Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    ASEAN Tayland–Kamboca sərhəd böhranı ilə bağlı təcili toplantı keçirir

    22 Dekabr 2025 11:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ASEAN Tayland–Kamboca sərhəd böhranı ilə bağlı təcili toplantı keçirir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) xarici işlər nazirləri Tayland ilə Kamboca arasında davam edən sərhəd gərginliyini aradan qaldırmaq məqsədilə Malayziyanın paytaxtı Kuala Lumpurda görüş keçirir. Bu, ASEAN-ın cari il ərzində gərginliyin azaldılması üçün ikinci toplantısıdır.

    AzerVoice xəbər verir ki, görüş Malayziyanın xarici işlər naziri Məhəmməd Həsənin sədrliyi ilə baş tutur və iyul ayında Malayziya və ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasının yenidən tətbiqini hədəfləyir. Tayland və Kamboca nümayəndələri 7 dekabrdan sonra ilk dəfə üzbəüz danışıqlar aparacaqlar.

    Xatırladaq ki, iyulda razılaşdırılan və 26 oktyabrda Kuala Lumpurda keçirilən 47-ci ASEAN Zirvəsində imzalanan atəşkəsə baxmayaraq, tərəflər arasında yenidən toqquşmalar baş verib. Çatışmalar nəticəsində Kambocada 18 mülki şəxs, Taylandda isə 21 hərbçi həlak olub, minlərlə insan məcburi köçkünə çevrilib.

    Tayland və Kamboca arasında 817 kilometrlik sərhəd xətti mövcuddur və mübahisə XIX əsrin sonlarında Fransanın Kambocanı işğalı dövründə müəyyənləşdirilmiş sərhədlərə əsaslanır. İlk silahlı qarşıdurmalar 2008-ci ildə mübahisəli ərazidə yerləşən XI əsrə aid məbədin UNESCO Dünya İrsi Siyahısına salınması cəhdi zamanı baş vermişdi.

    #Tailand #ASEAN #Tayland-Kamboca sərhəd gərginliyi #Kamboca-Tailand münasibətləri #Kamboca və Tailand arasında sərhəd insidentləri #Kamboca-Tailand sərhədində silahlı toqquşma #Tailandda mülki itkilər və hərbi cavab #Tailand və Kamboca arasında mübahisəli ərazi #Kamboca əsgərinin ölümü ilə başlayan toqquşmalar #Tayland Kamboca sərhəd böhranı #Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir

    2 Sentyabr 2026 11:18

    Tarixdə bu gün – 8 Avqust

    8 Avqust 2026 00:01

    İran və Misirin XİN rəhbərləri regional gərginliyi müzakirə ediblər

    24 İyul 2026 20:22

    Oman və Pakistan Hörmüz boğazındakı vəziyyəti müzakirə edib

    23 İyul 2026 18:18

    Pakistan və Misir Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib

    22 İyul 2026 22:26

    Vladimir Putin: Yaxın Şərq sabitliyi enerji bazarını gücləndirir

    18 İyun 2026 18:59

    Ceyhun Bayramov tailandlı həmkarını Azərbaycanın sülh təşəbbüsləri barədə məlumatlandırıb

    20 Aprel 2026 16:09

    Azərbaycan və Tailand arasında münasibətlərin perspektivləri müzakirə olunub

    20 Aprel 2026 09:39

    Tailand və İran Hörmüz boğazından təhlükəsiz keçid barədə razılığa gəlib

    28 Mart 2026 09:39

    Taylandda Anutin Çarnvirakun yenidən baş nazir seçildi

    19 Mart 2026 12:42

    Çin Myanmada yerləşən dəstələrlə əlaqəsi olan 11 cinayətkarı edam edib

    29 Yanvar 2026 12:30

    Azərbaycanın turizm imkanları Tailandda tanıdılıb

    22 Yanvar 2026 09:51
    XƏBƏR LENTİ

    İraq xaricə qaçaqmalçılıq yolu ilə çıxarılan 100 mindən çox artefaktı geri qaytaracaq

    Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

    Misirin qeyri-neft özəl sektorunda bərpa prosesi davam edir

    Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək

    Təhlükəsiz torpaqdan dayanıqlı şəhərlərə: Minatəmizləmə ərazi inkişafının təməl komponentinə çevrilir

    Səudiyyə Ərəbistanı Olimpiadada 11 idman növünə fokuslanacaq

    Azərbaycanda da sevilən ərəb ulduzu qayıdır - Şirin Əbdülvahabdan yeni albom müjdəsi

    Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib

    Səudiyyə Ərəbistanında 7 nəhəng su zavodu tikilir - digər ölkələrə su satılacaq

    İslam Hərbi Alyansı və Britaniya terrorla mübarizədə əməkdaşlığı genişləndirir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.