiə sənayelərinin və texnoloji infrastrukturların onurğa sütununu təşkil edən, lakin təchizat təhlükəsizliyi baxımından yüksək risk daşıyan elementlər və minerallar bütünüdür. Bu gün bu mineralların əhəmiyyəti yalnız ənənəvi mədənçilik fəaliyyətləri ilə məhdudlaşmayıb, qlobal geosiyasi rəqabətin və xarici siyasət strategiyalarının mərkəzində yer alacaq qədər böyümüşdür.

Körfəz ölkələrinin İraqdan gələn PUA və raketlərlə hədəf alınması prosesi mütəmadi olaraq təkrarlanır; bunun son nümunəsi Küveyt dövlətinə edilən hücumdur. Hər hücumdan sonra İraq suverenliyin açıq şəkildə pozulması demək olan bu PUA hücumlarını həyata keçirənləri təqib edəcəyinə dair vədlər verməyə tələsir. Bu isə İraqın bir dövlət kimi öz əraziləri üzərində suverenliyini bərqərar etməkdə acizliyini göstərir.

İordaniya elan edib ki, Silahlı Qüvvələri bu gün, bazar günü sübh tezdən "İordaniya Çəkindirmə Əməliyyatı" çərçivəsində krallığın şimal sərhəd xəttində silah və narkotik tacirlərinə məxsus bir sıra nöqtələrə hava zərbələri endirib. Suriya mənbələri isə zərbələrin ölkənin cənubundakı Süveyda bölgəsini hədəf aldığını bildirib.

Yaponiyada Konstitusiyanın vicdan azadlığına təminat verdiyi və “sosial harmoniyanın” ümumi dəyər kimi təqdim edildiyi bir mühitdə, müsəlmanları hədəf alan mütəşəkkil nitq "X" platformasında yüksəlir. Bu, hicabın məhdudlaşdırılmasına, məscidlərin tikintisinə qarşı çıxmağa və müsəlmanlara məxsus məzarlıqların qarşısını almağa çağıran rəqəmsal hesablar və qruplar tərəfindən idarə olunur.

Dünyanın ən mühüm dəniz damarlarından biri olan və ildə təxminən 100 min gəminin keçdiyi Cəbəllütariq boğazında geosiyasi gərginliklərin təsiri müşahidə olunur. Hörmüz boğazında yaşanan gərginliklərin yaratdığı tədarük zənciri riskləri və iqtisadi dalğalanmalar birbaşa olaraq Cəbəllütariq marşrutlarına da təsir göstərməyə başlayıb.

Türkiyə İslam dünyasının ən nüfuzlu reytinqlərindən biri hesab olunan "Global Muslim Travel Index" (Qlobal Müsəlman Səyahət İndeksi) hesabatında öz mövqeyini daha da möhkəmləndirərək zirvəyə yüksəlib. VOA xəbər verir ki, Türkiyə müsəlman istehlakçılar üçün ən cəlbedici və əlçatan ölkələr siyahısında ilk sırada qərarlaşıb.

Beynəlxaq KİV tərəfindən əldə edilən son rəqəmlər və peyk görüntüləri göstərir ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sərt dəniz blokadasına baxmayaraq, xeyli sayda neft tankeri hələ də beynəlxalq sularda hərəkət edərək İran neftini dünya bazarlarına daşımağa davam edir. Bu vəziyyət Tramp administrasiyasının "maksimum təzyiq" strategiyasının praktiki tətbiqində ciddi boşluqların olduğunu göstərir.

ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcəsini 3,5%–3,75% aralığında sabit saxlaması göstərir ki, dünyanın ən böyük mərkəzi bankı inflyasiya ilə mübarizənin hələ başa çatmadığını düşünür. Bu, xüsusilə enerji qiymətlərinin artması və geosiyasi qeyri-müəyyənliyin güclənməsi fonunda baş verir. Bankın açıqlamasında qeyd olunub ki, ABŞ iqtisadi fəaliyyəti sabit templə genişlənməkdə davam edir, lakin inflyasiya hələ də yüksək səviyyədə qalır və bunun səbəblərindən biri də qlobal enerji qiymətlərinin artmasıdır.

Son iki onillikdə Amerika şirkətləri və investisiya fondları ənənəvi investisiya mühitlərindən kənara çıxaraq Avropa futboluna yönəliblər. Bu transformasiya sadəcə maliyyə genişlənməsi deyil, klubların idarəetmə modelində "yerli klub" məntiqindən "qlobal investisiya aktivinə" doğru dərin bir keçidi ifadə edir. Xüsusilə 2020-ci il pandemiya böhranından sonra zəifləyən maliyyə imkanları Amerika kapitalına bir çox klubda nəzarəti ələ keçirmək üçün şərait yaradıb. Bu gün Avropada 70-dən çox klubda Amerika investorlarının birbaşa və ya dolayı iştirakı mövcuddur.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən 1 may 2026-cı il tarixindən etibarən həm OPEC, həm də OPEC+ alyansından rəsmən çıxmaq qərarı, qlobal enerji bazarlarında ciddi qeyri-müəyyənlik dalğası yaradıb. Bu addım təkcə bir ölkənin təşkilatdan ayrılması deyil, həm də onilliklər ərzində formalaşmış "kollektiv intizam" imicinə endirilən ən böyük zərbələrdən biri hesab olunur. Xüsusilə Yaxın Şərqdə davam edən gərginliklər və Hörmüz boğazındakı risklər fonunda, Əbu-Dabinin bu qərarı neft bazarlarının idarəolunma mexanizmini kökündən dəyişə bilər.

Livan Prezidenti Jozef Aun və "Hizbullah" arasında ölkə adından kimin danışıqlar aparacağı ilə bağlı alovlanan ritorik müharibə və İsrailin artan hücumları Livanın siyasi rəhbərliyinin görüşlərinin təxirə salınmasına səbəb olub. Prezident Aun, parlament sədri Nəbih Bərri və Baş nazir Navvaf Salam arasındakı planlaşdırılan görüş gərginliyi azaltmaq üçün diplomatik təmaslar nəticə verənədək təxirə salınıb.