Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Latviya İranın Naxçıvana dronlarla hücumunu qəti şəkildə pisləyib

    5 Mart 2026 18:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Latviya İranın Naxçıvana dronlarla hücumunu qəti şəkildə pisləyib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA

    Latviya İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumları qətiyyətlə pisləyir.

    VOA xəbər verir ki, bu barədə Latviya səfirliyinin rəsmi “X” səhifəsində məlumat dərc olunub.

    “Latviyanın Azərbaycandakı səfirliyi Naxçıvan Muxtar Respublikasına qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirilmiş, hava limanına ziyan vurmuş və mülki əhali arasında yaralanma halllarına səbəb olmuş hücumları qətiyyətlə pisləyir. Bu, hücumlar beynəlxalq hüququn prinsiplərinin pozulmasıdır”, - diplomatik missiyadan bildirilib.

    Səfirlikdə həmçinin qeyd edilib ki, Latviya Azərbaycanla həmrəydir və regionda sülh və təhlükəsizliyi dəstəkləyir.

    Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

    Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.

    İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

    #İran #Latviya #Naxçıvan Muxtar Respublikası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ hücumlarını qınayıb

    11 İyun 2026 19:11

    Türkiyənin xarici işlər naziri deyir: İran və ABŞ danışıqlara qayıtmalıdır

    11 İyun 2026 19:07

    Bu gecə İranı çox sərt şəkildə vuracağıq - Tramp

    11 İyun 2026 16:49

    Çin ABŞ və İrana müraciət etdi: Müharibəni dayandırın

    11 İyun 2026 14:43

    Arazda su ehtiyatlarının İranla bölüşdürülməsi üzrə iş rejimi razılaşdırılıb

    11 İyun 2026 14:14

    Hava məkanımızın pozulmasına icazə verməyəcəyik - İordaniya

    11 İyun 2026 12:18

    BAEA-dan İrana nüvə ultimatumu

    11 İyun 2026 11:41

    Makron: Misir, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ G7 sammitinə dəvət olunub

    10 İyun 2026 22:31

    Tramp: Müharibə bitdikdən sonra bazar stabilləşəcək

    10 İyun 2026 22:15

    Məsud Pezeşkian: İran hər hansı təzyiq və təhdid qarşısında möhkəm dayanacaq

    10 İyun 2026 22:06

    Tramp administrasiyası İranla bağlı yeni sanksiyalar tətbiq edib

    10 İyun 2026 21:51

    Tramp: İran nüvə razılaşmasına çox yaxın idi

    10 İyun 2026 21:17
    XƏBƏR LENTİ

    Basqın edilən kəndlərdə hansı hərbi mövqelər qurulub?

    İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ hücumlarını qınayıb

    Türkiyənin xarici işlər naziri deyir: İran və ABŞ danışıqlara qayıtmalıdır

    Mərkəzi Bankın FinCERT Mərkəzi beynəlxalq FIRST təşkilatına üzv olub

    Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin klinikasında olublar

    Türk Mədəniyyəti və İrsi Fondunda professor Həsən Həsənovun “Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı keçirilib

    Fələstin Dövlətinin vitse-prezidenti Hüseyn əl-Şeyx Birinci vitse-prezidenti Mehriban Əliyevaya məktub ünvanlayıb

    İsrail işğal altındakı ərazilərdə məskunlaşmanı genişləndirir: 338 milyon dollarlıq yeni plan gündəmdə

    Bu gecə İranı çox sərt şəkildə vuracağıq - Tramp

    Mədinədə Ömər ibn Xəttabın adını daşıyan nadir qaya yazısı aşkarlandı

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.