İranın ali lideri Ayətullah Əli Xameneyinin müşaviri Əli Laricani çərşənbə aqşamı nümayəndə heyəti ilə birlikdə Omana səfər edəcək. Bu barədə bazar ertəsi İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb. Səfərin regionda gərginliyin artdığı və diplomatik təmasların intensivləşdiyi bir vaxta təsadüf etməsi diqqət çəkir. Ötən həftə Omanın vasitəçiliyi ilə ABŞ və İran diplomatları arasında dolayı danışıqlar baş tutub. Bu danışıqlar ABŞ-ın İran yaxınlığındakı dəniz qüvvələrini gücləndirdiyi və Tehranın hər hansı bir hücum qarşısında sərt cavab verəcəyini vəd etdiyi bir şəraitdə diplomatiyanı canlandırmağa xidmət edir. Laricaninin səfəri bu proseslərin davamı kimi qiymətləndirilir.
Digər Xəbərlər
ABŞ Prezidenti Donald Tramp ölkədəki seçkiləri "fırıldaqçılıq" adlandıraraq, mövcud sistemin bütün dünyada alay mövzusuna çevrildiyini iddia edib. O, seçki prosesinin şəffaflığını təmin etmək üçün səsvermə zamanı seçici şəxsiyyət vəsiqəsinin və vətəndaşlıq sənədinin təqdim edilməsinin məcburi olmasını tələb edib.
Cümə günü Parisdə Kral Hamad bin İsa Al Xəlifə ilə Prezident Emmanuel Makron arasında baş tutan danışıqlar zamanı Bəhreyn və Fransa arasında birgə müdafiə əməkdaşlığı sazişi imzalanıb. Fransa Prezident Administrasiyasından verilən məlumata görə, saziş müdafiə, təlim və strateji məlumat mübadiləsi sahəsində əməkdaşlığı möhkəmləndirir. Bəyanatda həmçinin qeyd olunub: “Bu saziş müdafiə sənayesi sahəsində əməkdaşlıq üçün yeni imkanlar açacaq, eyni zamanda artan gərginliklə səciyyələnən qlobal və regional geosiyasi mühitdə iki ölkə arasındakı həmrəyliyi gücləndirəcək”.
ABŞ Prezidenti Donald Tramp Omanda keçirilən İran müzakirəsinin ardından qiymətləndirmələr aparıb. Görüşün çox yaxşı keçdiyini bildirən Tramp, gələn həftə İran tərəfi ilə yenidən bir araya gəlinəcəyini söyləyib. ABŞ Prezidenti Donald Tramp prezident təyyarəsində Omanda İran ilə keçirilən müzakirəyə dair jurnalistlərin suallarını cavablandırıb.
AYNA tərəfindən milli daşıyıcılara dəstək məqsədilə həyata keçirilən “5000 yeni sürücü” layihəsi də müzakirə edilib. C və CE kateqoriyalı sürücülərin cəlb edilməsində daşıyıcıların rolu və sürücü sayının artırılmasının sahənin inkişafına göstərəcəyi müsbət təsirlər barədə məlumat verilib. Sürücü hazırlığı üzrə təhsil haqqının 266 manatdan 50 manata endirilməsi iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, təlim üçün ödəniş 266 manat olsa da, məbləğin 80%-dən çox hissəsi AYNA tərəfindən qarşılanacaq. Sürücülər cəmi 50 manat ödəməklə təlimdə iştirak edə biləcəklər.
Pakistanın paytaxtı İslamabadda bir məsciddə güclü partlayış baş verib. Hadisənin Cümə namazı vaxtı törədildiyi bildirilir. Polisin verdiyi məlumata görə, terror aktı nəticəsində azı 31 nəfər həyatını itirib, 169-dan çox insan isə yaralanıb. Hüquq-mühafizə orqanlarının açıqlamasına əsasən, hadisə paytaxtın cənub-şərqində yerləşən Tarlai bölgəsində qeydə alınıb. Partlayış şiələrə məxsus olduğu bildirilən İmam Barqah məscidində, dindarların ən sıx olduğu vaxtda — Cümə namazı zamanı baş verib.
