ABŞ Prezidenti Donald Tramp, BMT Baş Assambleyasının kənar çərçivəsində Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir, İordaniya, İndoneziya və Pakistan liderləri ilə toplantı keçirəcək. Tramp bu görüşdə Qəzzədə atəşkəsin əldə olunması, müharibədən sonrakı idarəetmə və İsrailin bölgədən çəkilməsi ilə bağlı təkliflər təqdim etməyi planlaşdırır. Bu barədə məlumat verən Ağ Evin Mətbuat Katibi Karoline Leavitt, jurnalistlərə açıqlamasında Trampın bu gün adıçəkilən ölkələrin liderləri ilə mühüm görüş keçirəcəyini bildirib.
Digər Xəbərlər
Sentyabrın 23-də Heydər Əliyev Mərkəzində 3-cü Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalının açılışı olub. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçirilən festival "Əbədi həqiqət axtarışında" mövzusunda beynəlxalq forumla işinə başlayıb.
İran Prezidenti Məsud Pezeşkian sabah Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka səfər edəcək. Səfərdən öncə, sentyabrın 23-də Prezident Pezeşkian İranın yeni tədris ilinin başlanması münasibətilə Tehranda keçiriləcək tədbirdə iştirak edəcək. Nyu-Yorkda dövlət başçısı sentyabrın 24-də səhər saatlarında BMT Baş Assambleyasının iclasında çıxış edəcək. Səfər çərçivəsində Pezeşkian müxtəlif ölkələrin dövlət başçıları, BMT Baş katibi, bəzi dairələrin rəhbərləri və Nyu-Yorkda yaşayan iranlılarla görüşlər keçirəcək.
Filippinlərdə təsirli olan musson yağışları və Ragasa ilə Mitag (Mirasol) tayfunları səbəbindən ölkə üzrə 100 mindən çox insan mənfi təsirlənib. Ölkənin müxtəlif bölgələrində 28 mindən artıq ailə fəlakətdən zərər çəkib və çox sayda insan təhlükəsiz ərazilərə təxliyə olunub. Milli Fəlakət Risklərinin Azaldılması və İdarəetmə Şurasının (NDRRMC) açıqlamasına görə, 187 ailə təxliyə mərkəzlərinə yerləşdirilib, əlavə 173 ailə isə müvəqqəti olaraq başqa yerlərdə qalır. Olumsuz hava şəraiti nəticəsində 2 nəfər həyatını itirib, 2 nəfər yaralanıb, 5 nəfər isə itkin düşüb.
Azad olunan ərazilərdə 15-21 sentyabr tarixlərdində 14 tank əleyhinə mina, 95 piyada əleyhinə mina, 1286 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Qayıdış proqramına uyğun olaraq Həsənriz kəndinə köç edənlər bu günə kimi respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 yanvar saat 06:00-dək uzadılıb.
20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Tədbirlərdə müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusunun şəxsi heyətinə təbriki iştirakçıların diqqətinə çatdırılıb.
Dəməşq Beynəlxalq Hava Limanına quraşdırılacaq yeni naviqasiya sistemlərinin ilk hissəsinin Türkiyənin dəstəyi ilə Suriyaya təhvil verildiyi bildirilib.Suriya xəbər agentliyi SANA-nın məlumatına görə, Suriya Mülki Aviasiya Baş İdarəsinin direktoru Ömər əl-Hasri, Türkiyə tərəfindən təmin edilən ilk naviqasiya cihazları və avadanlıqlarının qəbul edildiyini açıqlayıb.
Stokholmda bir araya gələn yüzlərlə etirazçı, İsrailin Qəzzadakı hərbi əməliyyatlarını "soyqırımı müharibəsi" adlandıraraq bu prosesin dayandırılmasını tələb ediblər. Odenplan Meydanında təşkil olunan aksiyada iştirakçılar İsrailə silah embarqosunun tətbiqini, İsrailli şirkətlərin boykot edilməsini və bu ölkə ilə bütün münasibətlərin dayandırılmasını istəyiblər.Etirazçılar "Bu bir savaş deyil, soyqırımdır", "Azad Fələstin", "Katil İsrail", "Dirəniş, azadlıq, ədalət və yenidənqurma" kimi şüarlar səsləndiriblər.
Almaniya sakinləri arasında kansler Fridrix Mertsin fəaliyyətindən narazılıq səviyyəsi rekord göstəriciyə yüksəlib.INSA sosioloji institutunun keçirdiyi sorğuda respondentlərin 62%-i kanslerin işini mənfi qiymətləndirib.Yalnız 26% alman Mertsin fəaliyyətindən razılıq ifadə edib. Qeyd olunur ki, iyunun əvvəlində kanslerə etimadda qısa müddətlik artım qeydə alınsa da, sonrakı dövrdə onun reytinqi sürətlə aşağı düşərək yeni minimuma çatıb.
ABŞ Prezidenti Donald Tramp, Əfqanıstandakı Beqram Hava Bazasını yenidən ələ keçirmək və burada kiçik bir ABŞ hərbi kontingenti yerləşdirmək üçün danışıqların davam etdiyini bildirib. ABŞ Prezidenti Tramp, Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada Beqram Hava Bazası ilə bağlı fikirlərini bir daha səsləndirib. O, Co Bayden administrasiyasının bazanı tərk etməsini “boş yerə” və “bacarıqsızlıq” kimi qiymətləndirərək "Beqramda nə baş verəcəyini görəcəyik. Onu geri almaq üçün Əfqanıstanla danışıqlar aparırıq. Oranı heç vaxt tərk etməməli idik."- deyə qeyd edib.