Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Rəsmi Bakıdan Rusiya XİN-in AZAL təyyarəsi ilə bağlı komensasiya ödənişlərinə dair iddiasına cavab

    5 Sentyabr 2025 13:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Rəsmi Bakıdan Rusiya XİN-in AZAL təyyarəsi ilə bağlı komensasiya ödənişlərinə dair iddiasına cavab
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus təyyarənin vurulması nəticəsində qəzaya uğraması ilə bağlı sığorta ödənişlərinin həyata keçirilməsi məsələsi ilə əlaqədar Rusiya Federasiyası Xarici İşlər Nazirliyi tərəfindən 4 sentyabr tarixli açıqlama təəccüb doğurmaqla yanaşı, ictimaiyyəti çaşdırır.

    AzerVoice xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Rusiya Xarici İşlər Nazirliyinin “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarə faciəsi ilə əlaqədar sığorta ödənişlərinin həyata keçirilməsi barədə 4 sentyabr tarixli mətbuat məlumatı və mətbuat katibinin Azərbaycan-Rusiya münasibətlərinə dair açıqlaması ilə bağlı şərhində deyilir.

    "AZAL-a və sərnişinlərə Rusiyada qeydiyyatda olan sığorta şirkəti tərəfindən sığorta ödənişlərinin həyata keçirilməsi və təyyarənin vurulması ilə bağlı ölkəmizin Rusiya Hökumətindən kompensasiya tələb etməsi məsələləri tamamilə fərqli mövzulardır.

    Sözügedən şirkət tərəfindən qeyd edilən sığorta ödənişlərinin həyata keçirilməsi prosesi artıq 6 aydır həyata keçirilir. Ümumilikdə, bu ödənişlər məhz AZAL-ın sığorta müqaviləsi çərçivəsində, şirkətin təyyarəsini və sərnişinləri sığorta etməsi nəticəsində öhdəliklərə uyğun olaraq təmin edilir.

    Ödənişlərin məhz Rusiya sığorta şirkəti tərəfindən həyata keçirilməsi məsələsinə gəldikdə qeyd edək ki, adətən təyyarələrin sığortası müvafiq beynəlxalq sığorta şirkətləri vasitəsilə həyata keçirilir. Rusiyanın ərazisində heç bir beynəlxalq sığorta şirkətinin fəaliyyət göstərmədiyini nəzərə alaraq, AZAL təyyarəsinin sığortası Rusiya şirkəti vasitəsilə aparılıb", - XİN rəsmisi qeyd edib.

    O bildirib ki, sığorta ödənişlərinin Azərbaycanın Rusiya hökumətindən tələb etdiyi kompensasiya ilə eyniləşdirilməsi cəhdləri düzgün deyil.

    "Bununla yanaşı, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin cari ilin iyul ayında Azərbaycanda 13 Rusiya vətəndaşının həbs olunmasının Azərbaycan-Rusiya münasibətlərinin pisləşməsi səbəbi kimi təqdim etməsi və onların azadlığa buraxılmasının münasibətlərin yaxşılaşması üçün şərt kimi irəli sürməsi yanlışdır.

    Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsinə məhz AZAL təyyarəsinin vurulması nəticəsində qəzaya uğraması və bundan sonra Rusiya rəsmiləri tərəfindən göstərilən davranışın səbəb olduğu məlumdur. Bununla yanaşı, Rusiyada etnik mənsubiyyətə görə azərbaycanlıların təqib olunması, Yekaterinburq şəhərində azərbaycanlıların döyülərək qətlə yetirilməsi münasibətlərdə əlavə gərginlik yaradıb. Bununla yanaşı, Rusiyanın müxtəlif dövlət qurumlarının Azərbaycana qarşı fəaliyyəti münasibətlərə mənfi təsir edən amillər sırasındadır".

    #AZAL #Azərbaycan XİN #təyyarə qəzası #Ayxan Hacızadə #Rusiya XIN #Yekaterinburq hadisələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rusiya Kiyevi raketlərlə vurdu

    20 Avqust 2026 11:28

    Bu gün təyyarə qəzasında 156 nəfər həlak oldu

    16 Avqust 2026 02:00

    Azərbaycan XİN zəlzələ ilə bağlı İndoneziyaya başsağlığı verib

    15 Avqust 2026 22:26

    Azərbaycan XİN Fransanın Martin Rayanla bağlı bəyanatını qətiyyətlə rədd edib

    30 İyul 2026 20:53

    Rusiya-Ermənistan münasibətlərinin Azərbaycanla əlaqəlindirilməsinə son qoyulmalıdır - XİN

    28 İyul 2026 11:39

    AZAL-ın 2026-cı il üçün əsas prioritetlərindən biri rəqəmsal müştəri təcrübəsinin təkmilləşdirilməsidir - Vasif Məmmədov

    6 İyul 2026 12:49

    AZAL Brüsselə birbaşa uçuşlara başlayır

    1 İyul 2026 14:16

    AZAL Naxçıvan reyslərini hava şəraitinə görə ləğv edib

    18 İyun 2026 22:30

    AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişin daşıyıb

    17 İyun 2026 18:18

    AZAL reysləri ləğv edildi

    14 İyun 2026 13:39

    AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub

    13 İyun 2026 21:18

    AZAL-ın Naxçıvan reysləri hava şəraiti səbəbindən Bakıya geri qayıdıb

    12 İyun 2026 22:04
    XƏBƏR LENTİ

    Hörmüz boğazından keçən gəmilərin sayı kəskin azalıb

    Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov

    İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

    Səudiyyə Ərəbistanında rəqəmsal rifahın inkişafı üçün yeni təşəbbüslər başladılıb

    Küveyt İranın raket və PUA hücumunun qarşısını alıb

    İran müharibəsi ABŞ-nin müttəfiqlərini silkələyir - Tramp və müttəfiqlər arasında dərin böhran

    Əmir Faysalın qələbəsindən Körfəz böhranına: 3 sentyabrda ərəb dünyasının nizamını dəyişən 20 tarixi fakt

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.