Cəmi üç il əvvəl bu vəzifəyə təyin olunan Sato struktur dəyişikliyi çərçivəsində şirkətin vitse-sədri və sənaye üzrə baş məsul vəzifəsini icra edəcək. Rəhbərlik dəyişikliyi Toyota-nın törəmə şirkəti olan Toyota Industries-in satın alınması planları ətrafında artan tənqidlər fonunda baş verir. Azlıq səhmdarları bu sövdələşməni qeyri-şəffaf və dəyərindən aşağı qiymətləndirilmiş hesab edirlər.
ABŞ hökuməti İranda davam edən təhlükəsizlik risklərini əsas gətirərək, bu ölkədəki vətəndaşlarına növbəti dəfə "ölkəni dərhal tərk etmə" çağırışı edib. ABŞ-ın Tehrandakı Virtual Səfirliyi tərəfindən yayımlanan xəbərdarlıqda vətəndaşlardan Vaşinqtonun köməyinə güvənmədən, təcili çıxış planı hazırlamaları istənilib.
ABŞ hərbçiləri cümə axşamı günü Sakit okeanın şərqində narkotik qaçaqmalçılığında ittiham olunan bir qayığa qarşı daha bir ölümcül zərbə endirdiklərini açıqlayıblar. ABŞ Cənub Komandanlığının verdiyi məlumata görə, Sakit okeandakı narkotrafik marşrutları ilə hərəkət edən qayıqda olan iki nəfər hücum nəticəsində həlak olub. Sosial mediada paylaşılan görüntülərdə hərəkət halında olan qayığın partlayaraq alovlandığı əks olunub.
Somali Federal Hökumətinin Nazirlər Şurası 5 fevralda keçirilən iclasında Türkiyə ilə dənizçilik sahəsində əməkdaşlığı nəzərdə tutan müqavilə başda olmaqla, dəniz ticarətinə dair bir sıra mühüm saziş və konvensiyaları təsdiq edib. Baş nazir Həmzə Abdi Barrenin rəhbərliyi ilə baş tutan toplantıda ölkədə davam edən quraqlıq vəziyyəti, onun su və qida ehtiyatlarına təsiri barədə hesabatlar dinlənilib. Hökumət mövcud böhranın fəsadlarını azaltmaq üçün təxirəsalınmaz tədbirlər planı hazırlayıb. Bu çərçivədə təbii və insan amilli fəlakətlərə qarşı hazırlıq, qarşısının alınması və müdaxilə proseslərini vahid mərkəzdən tənzimləyən Milli Fəlakət və Risk İdarəetmə Fondunun yaradılması barədə qərar qəbul edilib.
ABŞ Prezidenti Donald Tramp, həyata keçirdikləri hava hücumlarından sonra İranın nüvə proqramını yenidən başlatmaq təşəbbüsündə bulunduğunu iddia edib. Tramp, İran ilə cümə günü Omanın paytaxtı Maskatda keçirilməsi gözlənilən görüşlər ərəfəsində "NBC News"a gündəmlə bağlı açıqlamalar verib. İranın ABŞ ordusunun vurduğu nüvə obyektlərinə qayıda bilmədiyini, lakin ölkənin başqa bir nöqtəsində yeni bir nüvə obyekti qurmağı düşündüyünü irəli sürən Tramp: "Bunu öyrəndik və 'Bunu etsəniz, çox ağır nəticələri olar' dedim," — ifadəsini işlədib.
Yeni Zelandiya yaxınlığında 6,1 bal gücündə güclü yeraltı təkanlar qeydə alınıb. ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) yaydığı məlumata görə, zəlzələnin episentri ölkənin şimalında yerləşən Kermadek adaları olub. Yerin 184,2 kilometr dərinliyində baş verən zəlzələ nəticəsində, ilkin məlumatlara əsasən, hər hansı can itkisi və ya ciddi dağıntı qeydə alınmayıb. Sakit okeanda baş verən təkanlardan sonra rəsmi qurumlar tərəfindən sunami xəbərdarlığı edilməyib.