Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Donald Tramp Azərbaycan və Ermənistan liderlərinin avqust görüşünü ümid və diplomatik uğurun rəmzi adlandırıb

    29 Oktyabr 2025 12:27
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Donald Tramp Azərbaycan və Ermənistan liderlərinin avqust görüşünü ümid və diplomatik uğurun rəmzi adlandırıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    ABŞ Prezidenti Donald Tramp Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsinə bir daha qayıdıb, iki ölkə liderləri - Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında 8 avqustda Ağ Evdə keçirilən görüşü xatırladıb.

    AzerVoice xəbər verir ki, Donald Tramp ABŞ-nin Bakı ilə İrəvan arasında dialoqun qurulmasında əsas rol oynadığını bildirib.

    O, onilliklər ərzində davam edən münaqişə zamanı heç bir tərəfin Vaşinqtondakı danışıqlarda olduğu kimi sülhə yaxınlaşa bilmədiyini vurğulayıb.

    ABŞ Prezidenti deyib:

    "Azərbaycan ilə Ermənistan arasında baş verən hadisələrə nəzər salın...Biz buna nail ola bildik (müharibəni dayandırdıq-red.). Hər iki ölkənin liderləri gəldi və onların arasında addım-addım qarşılıqlı anlaşma yarandı. Bu, bir möcüzə idi – iki çox gözəl millət ümumi dil tapdı".

    ABŞ Prezidenti avqust görüşünü ümid və diplomatik uğurun rəmzi adlandırıb. O qeyd edib ki, belə dialoqlar şəxsi təmasların və siyasi iradənin gücünü sübut edir.

    Qeyd edək ki, Vaşinqton danışıqları Bakı ilə İrəvan arasında son illər aparılan dialoqun ən məhsuldar mərhələlərindən biri olub. İki ölkənin liderləri ABŞ səfəri zamanı sülh sazişi layihəsini müzakirə edib və ikitərəfli əlaqələrin əsas bəndləri üzrə ilkin razılaşmalar əldə olunub.

    #Azərbaycan #Bakı #Prezident İlham Əliyev #ABŞ #Ermənistan #Donald Tramp #İrəvan #Nikol Paşinyan #Vaşinqton
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İranla maliyyə əlaqələrini davam etdirən banklar cavab verəcək - Skott Bessent

    28 Avqust 2026 21:25

    ABŞ Yaxın Şərqdə 50 mindən çox hərbçi saxlayır

    28 Avqust 2026 21:13

    Vaşinqton və Tehran arasında diplomatik çıxış yolu hələ görünmür

    28 Avqust 2026 20:36

    İran xalqı Minab məktəbinə hücumu heç vaxt unutmayacaq və bağışlamayacaq - Abbas Əraqçi

    28 Avqust 2026 20:32

    Vaşinqton Hörmüz boğazının tamamilə minalardan təmizləndiyini iddia edir

    28 Avqust 2026 20:10

    ABŞ-nin İrana qarşı dəniz mühasirəsi tam qüvvəsi ilə davam edir - Ağ Ev

    28 Avqust 2026 20:06

    Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edilib

    28 Avqust 2026 19:37

    Azərbaycan əleyhinə süjetlə bağlı Polşanın Azərbaycandakı səfirinə etiraz notası təqdim edilib - XİN

    28 Avqust 2026 19:27

    ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

    28 Avqust 2026 18:36

    Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır

    28 Avqust 2026 18:05

    Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edilib

    28 Avqust 2026 16:19

    Diplomatiyanı bərpa etmək mümkündür, lakin ABŞ təzyiq siyasətindən əl çəkməlidir - Əraqçi

    28 Avqust 2026 15:10
    XƏBƏR LENTİ

    İranla maliyyə əlaqələrini davam etdirən banklar cavab verəcək - Skott Bessent

    ABŞ Yaxın Şərqdə 50 mindən çox hərbçi saxlayır

    İraq Bağdadda pilotsuz uçuş aparatlarının hazırlanması cəhdinin qarşısını alıb

    Livanın cənubunda bir həftədə 1030 mərmi uçuşu qeydə alınıb - BMT

    Vaşinqton və Tehran arasında diplomatik çıxış yolu hələ görünmür

    İran xalqı Minab məktəbinə hücumu heç vaxt unutmayacaq və bağışlamayacaq - Abbas Əraqçi

    Rəcəb Tayyib Ərdoğan 30 Avqust – Zəfər Bayramı münasibətilə xalqa müraciət edib

    Vaşinqton Hörmüz boğazının tamamilə minalardan təmizləndiyini iddia edir

    ABŞ-nin İrana qarşı dəniz mühasirəsi tam qüvvəsi ilə davam edir - Ağ Ev

    Körfəz ölkələri yeni təhlükəsizlik modelləri axtarır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.