Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

    12 Avqust 2025 16:03
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

    AzerVoice müraciəti təqdim edir:

    "Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevə

    Möhtərəm cənab Prezident.

    Cənabınızı salamlamaqdan, səmimi arzu və xeyir-dualarımızı Sizə yetirməkdən şərəf duyuruq.

    Zati-aliləri, "Konstitusiya və Suverenlik İli" elan etdiyiniz 2025-ci ildə - Böyük Qarabağ Zəfərinin 5-ci ildönümü ərəfəsində Azərbaycan xalqına yaşatdığınız misilsiz qürur və sevincə görə Azərbaycan din xadimlərinin və dindarlarının dərin minnətdarlığını Cənabınıza ifadə etməkdən böyük şərəf duyuruq. Sizin dünyanın lider ölkəsində yüksək səviyyədə qəbulunuz zamanı imzalanmış sənədlərin dəyər və mahiyyəti onun tarixi əhəmiyyətini müəyyən edir.

    Müdrik dövlətçilik təfəkkürü və dəmir siyasi iradə ilə Azərbaycanın ərazi bütövlüyünü və əzəli torpaqları üzərində suverenliyini tam bərpa etmiş Zati-aliniz beynəlxalq müstəvidə Qələbəmizin manifestini dünyanın bir nömrəli siyasi ofisində bütün beynəlxalq ictimaiyyətə nümayiş etdirdi. Haqq-ədalət öz yerini tutdu, Azərbaycana qarşı qərəz nümunəsi olan 907-ci düzəlişin ABŞ Prezidenti Donald Tramp tərəfindən Sizin iştirakınızla nümayişkaranə şəkildə aradan qaldırılması Zati-alinizə olan ehtiram və etimadın təcəssümü, Sizin şəxsinizdə Azərbaycan dövlətinə edilən mühüm jest oldu. Azərbaycanla ABŞ arasında strateji əməkdaşlığın təməlinin qoyulması ölkəmizin dövlət müstəqilliyinin möhkəmlənməsi, siyasi, iqtisadi qüdrətinin artması yönündə həlledici amil olub, Zati-alinizin uğurlu dövlətçilik siyasətinin məntiqi nəticəsidir.

    Möhtərəm cənab Prezident, Siz Azərbaycan xalqına dünyamiqyaslı daha bir Zəfər bəxş etdiniz, qlobal siyasi-diplomatik müstəvidə tarixi ədalətin bərpasına, suverenliyimizin ali məqamda təsdiqinə nail oldunuz. Uca Allah müqəddəs kitab olan "Qurani-Kərim"də buyurur: "Həqiqətən biz sənə açıq-aydın bir fəth (zəfər) bəxş etdik". (Fəth surəsi, 1). Uca Allah hər zaman Zati-alinizi zirvədə qərar versin!

    Zati-aliləri, biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri hər zaman fəxr hissi duyuruq ki, Sizin beynəlxalq müstəvidə insan həmrəyliyinə xidmət edən davamlı əməli səyləriniz, yüksəksəviyyəli dövlət-din münasibətləri sayəsində Azərbaycan dinlərarası, məzhəblərarası harmoniya mühitində birgəyaşayış təcrübəsi ilə dünyada model kimi təqdir olunur. Sizin mənəvi irsə, dini abidələrə, bütün dinlərə məxsus məbədlərə müstəsna qayğı və diqqətiniz Zati-alinizin müdrik dövlətçilik təfəkkürünün bəhrələri olaraq dünya üçün örnəkdir. Azərbaycanın dövlət başçısı olaraq hər zaman bölgədə sülh, əmin-amanlıq, iqtisadi tərəqqi və əməkdaşlıq ideyalarına sadiqliyiniz, bu istiqamətdə dəyərli səyləriniz, mükəmməl siyasi xəttiniz öz bəhrəsini verir. Əmin ola bilərsiniz, Azərbaycanın din xadimləri, bütün dindarlar hər zaman Zati-alinizin yanındadırlar, Sizin müdrik daxili və xarici siyasətinizi dəstəkləyirlər və duaları həmişə Sizinlədir.

    Zati-aliləri, Azərbaycan üçün daha bir misilsiz qələbə münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, Azərbaycan xalqı və dövləti naminə fədakar fəaliyyətinizə Uca Yaradandan uğurlar diləyirik. Milli-mənəvi və ümumbəşəri dəyərlərə ehtiramı ilə seçilən Öndərimizin, dünya müstəvisində ölkəmizə fəxarət yaşadan müzəffər Liderimizin səy və əməllərinə Ulu Rəbbimizdən rəvac diləyirik. Amin!

    Dərin hörmət və ehtiramla,

    Şeyxülislam Allahşükür PAŞAZADƏ
    Qafqaz Müsəlmanları İdarəsinin sədri

    ALEKSİY
    Rus Pravoslav Kilsəsinin
    Bakı və Azərbaycan yepiskopu

    Yepiskop Vladimir FEKETE
    Roma Katolik Kilsəsinin
    Azərbaycandakı Apostol prefekturasının ordinarisi

    Milix YEVDAYEV
    Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri

    Aleksandr ŞAROVSKİ
    Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri

    Robert MOBİLİ
    Alban-udi Xristian Dini İcmasının sədri

    Zamir İSAYEV
    Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri".

    #Prezident İlham Əliyev #Azərbaycan-Ermənistan #ABŞ Azərbaycan Ermənistan münasibətləri #Azərbaycan Ermənistan sülh razılaşması #Azərbaycan Ermənistan danışıqları #Azərbaycan Ermənistan sülh müqaviləsi #Azərbaycan-Ermənistan sülh sazişi 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya səfəri ilə bağlı paylaşım edilib

    21 İyul 2026 19:46

    Prezident İlham Əliyev mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxunub

    21 İyul 2026 16:33

    Prezident İlham Əliyev: Bağlantılar və tranzit imkanları ilə bağlı da Almaniya–Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyəti var

    21 İyul 2026 16:32

    Prezident İlham Əliyev: Bir çox istiqamətlər üzrə konkret fəaliyyət planı nəzərdə tutulub

    21 İyul 2026 16:31

    Prezident İlham Əliyev: Alman şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün konkret təkliflər irəli sürülüb

    21 İyul 2026 16:31

    Prezident İlham Əliyev: Azərbaycan gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir

    21 İyul 2026 16:29

    Prezident İlham Əliyev: Əminəm ki, bu gün imzalanmış sənədlər əlaqələrimizi yeni səviyyəyə qaldıracaq

    21 İyul 2026 16:26

    Azərbaycan-Almaniya əlaqələri bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə töhfəsini verəcək - Prezident İlham Əliyev

    21 İyul 2026 15:57

    Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilir

    21 İyul 2026 14:35

    Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib

    21 İyul 2026 14:35

    Almaniyanın Azərbaycana yeni təyin olunan səfiri fəaliyyətə başlayıb

    21 İyul 2026 13:00

    Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin geniş tərkibdə görüşü olub

    21 İyul 2026 12:55
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.