Səudiyyə Ərəbistanının "Arabian Drilling Co." şirkəti qaz qazma əməliyyatları üçün 11 quru qazma qurğusunun təmin edilməsi məqsədilə "SLB Middle East" ilə 3 milyard Səudiyyə riyalı (800 milyon dollar) dəyərində beşillik müqavilə bağlayıb.
Səudiyyə Birjasına (Tadawul) təqdim edilən məlumata görə, 30 avqustda imzalanan müqavilənin 2026-cı ilin üçüncü rübündən etibarən gəlirlərə töhfə verəcəyi və quru qazma parkının tam işlək qalmasını təmin edəcəyi bildirilir. Şirkətin baş icraçı direktoru Fəhad Əlbani bu strateji sazişin uzunmüddətli tərəfdaşlığı möhkəmləndirdiyini və gələcək maliyyə göstəricilərini gücləndirdiyini vurğulayıb.
Arabian Drilling və ADES qazma qurğularının işə düşəcəyini elan edib
Şirkət həmçinin regional miqyasda genişlənməsini davam etdirir. Avqust ayında "Arabian Drilling" "Masirah Oil Limited" və "Northern Offshore Ltd." ilə Omanda quyuların qazılması üzrə yeni beynəlxalq müqavilə imzalayıb. Eyni zamanda, ilin əvvəlində regional gərginlik səbəbilə ehtiyat tədbiri kimi müvəqqəti dayandırılmış bütün dəniz qazma platformalarının sentyabrın sonunadək fəaliyyətini tam bərpa edəcəyi və dəniz donanmasından istifadənin 100 faizə çatacağı açıqlanıb.