Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Azərbaycan regional sabitliyin möhkəmlənməsinə və beynəlxalq əməkdaşlığın inkişafına töhfə verən aktordur – Sevinc Fətəliyeva

    13 Mart 2026 17:50
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan regional sabitliyin möhkəmlənməsinə və beynəlxalq əməkdaşlığın inkişafına töhfə verən aktordur – Sevinc Fətəliyeva
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA

    Müasir dünya dərin geosiyasi dəyişikliklər dövrünü yaşayır. Beynəlxalq münasibətlər sistemi tədricən transformasiya olunur: çoxqütblülük güclənir, yeni güc mərkəzləri formalaşır, regional dövlətlərin və orta güclərin qlobal gündəliyin müəyyənləşdirilməsində rolu artır. Eyni zamanda müxtəlif regionlarda siyasi gərginlik və münaqişələrin sayı artır, ənənəvi beynəlxalq institutların və vasitəçilik mexanizmlərinin effektivliyi isə getdikcə daha çox müzakirə mövzusuna çevrilir. Belə mürəkkəb şəraitdə balanslı və praqmatik xarici siyasət yürüdən, müxtəlif siyasi mərkəzlər arasında dialoq üçün platforma yarada bilən dövlətlərin rolu xüsusi əhəmiyyət kəsb edir.

    Bu fikirləri VOA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sevinc Fətəliyeva deyib.

    Millət vəkili bildirib ki, məhz belə yanaşma Azərbaycan tərəfindən uzun illərdir, ardıcıl şəkildə həyata keçirilir:

    “Müstəqillik illərində ölkəmiz milli maraqlara əsaslanan, beynəlxalq hüquqa hörmət və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə söykənən xarici siyasət kursu formalaşdırıb. Azərbaycan həm Avropa dövlətləri və beynəlxalq təşkilatlarla, həm də Asiya, Yaxın Şərq, Mərkəzi Asiya və türk dünyası ölkələri ilə əlaqələrini inkişaf etdirərək çoxşaxəli diplomatiya modelini uğurla həyata keçirir. Bu siyasət Azərbaycanın müxtəlif regionlar arasında mühüm əlaqələndirici rol oynamasına imkan yaradır”.

    Deputat vurğulayıb ki, enerji siyasəti də ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsində mühüm rol oynayır:

    “Azərbaycan artıq uzun illərdir ki, enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi tanınır. Xüsusilə Cənub Qaz Dəhlizi Avropanın enerji təminatının şaxələndirilməsinə töhfə verən strateji layihələrdən biri kimi qiymətləndirilir. Bununla yanaşı, beynəlxalq nəqliyyat və logistika layihələrinin inkişafı Azərbaycanın qlobal kommunikasiya sistemində rolunu daha da artırır. Şərq ilə Qərbi birləşdirən Orta Dəhlizin inkişafı ölkəmizin Avrasiya məkanında mühüm nəqliyyat qovşağına çevrilməsini təmin edir”.

    S.Fətəliyevanın sözlərinə görə, Azərbaycanın xarici siyasətində əsas prioritetlərdən biri də Cənubi Qafqazda davamlı sülhün təmin olunmasıdır:

    “Münaqişədən sonrakı dövrdə ölkəmiz Ermənistanla sülh müqaviləsinin imzalanması, regionda kommunikasiyaların açılması və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl mövqe nümayiş etdirir. Son illərin təcrübəsi göstərir ki, birbaşa dialoq bəzən uzun müddət davam edən və nəticə verməyən vasitəçilik formatlarından daha effektiv ola bilər. Uzun illər ərzində fəaliyyət göstərmiş bəzi vasitəçilik mexanizmləri münaqişənin həllinə deyil, daha çox prosesin uzadılmasına gətirib çıxarmışdı. Lakin tərəflər arasında birbaşa danışıqların başlanması sülh prosesində real irəliləyiş üçün yeni imkanlar yaratdı. Regionda nəqliyyat əlaqələrinin bərpası, iqtisadi əməkdaşlığın inkişafı və qarşılıqlı ticarətin genişlənməsi Cənubi Qafqazın gələcəkdə qarşıdurma məkanından əməkdaşlıq və inkişaf məkanına çevrilməsi üçün mühüm şərtlərdən biri hesab olunur”.

