ABŞ Ədliyyə Nazirliyi bildirib ki, cinsi cinayətlərdə təqsirli bilinmiş milyarder Ceffri Epşteynlə bağlı faylların açıqlanmasının başa çatdırılması üçün “daha bir neçə həftə” vaxt tələb oluna bilər. Bu isə sənədlərin tam şəkildə dərcinin bir neçə həftəlik təxirə salınacağı anlamına gəlir, çünki məsul şəxslər zərərçəkənlərin qorunması məqsədilə detallara düzəlişlər edirlər.
Digər Xəbərlər
İsrail Baş naziri Benyamin Netanyahunun, koalisyon hökumətindəki fikir ayrılıqları səbəbindən erkən seçkilərin keçirilməsini planladığı bildirilib.Yeddioth Ahronoth qəzetinin məlumatına görə, Netanyahu xüsusilə Ultra-Ortodoks yəhudiləri maraqlandıran hərbi xidmət qanun layihəsi və büdcə məsələlərindəki fikir ayrılıqları üzündən erkən seçki seçimini dəyərləndirir. Netanyahu ictimaiyyət qarşısında hökumətin vəzifə müddətini tamamlayacağını açıqlasa da, kurmaylarına oktyabr ayında keçiriləcək ümumi seçkilərin erkən keçirilməsi üçün hazırlıq işlərinə başlanması göstərişi verib.
Vatikan Dövlətinin başçısı Papa XIV Leo, başda Rusiya–Ukrayna müharibəsi olmaqla, dünyada Milad bayramı münasibətilə 24 saatlıq atəşkəsə əməl olunması çağırışı edib. Papa dünən axşam saatlarında həftəlik istirahətini keçirdiyi Romanın yaxınlığındakı Kastel Qandolfo qəsəbəsindəki iqamətgahından Vatikana yola düşərkən onu gözləyən jurnalistlərin suallarını cavablandırıb.
İraq Elektrik Nazirliyi İranın İraqa ötürdüyü təbii qaz axınını tamamilə dayandırdığını açıqlayıb. İraqın rəsmi xəbər agentliyi INA-nın Elektrik Nazirliyinə istinadla yaydığı məlumata görə, İrandan gələn təbii qaz tədarükü tam kəsilib. Bu səbəbdən İraqın elektrik sistemində 4 min–4 min 500 meqavat həcmində itki yarandığı bildirilib. Açıqlamada qeyd olunub ki, Elektrik Nazirliyi Neft Nazirliyi ilə koordinasiya şəraitində yerli alternativ yanacaq mənbələrinə müraciət edərək elektrik stansiyalarının fəaliyyətinin davamlılığını təmin edir. Hazırda istehsalın nəzarət altında olduğu vurğulanıb.
İran Silahlı Qüvvələrinin baş komandanı, general-mayor Amir Hatami bildirib ki, Ordu hər cür təhdid, o cümlədən asimmetrik və qeyri-qanuni müharibəyə qarşı hazırlığını davamlı artırır və hər hansı düşmən hərəkətinə qəti cavab veriləcək. İranın qərb bölgələrində yerləşdirilmiş hərbi hissələrdə yoxlama ziyarəti zamanı general Hatami əməliyyat hazırlığını və döyüş qabiliyyətlərini qiymətləndirdiklərini açıqlayıb. O, əsgərlərin yüksək əhval-ruhiyyəyə malik olduğunu, texnika və infrastrukturların İsrailin 12 günlük müharibəsindən əldə edilən təcrübələrə uyğun modernləşdirildiyini bildirib. Hatami həmçinin sahə səviyyəsində yenilik və kreativ təşəbbüslərin də diqqət çəkdiyini qeyd edib.
İran bazar ertəsi günü raket proqramının sırf müdafiə məqsədi daşıdığını və hücumların qarşısını almağa yönəldiyini bəyan edərək, ölkənin raket arsenalının müzakirə mövzusu olmadığını bildirib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi həftəlik mətbuat konfransında bildirib ki, ölkənin raket proqramı İran ərazisini qorumaq məqsədilə hazırlanıb və danışıqlar predmeti deyil. “İranın raket proqramı ölkənin ərazi bütövlüyünü müdafiə etmək üçün inkişaf etdirilib, bu, müzakirə mövzusu deyil. Aqressorları İranı hədəfə almaq fikrindən daşındırmaq üçün nəzərdə tutulan müdafiə imkanlarımız danışıla bilməz,” – deyə Bəqayi vurğulayıb.
