Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Azərbaycan zərurət yaranacağı halda Ukraynaya qaz tədarük etməyə hazırdır - Ceyhun Bayramov

    6 Avqust 2026 16:05
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan zərurət yaranacağı halda Ukraynaya qaz tədarük etməyə hazırdır - Ceyhun Bayramov
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,TurkicWorld

    Azərbaycan zərurət yaranacağı halda dost Ukraynaya qaz tədarük etməyə hazırdır və Ukraynanın yeraltı qaz anbarlarından istifadə imkanlarını da nəzərdən keçirir.

    Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Andriy Sibiha ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

    Nazir bildirib ki, Azərbaycanla Ukrayna arasında energetika sahəsində əməkdaşlıq uzun illərə söykənən strateji xarakter daşıyır.

    “İkitərəfli energetika dialoqumuz çərçivəsində müxtəlif layihələr, o cümlədən infrastrukturlardan istifadə imkanları müntəzəm olaraq müzakirə olunur. Ukraynanın geniş qaz saxlama tutumları və anbar infrastrukturu böyük potensiala malikdir”, - deyə o qeyd edib.

    C.Bayramov vurğulayıb ki, Azərbaycan tərəfi kommersiya baxımından əlverişli olan, tərəflərin maraqlarına cavab verən və texniki-iqtisadi əsaslandırılması olan hər bir imkanı dəyərləndirməyə hazırdır.

    Nazir əlavə edib ki, Azərbaycanın qaz ehtiyatları və ixrac imkanları artmaqda davam edir.

    “Əgər zərurət yaranarsa, dost Ukraynaya da qaz tədarük etməkdən məmnun olarıq”, - deyə C.Bayramov bildirib.

    Onun sözlərinə görə, bu məsələlər ekspertlər səviyyəsində daim diqqət mərkəzində saxlanılır.

    Nazir Ukraynadakı mülki və energetika infrastrukturlarının, o cümlədən SOCAR brendi altında fəaliyyət göstərən obyektlərin təhlükəsizliyi məsələsinə də toxunub.

    “SOCAR Ukraynada uzun illərdir uğurla fəaliyyət göstərən və hətta ən çətin dövrlərdə də işini saxlayaraq mülki əhaliyə xidmət edən bir şirkətdir”, - deyə C.Bayramov bildirib.

    O qeyd edib ki, hava hücumundan müdafiə və hərbi mühafizə məsələləri Ukrayna dövlətinin səlahiyyətinə daxildir.

    Nazirin sözlərinə görə, Azərbaycanın diqqəti mülki obyektlərin fasiləsiz fəaliyyətinin təmin olunmasına, humanitar yardımların çatdırılmasına və zərər çəkmiş infrastrukturun bərpasına dəstək göstərilməsinə yönəlib.

    “Azərbaycan Ukrayna xalqının ehtiyaclarına uyğun olaraq humanitar və energetika sahəsində dəstəyini bundan sonra da davam etdirəcək”, - deyə C.Bayramov əlavə edib.

    #Azərbaycan #Ukrayna #Ceyhun Bayramov #Xarici İşlər Nazirliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyev və Baş nazir Paşinyan birlikdə Prezident Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər

    10 Avqust 2026 22:31

    2026-cı ilin 7 ayında sahibkarlara 1191 lisenziya verilib

    10 Avqust 2026 17:59

    Azərbaycan Ekvadoru Milli Günü münasibətilə təbrik edib

    10 Avqust 2026 16:14

    Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri KOBİA rəhbəri ilə görüşüb

    10 Avqust 2026 16:11

    Serbiya və Ukrayna liderləri iqtisadi əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər

    8 Avqust 2026 20:19

    Hikmət Hacıyev Vaşinqton sammitinin ildönümü ilə bağlı paylaşım edib

    8 Avqust 2026 16:51

    Sülh prosesində ötən ilin ən mühüm hadisəsi Ağ Evdəki görüş oldu - Metyu Brayza

    8 Avqust 2026 13:56

    ABŞ Vaşinqton sammitindən bir il sonra Azərbaycan və Ermənistan münasibətlərindəki irəliləyişi qiymətləndirib

    8 Avqust 2026 12:59

    Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb - Paşinyan

    8 Avqust 2026 10:35

    Vaşinqton sammitinin ildönümündə TRIPP-in praktiki icrasına keçməyin vaxtı çatıb - Sekuta

    8 Avqust 2026 10:34

    Vaşinqtondan başlanan yeni mərhələ: Prezident İlham Əliyevin sülh siyasəti və Cənubi Qafqazın dəyişən geosiyasi mənzərəsi

    8 Avqust 2026 10:30

    Putin BƏƏ Prezidenti ilə Körfəz və Ukraynadakı vəziyyəti müzakirə edib

    7 Avqust 2026 18:25
    XƏBƏR LENTİ

    “Beyin çürüməsi” mifdir? Alimlər sosial medianın təsirləri ilə bağlı həqiqəti açıqlayıb

    Bu gün ABŞ prezidenti SSRİ-ni bombalamaqla bağlı zarafat edib

    Tarixdə bu gün –11 Avqust

    ABŞ-nin Strateji Neft Ehtiyatı 40 ildən sonra ilk dəfə 300 milyon barreldən aşağı düşüb

    Prezident İlham Əliyev və Baş nazir Paşinyan birlikdə Prezident Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər

    Netanyahunun Qəzza planına qarşı çıxması sonsuz müharibə riskini artırır

    İran Yaxın Şərqdə dəymiş zərər və ölümlərə görə məsuliyyət daşımalıdır - Tramp

    Məkkə müdafiə sazişi hücum xarakteri daşımır - Şahbaz Şərif

    ABŞ İrandan təzminat tələb edəcək - Tramp

    İran xarici işlər naziri Almaniya həmkarı ilə danışıqlar aparıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.