Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Milli Məclisin sədri Sahibə Qafarova Asiya üçün Boao Forumunda çıxış edib

    26 Mart 2026 13:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Milli Məclisin sədri Sahibə Qafarova Asiya üçün Boao Forumunda çıxış edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Milli Məclisin sədri Sahibə Qafarova Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində Asiya üçün Boao Forumunın İllik Konfransında çıxış edib.

    Bu barədə VOA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Bildirilir ki, Spiker Sahibə Qafarova çıxışında ilk olaraq, Boao Forumunun əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, artan geosiyasi gərginliklər, daha da dərinləşən bərabərsizliklər və qlobal çağırışlar dövründə dialoq və əməkdaşlığın artıq seçim deyil, zərurət olduğunu söyləyərək, bu baxımdan, Boao Forumunun kollektiv düşüncə və əlaqələndirilmiş fəaliyyət üçün mühüm bir platforma kimi çıxış etdiyini söyləyib. Onun sözlərinə görə, 25 ildən artıq müddətdə Forum öz dəyərini sübut edib, liderlərin və ekspertlərin bir araya gələrək praktik həll yolları irəli sürdüyü, davamlı inkişafı təşviq etdiyi və beynəlxalq əməkdaşlığı gücləndirdiyi bir məkan kimi tanınıb.

    Milli Məclisin sədri çıxışında, həmçinin müasir beynəlxalq arenada Çinin artan roluna diqqət çəkərək, deyib ki, Çin bu günün beynəlxalq münasibətlər sistemində mühüm və konstruktiv rol oynayır. Onun sözlərinə görə, Çinin iqtisadi, sosial və texnoloji inkişaf sahəsində əldə etdiyi möhtəşəm nailiyyətlər və bu uğurları bölüşmək səyləri bəşəriyyət üçün ortaq gələcəyə əsaslanan, irəliyə yönəlmiş baxışı əks etdirir. O, inamını ifadə edib ki, Çin Xalq Nümayəndələri Yığıncağının qəbul etdiyi 15-ci Beşillik Planın uğurla icrası bu baxışı daha da inkişaf etdirəcək və genişləndirəcək.

    Spikerin sözlərinə görə, Çin Xalq Respublikasının sədri Si Cinpin tərəfindən irəli sürülmüş və Azərbaycan tərəfindən də dəstəklənən Qlobal İnkişaf, Qlobal Təhlükəsizlik, Qlobal Sivilizasiya və Qlobal İdarəetmə təşəbbüsləri əməkdaşlıq, qarşılıqlı hörmət və ortaq məsuliyyət əsasında daha inklüziv, təhlükəsiz və dayanıqlı dünya qurmaq üçün əməkdaşlığa, qarşılıqlı hörmətə və ortaq məsuliyyətə əsaslanan hərtərəfli çərçivə təqdim edir.

    Milli Məclisin sədri çıxışında Azərbaycan və Çin münasibətlərinə dair tədbir iştirakçılarına məlumat verib. Sahibə Qafarova deyib ki, ortaq baxışlar ölkələri bir-birinə yaxınlaşdırır. Onun sözlərinə görə, gələn il - Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyini qeyd etməyə hazırlaşdığımız bir vaxtda, bu münasibətlər artıq yeni səviyyəyə yüksəlib. Spiker vurğulayıb ki, son dövrlərdə yüksək səviyyəli qarşılıqlı səfərlər, o cümlədən Prezident İlham Əliyevin Çinə səfərləri, strateji və hərtərəfli strateji tərəfdaşlığa dair Birgə Bəyannamələrin imzalanması ölkələrimiz arasında siyasi dialoqun dərinliyini, qarşılıqlı etimadı və genişlənən əməkdaşlığı açıq şəkildə nümayiş etdirir. O, Azərbaycanın Çinin təşəbbüslərini tam dəstəklədiyini və bu prinsipləri bölüşdüyünü qeyd edib.

    Milli Məclisin sədri Forum iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan təxminən üç onillik davam edən işğala məruz qaldıqdan və beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmama prinsiplərinə xüsusi əhəmiyyət verir. Spiker Sahibə Qafarova Prezident İlham Əliyev tərəfindən müəyyən edilən milli baxışın sülhə, inkişafa, çoxtərəfliliyə, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslandığını vurğulayaraq, deyib ki, bu baxış ardıcıl şəkildə praktik addımlara çevrilir.

    Spiker Sahibə Qafarova çıxışında Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qlobal təşəbbüsləri barədə tədbir iştirakçılarına məlumat verib. Onun sözlərinə görə, Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan fəal şəkildə Qlobal Cənubun maraqlarını təşviq edib və Hərəkatın institusional əsaslarının möhkəmləndirilməsinə töhfə verib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və hazırda Azərbaycan Milli Məclisinin sədrlik etdiyi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi parlamentlərarası əməkdaşlıq vasitəsilə ümumi məqsədlərə nail olmaq üçün mühüm platforma təqdim edir.

    Həmçinin, diqqətə çatdırılıb ki, COP29-a ev sahibliyi edən Azərbaycan Qlobal Şimal və Cənub arasında fikir ayrılıqlarını aradan qaldırmaq və qlobal iqlim gündəliyi üzrə əsas nəticələrin əldə olunmasına töhfə vermək üçün fəal çalışıb.

