Digər Xəbərlər

Livan mətbuatına açıqlamasında Abagnara UNIFIL-in “Livanın cənubunda sülh və sabitliyi möhkəmləndirmək” vəzifəsini daşıdığını bildirib. O, təşkilatın mandatının aydın olduğunu – bütün pozuntuları qeydə almaq və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrasını təmin etməkdən ibarət olduğunu vurğulayıb. Abagnara əlavə edib ki, UNIFIL-in əsas vəzifəsi Livan ordusunun cənubda hakimiyyətini gücləndirmək, təhlükəsizliyi təmin etmək və yerli əhalini qorumaqdır. O, bölgənin yerli hakimiyyət orqanlarına əməkdaşlığa görə təşəkkür edib. Digər tərəfdən, “İsrail Hayom” qəzetinin məlumatına görə, İsrailin xarici işlər naziri Gideon Saar ABŞ-a rəsmi məktub göndərərək, UNIFIL-in Livandakı missiyasının dayandırılmasını tələb edib. Saar iddia edib ki, UNIFIL “Hizbullahın Litani çayının cənubunda yerləşməsinin qarşısını almaqda uğursuz olub”.

Ictimai rəy sorğusu şirkəti YouGov tərəfindən keçirilən sorğuya əsasən, almanların 65 faizi hökumətin Qəzza zolağında istifadə oluna biləcək silahların İsrailə ixracını dayandırmasını düzgün addım hesab edir. Məlumata görə, respondentlərin 19 faizi bu qərarı yanlış qiymətləndirib, 16 faizi isə mövzu ilə bağlı rəy bildirmək istəməyib. Sorğu həmçinin Almaniya hökumətinin Avropa İttifaqı–İsrail Assosiasiya Sazişinin dayandırılmasına qarşı mövqeyi ilə bağlı cəmiyyətin baxışlarını da üzə çıxarıb. Belə ki, iştirakçıların 45 faizi bunu doğru addım, 32 faizi isə yanlış qərar hesab edib, 23 faizi isə şərh verməyib.

ABŞ prezidenti Donald Tramp Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynə Avropa ölkələrinin rəhbərlik etdiyi “Çoxmillətli Ukrayna” koalisiyası üçün “NATO-ya bənzər təhlükəsizlik zəmanətləri” hazırlamağı tapşırıb. “The Wall Street Journal”ın məlumatına görə, bu tapşırıq Trampın avqustun 15-də Rusiya prezidenti Vladimir Putinlə nəticəsiz görüşündən sonra verilib. Rəsmilər bildiriblər ki, Keyn bu tapşırığı Böyük Britaniya, Fransa və Almaniyanın rəhbərlik etdiyi koalisiyanın təhlükəsizlik mexanizmlərini qurmaq üçün alıb. Tramp Fox News-a verdiyi müsahibədə Avropa liderlərinin ABŞ-dan daha çox müharibəyə cəlb olunduğunu qeyd edərək, “Bu bir növ təhlükəsizlik olacaq, lakin bu NATO ola bilməz; heç vaxt olmayacaq”- deyə bildirib.

Yerli mənbələrin məlumatına görə, Mavçi bölgəsinə endirilən hava zərbəsində ikisi uşaq və səkkizi qadın olmaqla 32 nəfər həyatını itirib. Məlumata görə, ordunun bu il təkcə həmin bölgədə ən azı 14 hava hücumu həyata keçirdiyi bildirilir. Qeyd edək ki, Myanma ordusu 2021-ci il fevralın 1-də dövlət çevrilişi yolu ilə hakimiyyəti ələ keçirib. Hərbi rəhbərlik ölkənin faktiki lideri Aunq San Suu Kyi və çoxsaylı məmurları həbs edib, fövqəladə vəziyyət elan edib. Çevrilişdən sonra minlərlə mülki şəxs həyatını itirib, milyonlarla insan didərgin düşüb. Hazırda “Üç Qardaş Alyansı” adlı silahlı qruplaşmalar ordunun nəzarətinə qarşı döyüş aparır.

ABŞ-ın texnologiya şirkəti “Microsoft”un Vaşinqton ştatındakı mərkəzi ofisi qarşısında əməkdaşlar və fəallar tərəfindən etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları şirkəti İsrail ordusu ilə əməkdaşlıqda ittiham ediblər. Məlumata görə, “Apartheid üçün Azure yoxdur” adlı qrupun təşkil etdiyi etiraz zamanı iştirakçılar çadırlar qurub, pankartlar açaraq şirkətin İsraillə müqavilələrini ləğv etməsini tələb ediblər. Həmçinin Microsoft-un binalarından birinə “Şəhid Fələstinli Uşaqları Plaza” yazılmış banner asılıb, ərazi sosial mediada “Azad edilmiş zona” kimi təqdim olunub

