CNBC-nin məlumatına görə, işçilərinə ən uzun illik məzuniyyət verən 9 Avropa ölkəsi arasında Fransa, Böyük Britaniya, Avstriya, Danimarka, Finlandiya, Norveç, İspaniya, İsveç və Portuqaliya var. Bu ölkələrdə ödənişli məzuniyyət müddəti 22 gündən 30 günə qədər dəyişir. Fransada işçilərə 30 gün ödənişli məzuniyyət təqdim olunur. Böyük Britaniya 28 gün, Avstriya, Danimarka, Finlandiya, Norveç, İspaniya və İsveç isə 25 günlə bu siyahıda yer alır. Portuqaliyada isə bu göstərici 22 gündür.
Digər Xəbərlər
ABŞ-ın Stanford Universitetində aparılan araşdırmalar daxili səsi deşifrə edə bilən beyin-kompüter interfeysinin (BCI) yaradıldığını göstərib. Cell jurnalında dərc olunan tədqiqatda texnologiyanın daxili nitqi 74 faizə qədər dəqiqliklə oxuya bildiyi, eyni zamanda təhlükəsizlik üçün parolla işlədiyi vurğulanır. Məlumata görə, ALS və beyin sapı insultuna görə danışa bilməyən dörd şəxsin motor korteksinə mikroelektrodlar yerləşdirilib. Süni intellektin köməyi ilə beyin siqnalları təhlil olunaraq iştirakçıların düşündükləri sözlər deşifrə edilib. “Chitty chitty bang bang” ifadəsi parol kimi istifadə edilərək sistemin yalnız istifadəçi istədiyi zaman aktivləşməsi təmin olunub.
Yaponiyanın Kioto Universitetinin alimləri Beynəlxalq Kosmik Stansiyada (BKS) altı ay ərzində dondurulmuş siçan hüceyrələrindən sağlam balaların dünyaya gəlməsinə nail olublar. Araşdırma kosmosda sağlam nəsil yaratmağın mümkün ola biləcəyini göstərir. Tədqiqatda siçanların reproduktiv kök hüceyrələri dondurularaq BKS-ə göndərilib və altı ay dondurucuda saxlanılıb. Yerə qaytarıldıqdan sonra hüceyrələr normal inkişaf göstərib və cütləşmədən sonra sağlam balalar dünyaya gəlib. Alimlər siçanların genetik normalığını təsdiqləyiblər.
Bu gün günorta saatlarında Günəşdə gücü yüksək sinfə yaxın partlayış qeydə alınıb. Məlumata əsasən, hazırda Yerətrafı kosmik məkana azenerjili proton axınları daxil olub, lakin onların göstəriciləri normal fon səviyyəsini aşmayıb.
Son illərdə müxtəlif ölkələrdə keçirilən sınaqlar daha qısa iş həftəsinin stressi azaltdığını, əlavə iş xərclərini və işçi itkisini isə əhəmiyyətli dərəcədə azaltdığını göstərib. Məsələn, Kolorado polisində tətbiq edilən sistem nəticəsində əlavə iş xərcləri 80 faiz, işdən çıxma halları isə 50 faiz azalıb. Microsoft-un Yaponiyadakı filialı isə dörd günlük iş qrafiki ilə məhsuldarlığı 40 faiz yüksəldib. Stellenboş Universitetinin araşdırması da işçilərin psixoloji vəziyyətində ciddi yaxşılaşma olduğunu təsdiqləyib. Bununla yanaşı, mütəxəssislər qeyd edirlər ki, dörd günlük iş qrafikinin tətbiqi hər sektorda mümkün deyil. Xüsusən kənd təsərrüfatı və istehsalat sahələrində çətinliklər qalır. Böyük təşkilatlarda isə koordinasiya və məhsuldarlıqla bağlı narahatlıqlar səbəbindən bu model geniş yayılmayıb.
Avropa Komissiyası “kivi istehlakının defekasiya tezliyini artıraraq normal bağırsaq funksiyasına töhfə verdiyi” yönündəki sağlamlıq iddiasına onay verib. Bu qərarla kivi, Aİ tərəfindən sağlamlıq faydaları tanınan ilk təzə meyvə statusunu qazandı.