    Spiker Azərbaycanın, həmçinin Qlobal Bakı Forumu kimi platformalar vasitəsilə sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi kimi məsələlər üzərində fəal işləməyə davam etdiyini də vurğulayıb.

    Milli Məclisin sədri, həmçinin yaxın aylarda Azərbaycanın Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyini, o cümlədən 2026-cı ilin payızında Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Quruculuğu üzrə Müşavirənin Zirvə Toplantısının keçiriləcəyini xatırladaraq, deyib ki, bu da ölkəmizin beynəlxalq əməkdaşlığa sadiqliyini daha da möhkəmləndirəcək.

    Milli Məclisin sədri çıxışında, həmçinin diqqətə çatdırıb ki, son qlobal proseslər bir daha göstərdi ki, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiya strateji baxımdan nə qədər vacibdir. Spiker Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan geniş bir regionda enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır, eyni zamanda yaşıl enerji sahəsinə davam edən investisiyalar bu töhfəni daha da gücləndirəcək.

    Çıxışda, həmçinin Azərbaycanın Avrasiya üzrə əsas nəqliyyat qovşaqlarından birinə çevrildiyi, "Bir Kəmər, Bir Yol" təşəbbüsünün ilk dəstəkçilərindən biri kimi, onun inkişafına fəal şəkildə töhfə verməyə davam etdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan Çindən sonra bu təşəbbüsə ən böyük sərmayə qoyan ikinci ölkədir. Bildirilib ki, bu gün Orta Dəhliz Avropanı Mərkəzi Asiya və Çin ilə Xəzər dənizi vasitəsilə birləşdirən ən optimal və təhlükəsiz marşrutlardan biri olduğunu sübut edib. Bundan əlavə, Milli Məclisin sədrinin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh prosesi çərçivəsində ölkəmizin qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası Orta Dəhlizin səmərəliliyini daha da artıracaqdır. Xüsusilə, Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən etibarlı və səmərəli marşrut kimi özünü doğrultmaqdadır.

    Spiker Sahibə Qafarova çıxışının sonunda deyib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, layihələrimiz yalnız iqtisadi faydalar gətirmək üçün deyil, eyni zamanda sabitliyi, qarşılıqlı bağlılığı və xalqlar arasında etimadı təşviq etmək üçün nəzərdə tutulub. Boao Forumu da bir daha tərəfdaşlıq, dialoq və qarşılıqlı hörmət vasitəsilə ümumi çağırışların öhdəsindən səmərəli şəkildə gələ və daha sabit, firavan gələcək qura biləcəyimizi göstərir

    Milli Məclisin sədri Sahibə Qafarova Asiya üçün Boao Forumunda çıxış edib
    Milli Məclisin sədri Sahibə Qafarova Asiya üçün Boao Forumunda çıxış edib
    Milli Məclisin sədri Sahibə Qafarova Asiya üçün Boao Forumunda çıxış edib
    Milli Məclisin sədri Sahibə Qafarova Asiya üçün Boao Forumunda çıxış edib
    Milli Məclisin sədri Sahibə Qafarova Asiya üçün Boao Forumunda çıxış edib
    Milli Məclisin sədri Sahibə Qafarova Asiya üçün Boao Forumunda çıxış edib
    Milli Məclisin sədri Sahibə Qafarova Asiya üçün Boao Forumunda çıxış edib
    Milli Məclisin sədri Sahibə Qafarova Asiya üçün Boao Forumunda çıxış edib
    Milli Məclisin sədri Sahibə Qafarova Asiya üçün Boao Forumunda çıxış edib
    Milli Məclisin sədri Sahibə Qafarova Asiya üçün Boao Forumunda çıxış edib
    Milli Məclisin sədri Sahibə Qafarova Asiya üçün Boao Forumunda çıxış edib
    #Sahibə Qafarova
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sahibə Qafarova Fələstin Baş naziri ilə görüşüb

    16 İyul 2026 17:37

    Sahibə Qafarova Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb

    15 İyul 2026 18:50

    Sahibə Qafarova ilə Pan-Afrika Parlamentinin prezidenti arasında videokonfrans formatında görüş keçirilib

    13 İyul 2026 22:06

    Sahibə Qafarova Bob Bləkmənlə parlamentlərarası əməkdaşlığı müzakirə edib

    13 İyul 2026 19:42

    Sahibə Qafarova "Silahlı münaqişələr zamanı ətraf mühitin mühafizəsi" mövzusunda çıxış edib

    9 İyul 2026 18:20

    Sahibə Qafarova Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib

    3 İyul 2026 19:50

    Sahibə Qafarova Ziya Öztürkler ilə görüşüb

    25 İyun 2026 20:11

    Sahibə Qafarova Məhəmməd Baqer Qalibaf ilə görüşüb

    24 İyun 2026 20:21

    Sahibə Qafarova TBMM sədri Numan Kurtulmuş ilə görüşüb

    24 İyun 2026 18:30

    Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşüb

    23 İyun 2026 19:32

    Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədri ilə görüşüb

    22 İyun 2026 20:49

    Sevil Mikayılova Belqradda IPU platformasında: Dünyada ayrıseçkilik xarakterli qanunlar qadınların cəmiyyətdəki rolu ilə bağlı stereotipləri gücləndirir

    4 İyun 2026 12:10
    XƏBƏR LENTİ

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.