Digər Xəbərlər

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya-Ukrayna müharibəsinin davamlı və qalıcı sülhlə bitməsinin vacibliyini vurğulayaraq, atəşkəsin həm quruda, həm havada, həm də dənizdə təmin olunmasını tələb edib. O, həmçinin bütün ukraynalı hərbi və mülki əsirlərin azad edilməsini və Rusiya tərəfindən qaçırılan uşaqların geri qaytarılmasını önə çəkib. Zelenski Alyaska sammitindən sonra ABŞ prezidenti Donald Tramp və Avropa liderləri ilə telefon danışıqlarını şərh edib, bazar ertəsi Vaşinqtona gedəcəyini bildirib. O, görüşdüyü liderlərin müharibənin dayandırılması ilə bağlı aydın mövqedə olduğunu, Ukrayna üçün uzunmüddətli təhlükəsizliyin ABŞ və Avropanın dəstəyi ilə təmin edilməsinin vacibliyini vurğulayıb.

Orban ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Alyaskada keçirilən görüşlə bağlı sosial mediada açıqlama verib. O, illərdir iki böyük nüvə dövlətinin bir-birinə qarşı sərt mövqelər nümayiş etdirdiyini qeyd edərək, “Bu, bitdi. Bu gün dünya dünənkindən daha təhlükəsizdir”, – deyib. Macarıstanın xarici işlər və ticarət naziri Peter Szijjarto da sammiti yüksək qiymətləndirərək, ABŞ və Rusiya arasında dialoqun ən yüksək səviyyədə davam etməsinin qlobal təhlükəsizliyi gücləndirəcəyini vurğulayıb. O, Ukraynada müharibənin yalnız danışıqlar və diplomatik kanallar vasitəsilə həll edilə biləcəyini bildirib.

Geo News-un məlumatına görə, axtarış-xilasetmə qrupları bir gecədə Hayber Paxtunxva əyalətində sürüşmə və daşqın nəticəsində dağılan evlərin altından çoxlu cəsəd çıxarıb. Ən çox itki Hayber Paxtunxvada qeydə alınıb – 307 nəfər, Gilgit Baltistanda 12, Azad Kəşmirdə isə 11 nəfərin həyatını itirdiyi bildirilib. Rəsmilər həmçinin 32 nəfərin itkin düşdüyünü açıqlayıb. Məlumata görə, Pakistanın şimal bölgələrində güclü yağışların avqustun 21-dək davam edəcəyi gözlənilir. Baş nazir Şahbaz Şərif Hayber Paxtunxvaya dərman, ərzaq və digər zəruri yardımların dərhal çatdırılması barədə göstəriş verib.

İtaliyanın Siciliya adasında yerləşən Etna dağı Avropanın ən hündür aktiv vulkanı kimi tanınır. Vulkanın tez-tez lava və kül püskürməsi həm yerli əhalinin, həm də elmi ictimaiyyətin diqqətini cəlb edir. Püskürmələr zamanı səmaya qalxan tüstü və kül buludları ara-sıra ərazidə hava hərəkətini pozur. Vulkanın lava axınları xüsusilə kənd təsərrüfatı sahələrinə ciddi ziyan vurur. Bu axınlar yaşayış məntəqələrini təhlükə altına qoyur. Bölgədəki mütəxəssislər vulkanın fəaliyyətini daim izləyir və potensial riskləri aradan qaldırmaq üçün erkən xəbərdarlıq sistemləri işə salınır. Buna görə də Etna dağı geoloji tədqiqatlar üçün də böyük beynəlxalq əhəmiyyət kəsb edir.

Ukrayna prezidenti Volodomir Zelenski bazar ertəsi ABŞ-a gedəcəyini açıqlayıb. Zelenski ABŞ prezidenti Donald Trampla görüşəcəyini bildirib. Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiya lideri Vladimir Putin ilə Alaskada görüşən sabiq ABŞ Prezidenti Donald Tramp ilə zirvə görüşündən sonra telefon danışığı apardığını bildirib. Zelenski bu barədə Telegram hesabında paylaşım edib. Onun sözlərinə görə, əvvəlcə Avropa liderlərinin iştirakı ilə, daha sonra isə təxminən bir saat yarım müddətində Tramp ilə təkbətək telefon danışığı baş tutub.

yerli medianın bildirdiyinə görə, yaralılardan biri məsciddən çıxarkən güllələnib. Polis hadisə ilə bağlı “adam öldürməyə cəhd” maddəsi üzrə araşdırma başladığını açıqlayıb. Hücumun təfərrüatları və şübhəlinin tutulub-tutulmadığı barədə hələlik məlumat verilməyib. Qeyd edək ki, son illərdə İsveçdə silahlı zorakılıq halları və məscidlərə qarşı təxribatlar artmaqdadır

Liderlərin görüş yeri və vaxtı hələ açıqlanmayıb. Fransanın BFMTV kanalının məlumatına görə, Yelisey Sarayı iki liderin Alyaskada keçirilən Tramp-Putin görüşündən sonra münasib vaxtda görüşəcəyini bildirib. Xatırladaq ki, Avqustun 13-də Almaniyanın ev sahibliyi etdiyi Ukrayna ilə bağlı onlayn görüşdə Makron, Tramp, Zelenski və Avropa liderləri iştirak ediblər.

İsrailin Qəzzaya qarşı hücumları davam edərkən, UEFA-nın bu ölkəyə münasibətdə “ikili standart” sərgilədiyi iddiaları yenidən gündəmə gəlib. Daha əvvəl İsrailin hücumları zamanı həlak olan Fələstin millisinin sabiq futbolçusu, “Fələstinli Pele” ləqəbli Süleyman Əl-Obaidlə bağlı başsağlığı mesajında İsrailin adını çəkməyən UEFA, bu dəfə də Superkubok matçı öncəsi nümayiş etdirilən pankartlardan İsrailə istinad etməyib.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada keçirəcəyi görüş öncəsi danışıqların uğursuzluqla nəticələnə biləcəyi ehtimalına münasibət bildirib. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya görə, Lavrov Alyaskada jurnalistlərin suallarını cavablandırarkən Trampın görüşün uğursuzluqla nəticələnmə ehtimalının 25 faiz olduğunu deməsinə toxunub.