#Birinci vitse-prezident

Belarus Prezidenti Aleksandr Lukaşenko Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edib. O, Azərbaycanın Birinci vitse-prezidentinə təbrik məktubu göndərib. Lukaşenko Mehriban Əliyevanın vətənpərvərliyini və Azərbaycana xidmətini yüksək qiymətləndirib. Belarus Prezidenti onun ölkənin inkişafına verdiyi töhfəni xüsusi vurğulayıb. Mehriban Əliyevanın Bakı ilə Minsk arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsindəki fəaliyyəti də yüksək qiymətləndirilib. Lukaşenko Azərbaycan–Belarus münasibətlərini əsl dostluq nümunəsi kimi səciyyələndirib. O, iki ölkə arasında əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib. Belarus Prezidenti Mehriban Əliyevaya möhkəm cansağlığı, rifah və yeni uğurlar arzulayıb.