    Millət vəkili əlavə edib ki, Azərbaycanın fəal və balanslı diplomatiyası ölkəmizin beynəlxalq siyasi platformalarda rolunun artmasına da şərait yaradır:

    “Bu baxımdan Bakının iri beynəlxalq tədbirlərə ev sahibliyi etməsi təsadüfi deyil. Belə tədbirlərdən biri olan Qlobal Bakı Forumu artıq illərdir ki, dünyanın müxtəlif ölkələrindən sabiq və hazırkı dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların nümayəndələrini, tanınmış siyasətçiləri və ekspertləri bir araya gətirən mühüm dialoq platformasına çevrilib. Forum çərçivəsində beynəlxalq təhlükəsizlik, qlobal idarəetmə sisteminin transformasiyası, enerji əməkdaşlığı, iqtisadi inteqrasiya və regional münaqişələrin həlli kimi aktual məsələlər geniş müzakirə olunur. Forumun bu ilki mövzusu – keçid dövründə dünyada fikir ayrılıqlarının aradan qaldırılması – müasir beynəlxalq münasibətlərin əsas xüsusiyyətlərini əks etdirir. Doğrudan da dünya yeni geosiyasi mərhələyə daxil olur və dövlətlər arasında əməkdaşlıq mexanizmlərinin yenidən formalaşması prosesi gedir. Belə şəraitdə siyasi liderlər, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri arasında açıq və konstruktiv dialoqun təşkili xüsusi əhəmiyyət daşıyır”.

    Deputatın fikrincə, eyni zamanda Azərbaycan mürəkkəb geosiyasi regionda yerləşməsinə baxmayaraq daxili sabitliyi qoruyub saxlayan, davamlı inkişaf modelini formalaşdıran ölkə kimi tanınır:

    “Ölkəmizdə müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri qarşılıqlı hörmət və tolerantlıq şəraitində yaşayırlar. Multikulturalizm və sivilizasiyalararası dialoq Azərbaycanın dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu model beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir və ölkəmizin qlobal dialoq üçün etibarlı platforma kimi qəbul olunmasına töhfə verir”.

    S.Fətəliyeva qeyd edib ki, bu gün Azərbaycan yalnız öz milli maraqlarını qoruyan dövlət kimi deyil, eyni zamanda regional sabitliyin möhkəmlənməsinə və beynəlxalq əməkdaşlığın inkişafına töhfə verən məsuliyyətli aktor kimi çıxış edir.

    “Enerji və nəqliyyat layihələri, humanitar təşəbbüslər, diplomatik fəaliyyət və müxtəlif beynəlxalq platformalarda aktiv iştirak Azərbaycanın qlobal miqyasda rolunun getdikcə artdığını göstərir. Müasir beynəlxalq münasibətlər sistemində məhz belə dövlətlər dialoqun, əməkdaşlığın və qarşılıqlı etimadın möhkəmlənməsinə real töhfə verə bilirlər”, - deyə o fikrini yekunlaşdırıb.

    #Milli Məclis #Sevinc Fətəliyeva
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sahibə Qafarova Fələstin Baş naziri ilə görüşüb

    16 İyul 2026 17:37

    Sahibə Qafarova Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb

    15 İyul 2026 18:50

    Sahibə Qafarova ilə Pan-Afrika Parlamentinin prezidenti arasında videokonfrans formatında görüş keçirilib

    13 İyul 2026 22:06

    Sahibə Qafarova Bob Bləkmənlə parlamentlərarası əməkdaşlığı müzakirə edib

    13 İyul 2026 19:42

    Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

    13 İyul 2026 18:19

    Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

    10 İyul 2026 18:55

    Sahibə Qafarova "Silahlı münaqişələr zamanı ətraf mühitin mühafizəsi" mövzusunda çıxış edib

    9 İyul 2026 18:20

    Sahibə Qafarova Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib

    3 İyul 2026 19:50

    Korsika ilə bağlı konstitusiya qanunu layihəsi Azərbaycan parlamentində dəstəklənib

    29 İyun 2026 20:35

    Sevil Mikayılova Cenevrədə IPU-nun İcraiyyə Komitəsinin 300-cü iclasında iştirak edir

    29 İyun 2026 16:45

    Sahibə Qafarova Ziya Öztürkler ilə görüşüb

    25 İyun 2026 20:11

    Sahibə Qafarova Məhəmməd Baqer Qalibaf ilə görüşüb

    24 İyun 2026 20:21
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.