CNN, araşdırma jurnalistikası platforması Lighthouse Reports ilə birgə eksklüziv hesabatında Sudan ordusu və ona bağlı milislər tərəfindən həyata keçirilən etnik motivli zorakılıq kampaniyasını üzə çıxarıb.
Yapon hakimiyyəti Fukuşima fəlakətindən on ildən çox sonra işləməyən vəziyyətdə olan dünyanın ən böyük nüvə elektrik stansiyası – Kaşivazaki-Kariwa stansiyasını yenidən işə salmaq qərarı verib. Bu addım, ölkənin enerji tələbatını kömür və qaz kimi idxal olunan yanacaq mənbələrindən uzaqlaşdırmaq strategiyasında mühüm dönüş nöqtəsi hesab olunur. Niigata prefekturasında yerləşən stansiyanın yerli əhali arasında narahatlıqlara baxmayaraq, prefektura şurası Tokyo Elektrik Enerji Şirkəti (TEPCO) tərəfindən yeddi reaktordan birinin yenidən işə salınmasına icazə verən qərarı təsdiqləyib. Şirkət 6 nömrəli reaktorun yanvar ayının 20-si civarında fəaliyyətə başlamasını planlaşdırır.
SpaceX yörüngədəki Starlink süni peyklərindən birinin partladığını və işləməyən vəziyyətə düşdüyünü təsdiqləyib. Şirkət bildirib ki, peykin öz sistemində yaranan texniki nasazlıq nəticəsində itki tankında sızma baş verib və süni peykin yörüngəsi saniyədə təxminən 4 kilometr sürətlə alçalır. Son günlər bu hadisənin Çinə aid bir süni peyk ilə çarpışma səbəbindən baş verdiyi barədə iddialar səsləndirilmişdi. Lakin SpaceX açıqlayıb ki, partlayış heç bir xarici müdaxilə və ya toqquşma nəticəsində olmayıb, yalnız texniki problem səbəbindən baş verib.
Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) xarici işlər nazirləri Tayland ilə Kamboca arasında davam edən sərhəd gərginliyini aradan qaldırmaq məqsədilə Malayziyanın paytaxtı Kuala Lumpurda görüş keçirir. Bu, ASEAN-ın cari il ərzində gərginliyin azaldılması üçün ikinci toplantısıdır. Görüş Malayziyanın xarici işlər naziri Məhəmməd Həsənin sədrliyi ilə baş tutur və iyul ayında Malayziya və ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasının yenidən tətbiqini hədəfləyir. Tayland və Kamboca nümayəndələri 7 dekabrdan sonra ilk dəfə üzbəüz danışıqlar aparacaqlar.
İran Prezidenti Məsud Pezeşkian Avrasiya İqtisadi İttifaqının Ali Şurasının iclasına göndərdiyi mesajda İranla ittifaqa üzv ölkələr arasında əməkdaşlığın strateji və uzunmüddətli xarakter daşıdığını vurğulayıb. Prezident bildirib ki, bu əməkdaşlıq milli suverenliyin möhkəmləndirilməsi, ticarət və nəqliyyat əlaqələrinin asanlaşdırılması, enerji təhlükəsizliyinin gücləndirilməsi, yeni texnologiyaların inkişafı və maliyyə-bank infrastrukturunun formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Dekabrın 19-da Nizami Kino Mərkəzində “AnewZ” Beynəlxalq Televiziyasının araşdırma seriyasından olan “The Oligarch's Design” sənədli filminin rəsmi nümayişi keçirilib. Təqdimatda Milli Məclisin deputatları, Azərbaycanın televiziya kanallarının, informasiya agentliklərinin, media subyektlərinin rəhbərləri və ictimai-siyasi şəxslər iştirak ediblər. “AnewZ” Beynəlxalq Televiziyasının icraçı direktoru Rüfət Həmzəyev sənədli ekran əsəri barədə məlumat verib.