Digər Xəbərlər

19 sentyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı, Qırğızıstanın YUNESKO yanında daimi nümayəndəliyi və TÜRKSOY tərəfindən görkəmli Qırğız yazıçısı Çingiz Aytmatova həsr olunmuş "Çingiz Aytmatov və YUNESKO: Dünyanı Birləşdirən Ümumi Miras" adlı beynəlxalq konfrans təşkil olunur.

Azərkosmos ölkəmizdə ilk dəfə olaraq “Milli Kosmik Hakaton” keçirəcək.Hakatonun əsas məqsədi kosmos və innovasiya sahəsində 18-35 yaş arası azərbaycanlı gəncləri bir araya gətirərək innovativ yanaşmaların inkişafına şərait yaratmaq, kosmik sahibkarlıq və innovasiya barədə məlumatlılığı artırmaq və gənclərin bu sahəyə bağlılığını artırmaqdır.

Pakistanın müdafiə naziri Xavaja Asıf bildirib ki, ölkəsinin nüvə silah potensialı, yaxın günlərdə Səudiyyə Ərəbistanı ilə imzalanmış strateji qarşılıqlı müdafiə sazişi çərçivəsində istifadə oluna bilər. Nazir bu açıqlamanı Geo News televiziya kanalına müsahibəsində verib. O, Pakistanın nüvə silahlarının razılaşma çərçivəsində istifadə edilib-edilməyəcəyi ilə bağlı suala cavab olaraq deyib:

“AzerGold” QSC-də irsi və qazanılmış qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə növbəti qanvermə aksiyası təşkil edilib. Aksiyada “AzerGold” QSC-nin və onun törəmə müəssisəsi olan “Daşkəsən Dəmir Filiz” MMC-nin əməkdaşları iştirak edərək, könüllü şəkildə qan veriblər.

Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidmətinin (MI6) rəhbəri Riçard Mur bu gün, cümə günü bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynada sülh danışıqlarına maraq göstərdiyinə dair “heç bir dəlil” yoxdur. Mur bu fikirləri İstanbulda çıxış edərkən səsləndirib. Onun çıxışı zamanı Britaniya kəşfiyyatının “qara internetdən” (dark web) istifadə etməklə Rusiya və digər ölkələrdə yeni agentlər cəlb etmək və gizli məlumatlar toplamaq planlarını açıqlayıb.

ABŞ BMT Təhlükəsizlik Şurasında Qəzzada dərhal, şərtsiz və daimi atəşkəs tələb edən qətnamə layihəsini veto edib. Qətnamə eyni zamanda İsraildən humanitar yardımların qarşısındakı bütün məhdudiyyətləri qaldırmağı və HƏMAS da daxil olmaqla fələstinli qrupların əlində saxlanılan girovların azad edilməsini tələb edirdi. Qətnamə layihəsi Şuranın 15 üzvündən seçilmiş 10 üzv tərəfindən hazırlanmışdı və səsvermədə 14 lehinə, 1 əleyhinə nəticə əldə olunmuşdu. ABŞ-ın vetosu sənədin qəbulunu əngəllədi. Bu, Qəzza müharibəsi başlayandan bəri Vaşinqtonun altıncı veto qərarıdır.

Daxili İşlər Nazirliyi (DİN) "Formula 1" yarışları zamanı azarkeş zonasına keçirilməsi qadağan edilən əşyaların siyahısını açıqlanıb.Bu gündən start götürən "Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025" yarışlarının maneəsiz və təhlükəsiz şəraitdə keçirilməsi məqsədilə müəyyən əşyaların azarkeş zonasına keçirilməsi qadağandır.