#Ceyhun Bayramov

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib. Görüşdə Rusiyanın Ukraynaya hücumları, Qara dənizdəki vəziyyət və taxıl dəhlizlərinin bloklanması müzakirə olunub. Tərəflər diplomatik münasibətlər, müdafiə, energetika, neft-qaz və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişaf perspektivlərini də nəzərdən keçiriblər. Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar və enerji dəstəyinə görə təşəkkür edib.

Avqustun 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Andriy Sıbiha ilə görüşüb. Görüşlər zamanı Azərbaycan-Ukrayna strateji tərəfdaşlıq münasibətlərinin gündəliyində duran məsələlər, siyasi dialoq, ticarət-iqtisadi əməkdaşlıq, enerji, humanitar əlaqələr, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində Ukrayna Xarici İşlər Nazirliyində rəsmi qarşılanma mərasimində iştirak edib. Məlumata görə, Ukraynanın xarici işlər naziri Andriy Sıbiha nazirlikdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qarşılayıb. Bildirilib ki, rəsmi qarşılama mərasimindən sonra nazirlər Ukraynada istehsal olunan pilotsuz uçuş aparatlarının (PUA) sərgisi ilə tanış olublar.

Azərbaycan və Ermənistan arasında de-fakto sülh bərqərar olub və bu, normallaşma prosesində ən mühüm nailiyyətdir. Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassislə bu gün Bakıda keçirilən birgə brifinqdə deyib. Nazir bildirib ki, Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində Minsk qrupunun ləğvi ilə yanaşı, etimadın möhkəmləndirilməsi istiqamətində də mühüm addımlar atılıb.