#Yekaterinburq hadisələri

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus təyyarənin vurulması nəticəsində qəzaya uğraması ilə bağlı sığorta ödənişlərinin həyata keçirilməsi məsələsi ilə əlaqədar Rusiya Federasiyası Xarici İşlər Nazirliyi tərəfindən 4 sentyabr tarixli açıqlama təəccüb doğurmaqla yanaşı, ictimaiyyəti çaşdırır. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Rusiya Xarici İşlər Nazirliyinin “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarə faciəsi ilə əlaqədar sığorta ödənişlərinin həyata keçirilməsi barədə 4 sentyabr tarixli mətbuat məlumatı və mətbuat katibinin Azərbaycan-Rusiya münasibətlərinə dair açıqlaması ilə bağlı şərhində deyilir.

Azərbaycanın Rusiyanın Yekaterinburq şəhərindəki diasporunun rəhbəri Şahin Şıxlinski Rusiyanın Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib. Məlumata əsasən, Şıxlinski cinayət işi üzrə axtarışdadır. Lakin onun Rusiya Cinayət Məcəlləsinin konkret hansı maddəsi üzrə axtarışa verildiyi açıqlanmır.