Tramp Zelenski və Avropa liderləri ilə görüşdən sonra Ukraynaya çoxmillətli qüvvələrin göndərilməsi ideyasını gündəmə gətirib. ABŞ ordusunun quru qoşunlarını yerləşdirməyəcəyini bildirən Tramp, hava hücumundan müdafiə, döyüş təyyarələri və kəşfiyyat imkanları ilə Avropa qoşunlarını dəstəkləmək variantlarını nəzərdən keçirdiklərini vurğulayıb. Müzakirələrdə Putinin iştirakı ilə sammit üçün üç şəhərin adı çəkilir: Budapeşt, Cenevrə və Moskva. Macarıstanın seçilməsi Zelenski üçün riskli hesab olunur, çünki baş nazir Viktor Orban Putinin yaxın müttəfiqi sayılır. Fransa prezidenti Emmanuel Makron isə Cenevrəni ən uyğun seçim kimi təqdim edib. Rusiya isə sammitin Moskvada keçirilməsini gündəmə gətirib.

ABŞ prezidenti Donald Tramp potensial Rusiya–Ukrayna razılaşması ilə bağlı açıqlama verib. O bildirib ki, Ukraynanın Avropa ilə Rusiya arasında “bufer” rolunu oynayacağını düşündüyünü, lakin NATO üzvlüyünün gündəmdə olmadığını qeyd edib. Tramp çıxışında “Vaxt itirmək istəmirəm. Sadəcə bu müharibəni bitirmək istəyirəm” deyərək, münaqişənin həlli üçün sürətli nəticə əldə etmək istədiyini vurğulayıb. “Ola bilsin ki, Putin razılaşmaq istəmir. Bir neçə həftə ərzində Putin haqqında daha çox məlumat əldə edəcəyik” - deyə o bildirib.

Ukraynanın xarici işlər naziri Andrii Sybiha ABŞ, Rusiya və Ukrayna liderləri arasında aparılan danışıqların sülh prosesində mühüm dönüş nöqtəsinə çevrilə biləcəyini bildirib. Nazir sosial şəbəkədəki açıqlamasında ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə keçirilən görüşün sülh istiqamətində intensiv müzakirələrlə yadda qaldığını vurğulayıb. O, Rusiyanın hücumlarının davamlı sülh və təhlükəsizlik zəmanətlərinə ehtiyacı daha da ön plana çıxardığını qeyd edib.

Kremlin xarici siyasət müşaviri Yuri Uşakovun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə reallaşan telefon danışığı təxminən 40 dəqiqə davam edib. Uşakov bildirib ki, Rusiya prezidenti Vladimir Putin Trampa Alyaska sammitində göstərilən qonaqpərvərliyə və Ukrayna böhranının sülh yolu ilə həlli istiqamətində irəliləyişlərə görə təşəkkürünü çatdırıb. Onun sözlərinə görə, Tramp Putinə Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə keçirilən görüşlər barədə məlumat verib. Liderlər Rusiya və Ukrayna nümayəndə heyətləri arasında dialoqun davam etdirilməsini dəstəkləyib və danışıqlar səviyyəsinin yüksəldilməsi imkanlarını müzakirə ediblər.

Avqustun 23-də paytaxt Tehran da daxil olmaqla ən azı 13 əyalətdə dövlət qurumlarının fəaliyyətinə ara verilib. Qərarın, yüksək temperaturun yaratdığı enerji istehlakının qarşısını almaq və ölkənin enerji sistemini qorumaq məqsədilə qəbul edildiyi bildirilib. Məlumata görə, Əlburz, Yəzd, İsfahan, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Kürdüstan, Rəzəvi Xorasan, Cənubi Xorasan, Qum, Kirman, Xuzistan və Şimali Xorasan da qərara daxil olan əyalətlər arasındadır. Digər bölgələrdə isə iş saatları səhər 06:00-dan 11:00-a endirilib.

, Pireney yarımadasındakı iki ölkədə avqustun əvvəllərindən bəri 560 min hektardan çox meşə yanıb. EFFIS məlumatlarına görə, İspaniyada 344 min hektar, Portuqaliyada isə 216 min hektar ərazi yanıb. İspaniyada yanğınlar xüsusilə Qalisiya, Kastiliya və Leon, Asturiya, Ekstremadura və Madrid ətrafında qeydə alınıb. Ourense bölgəsində yanğınsöndürmə zamanı dörd yanğınsöndürən yaralanıb, 8000-dən çox insan isə təhlükəsizlik üçün evlərini tərk edib. Şimal bölgələrdə 15 əsas yol müvəqqəti bağlanıb.

“Müayinə nəticəsində pasiyentin şikayətinin uroloji xarakter daşıdığı və təcili tibbi hal hesab edilmədiyi müəyyən edilib. Qeyd olunmalıdır ki, pasiyent tibb müəssisəsinə ağrı və sancı ilə deyil, axıntı şikayəti ilə müraciət edib. Bu səbəbdən o, poliklinik qaydada uroloq-androloq müayinəsinə yönləndirilib və saat 06:12-də Qeydiyyat bölməsinə yaxınlaşaraq növbə talonu əldə edib.