Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    Hörmüz boğazında məcburi ödənişlər beynəlxalq hüquqa ziddir -BDT rəhbəri

    30 İyun 2026 22:18
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Hörmüz boğazında məcburi ödənişlər beynəlxalq hüquqa ziddir -BDT rəhbəri
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA,Yusif Şərifzadə

    Beynəlxalq Dəniz Təşkilatının baş katibi Arsenio Dominges bildirib ki, Hörmüz boğazından keçid üçün məcburi ödənişlərin tətbiqi və ya beynəlxalq sularda sərbəst gəmiçiliyi məhdudlaşdıran hər hansı sistem beynəlxalq hüquqa zidd hesab olunur.

    VOA xəbər verir ki, Arsenio Dominges bunun əvəzinə Hörmüz boğazında təhlükəsizlik tədbirlərinin maliyyələşdirilməsi üçün könüllü töhfələr əsasında formalaşdırılan fondun yaradılmasını təklif edib.

    Onun sözlərinə görə, bu məsələ ilə bağlı Oman rəsmiləri ilə danışıqlar aparılıb və Malakka və Sinqapur boğazlarında tətbiq olunan mövcud model müzakirə edilib.

    Məlumata əsasən, İndoneziya, Malayziya və Sinqapur arasında 2007-ci ildən fəaliyyət göstərən mexanizm istifadəçi dövlətlərin və gəmiçilik şirkətlərinin könüllü maliyyə töhfələri hesabına maliyyələşdirilir. Bu vəsaitlər dəniz naviqasiyasının təhlükəsizliyi və ətraf mühitin qorunmasına yönəldilir.

    Arsenio Dominges bildirib ki, məqsəd artıq sınaqdan çıxmış uğurlu təcrübədən yararlanaraq regional qarşıdurmanın yaratdığı böhran üçün praktik həll yolları tapmaqdır.

    O əlavə edib ki, yaxın vaxtlarda müxtəlif təkliflər Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlərə təqdim ediləcək və onların tətbiq imkanları qiymətləndiriləcək.

    #Oman #Dəniz təhlükəsizliyi #Hörmüz boğazı #Beynəlxalq Dəniz Təşkilatı #Malakka boğazı #Arsenio Dominges #Sinqapur boğazı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Misir və İran bölgədə gərginliyin azaldılması və diplomatik danışıqların bərpasını müzakirə edib

    22 Avqust 2026 20:32

    Ölkə ərazisinin başqa dövlətlərə hücum üçün istifadəsinə icazə verməyəcəyik - İraq prezidenti

    22 Avqust 2026 18:10

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    21 Avqust 2026 21:04

    İran və Oman Hörmüz boğazı üzrə danışıqların bərpasını müzakirə edib

    21 Avqust 2026 20:57

    İran Hərbi Dəniz Qüvvələri strateji boğazlarla bağlı hazırlığını açıqlayıb

    21 Avqust 2026 19:55

    Oman və Yaponiya Hörmüz boğazının açılması üçün səylərin gücləndirilməsinə çağırıb

    20 Avqust 2026 21:57

    ABŞ İrana qarşı dəniz mühasirəsi ilə bağlı yeni rəqəmlər açıqlayıb

    20 Avqust 2026 21:14

    Bölgədə sülh üçün əməkdaşlığımızı gücləndirəcəyik - Hakan Fidan

    20 Avqust 2026 21:10

    ABŞ qüvvələri may ayından bəri Hörmüz boğazından 1300 gəminin keçidinə yardım edib

    20 Avqust 2026 19:42

    Heç bir ölkə dəniz yollarında sərbəst hərəkətə mane ola bilməz - Misir

    20 Avqust 2026 18:23

    Yəmən sahillərində silahlı şəxslər gəmini ələ keçiriblər

    20 Avqust 2026 18:16

    Qətərin xarici işlər naziri Hörmüz boğazında “şantaja” son qoymağa çağırıb

    20 Avqust 2026 18:09
    XƏBƏR LENTİ

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    ABŞ-nin “iqtisadi terrorunun” ölkədə sabitliyi pozmasına imkan verməyəcəyik - İran

    Misir və İran bölgədə gərginliyin azaldılması və diplomatik danışıqların bərpasını müzakirə edib

    Daşkənd Prezident İlham Əliyevin rəsmi səfərinə hazırlaşır

    Kanada ABŞ-yə qarşı cavab tarifləri tətbiq edəcək

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.