Azərbaycan əleyhinə səsləndirilən iddiaları qətiyyətlə rədd edirik
#Ayxan Hacızadə
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Nyu-York şəhərinin meri Zohran Kvame Məmdaninin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatını pisləyib. Bu barədə XİN-in mətbuat katibi Ayxan Hacızadə “X” sosial şəbəkə hesabında yazıb.
Böhran vəziyyətinə uyğun olaraq, bölgədə yerləşən Səfirliklərimiz və Baş konsulluqlarımız fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin regionda hərbi eskalasiya şəraitində vətəndaşlarımızın vəziyyəti ilə bağlı açıqlamada bildirilib.
13 yanvar tarixində Ermənistan xarici işlər nazirinin ABŞ səfəri zamanı “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” (TRIPP) icrası üzrə çərçivə sənədi açıqlanıb.
Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov noyabrın 15-də Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlətləri Xarici İşlər Nazirləri Görüşündə iştirak edib.
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus təyyarənin vurulması nəticəsində qəzaya uğraması ilə bağlı sığorta ödənişlərinin həyata keçirilməsi məsələsi ilə əlaqədar Rusiya Federasiyası Xarici İşlər Nazirliyi tərəfindən 4 sentyabr tarixli açıqlama təəccüb doğurmaqla yanaşı, ictimaiyyəti çaşdırır. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Rusiya Xarici İşlər Nazirliyinin “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarə faciəsi ilə əlaqədar sığorta ödənişlərinin həyata keçirilməsi barədə 4 sentyabr tarixli mətbuat məlumatı və mətbuat katibinin Azərbaycan-Rusiya münasibətlərinə dair açıqlaması ilə bağlı şərhində deyilir.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqainin guya Azərbaycanda İran əsilli məhbuslarla pis rəftar edilməsi ilə bağlı iddialarının heç bir əsası yoxdur. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibinin Azərbaycanda həbsdə olan İran vətəndaşları ilə bağlı iddialarına münasibət bildirərkən deyib.
41 Azərbaycan vətəndaşı İrandan Azərbaycana təxliyə edilib.