Böyük Britaniyada yerləşən Cambridge Dictionary-nin açıqlamasına görə, yeni sözlər arasında sosial mediada populyarlaşan "skibidi" və "tradwife" kimi ifadələr də yer alacaq. "Skibidi" sözü YouTube-da yayılan animasiya serialından qaynaqlanaraq bəzən “sərin”, bəzən də mənasız bir ifadə kimi işlədilir. "Tradwife" isə ənənəvi evdar qadın həyat tərzini təsvir etmək üçün istifadə olunur. Həmçinin, lüğətə “bro” və “oliqarxiya” sözlərindən əmələ gələn “broliqarxiya” da əlavə edilib. Bu termin son dərəcə varlı və güclü kişilərdən ibarət kiçik bir qrup, xüsusən də texnologiya sektorunda olanları təsvir etmək üçün istifadə olunur.
Yeni qərara əsasən, ölkənin bütün bölgələrində tətbiq ediləcək qadağa ilə yanaşı, intizam qaydaları və cəzaları məktəblər tərəfindən müəyyən olunacaq. Üç dil icması — fransız, alman və flamand icmalarında fərqli tətbiqlər nəzərdə tutulub. Qeyd edək ki, fransızdilli icmada artıq 2024-2025-ci ildən ibtidai məktəblərdə telefon istifadəsi tam qadağan edilib. Almandilli bölgədə isə 2025-2026-cı ildən həm dərs, həm də tənəffüs vaxtlarında telefon və ağıllı saatların istifadəsi yasaqlanacaq. Flamand icmasında isə mərhələli şəkildə tətbiq edilən qadağa orta məktəblərin bütün siniflərini əhatə edəcək.
Datinin arqumentləri 2023-cü ildə Lancet tibb jurnalında dərc olunan “İsti və soyuğa aid edilən artıq ölüm halları” adlı araşdırmaya əsaslanır. 2000–2019-cu illərin məlumatlarını əhatə edən bu tədqiqat 854 Avropa şəhərində isti və soyuq dalğalarının təsirini qiymətləndirib.
İngiltərənin Nottingem Universitetinin alimləri aparılan araşdırmalar nəticəsində şokoladın dad və aromasına birbaşa təsir edən əsas faktorun kakao paxlasının fermentasiyası olduğunu açıqlayıblar. Kakao meyvəsi açıldıqdan sonra lobya və pulpa birlikdə mayalanır, bu zaman lobyanın rəngi dəyişir və acılığı azalır. Tədqiqatda iştirak edən doktor David Gopaulchan qeyd edib ki, fermentasiya zamanı baş verən dəyişkənlik məhsulun keyfiyyətinə təsir göstərir və bu, təsərrüfatdan təsərrüfata, bölgədən bölgəyə fərqlənir.
Livan mətbuatına açıqlamasında Abagnara UNIFIL-in “Livanın cənubunda sülh və sabitliyi möhkəmləndirmək” vəzifəsini daşıdığını bildirib. O, təşkilatın mandatının aydın olduğunu – bütün pozuntuları qeydə almaq və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrasını təmin etməkdən ibarət olduğunu vurğulayıb. Abagnara əlavə edib ki, UNIFIL-in əsas vəzifəsi Livan ordusunun cənubda hakimiyyətini gücləndirmək, təhlükəsizliyi təmin etmək və yerli əhalini qorumaqdır. O, bölgənin yerli hakimiyyət orqanlarına əməkdaşlığa görə təşəkkür edib. Digər tərəfdən, “İsrail Hayom” qəzetinin məlumatına görə, İsrailin xarici işlər naziri Gideon Saar ABŞ-a rəsmi məktub göndərərək, UNIFIL-in Livandakı missiyasının dayandırılmasını tələb edib. Saar iddia edib ki, UNIFIL “Hizbullahın Litani çayının cənubunda yerləşməsinin qarşısını almaqda uğursuz olub”.
Ictimai rəy sorğusu şirkəti YouGov tərəfindən keçirilən sorğuya əsasən, almanların 65 faizi hökumətin Qəzza zolağında istifadə oluna biləcək silahların İsrailə ixracını dayandırmasını düzgün addım hesab edir. Məlumata görə, respondentlərin 19 faizi bu qərarı yanlış qiymətləndirib, 16 faizi isə mövzu ilə bağlı rəy bildirmək istəməyib. Sorğu həmçinin Almaniya hökumətinin Avropa İttifaqı–İsrail Assosiasiya Sazişinin dayandırılmasına qarşı mövqeyi ilə bağlı cəmiyyətin baxışlarını da üzə çıxarıb. Belə ki, iştirakçıların 45 faizi bunu doğru addım, 32 faizi isə yanlış qərar hesab edib, 23 faizi isə şərh verməyib.