#Tayland Kamboca sərhəd böhranı

Taylandda keçirilən erkən parlament seçkilərindən sonra Anutin Çarnvirakun yenidən hökumət başçısı vəzifəsinə gətirilib. Açıq səsvermənin nəticələrinə görə, Bhumcaytay Partiyasının lideri Anutin Çarnvirakun 293 səs toplayaraq rəqibi – Xalq Partiyasının lideri Natthaphonq Ruenqpanyavutun 119 səsini üstələyib.

Kamboca, Tayland sərhədində bəzi bölgələrə qarşı hücumların sabah saatlarında intensivləşdiyini bildirib. Kamboca Müdafiə Nazirliyi sözçüsü Maly Socheata deyib ki, Tayland ordusu Preah Vihear və Oddar Meanchey əyalətlərindəki tapınak bölgələrinə topçu atəşinə başlayıb. Həmçinin Banteay Meanchey əyalətində də hücumların gücləndiyi, Chouk Chey kəndinə hava zərbələrinin endirildiyi və sivil infrastruktura ciddi zərər dəydiyi bildirilib. Poipet şəhərindəki başqa bir kənd də top atəşinə məruz qalıb.

Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) xarici işlər nazirləri Tayland ilə Kamboca arasında davam edən sərhəd gərginliyini aradan qaldırmaq məqsədilə Malayziyanın paytaxtı Kuala Lumpurda görüş keçirir. Bu, ASEAN-ın cari il ərzində gərginliyin azaldılması üçün ikinci toplantısıdır. Görüş Malayziyanın xarici işlər naziri Məhəmməd Həsənin sədrliyi ilə baş tutur və iyul ayında Malayziya və ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasının yenidən tətbiqini hədəfləyir. Tayland və Kamboca nümayəndələri 7 dekabrdan sonra ilk dəfə üzbəüz danışıqlar aparacaqlar.

ABŞ Prezidenti Donald Tramp, Tayland və Kamboca arasında atəşkəsə baxmayaraq yenidən başlayan sərhəd münaqişəsini bir neçə telefon danışığından sonra “yoluna qoyacağını” bildirib. Tramp, Respublikaçı və Demokrat Konqres üzvlərini Ağ Evdə qarşıladığı Yeni İl tədbirində gündəmdəki məsələlərə toxunub. Tayland və Kamboca arasındakı son dövrdə başlayan münaqişə xaricində, prezidentlik dönəmində dünya üzrə 8 münaqişəni sona çatdırdığını qeyd edib.

Tayland və Kamboca arasındakı döyüşlər beşinci gününə daxil olub. Kamboca ordusu Taylandın hərbi qüvvələrini atəş açmaqda günahlandırarkən, Taylandın vəzifədə olan Baş Naziri Anutin Çarnvirakul ABŞ prezidenti ilə danışmaq üçün görüş planlaşdırdığını təsdiqləyib. Tayland qüvvələri cümə səhəri saatlarında Kambocanın üç əyalətində yeni hücumlar həyata keçirib. Qəzet yazır ki, Tayland qüvvələri Oddar Meançay əyalətinin Ta Moan, Ta Kra Bei və Thmar Daun bölgələrində atəş açıblar.

Tayland ilə Kamboca arasında atəşkəs razılaşmasına baxmayaraq yenidən başlayan sərhəd gərginliyi silahlı toqquşmalara səbəb olub. İlkin məlumata görə, Kambocanın 4 mülki vətəndaşı həlak olub, 9 nəfər isə yaralanıb. Kamboca İnformasiya Naziri Neth Pheaktra sərhədyanı kəndlərdən on minlərlə insanın təhlükəsizlik məqsədilə köçürüldüyünü bildirib. Tayland ordusu da açıqlama yayaraq 50 mindən çox sakinin sərhəd ərazilərini tərk edərək sığınacaqlara yerləşdirildiyini bildirib.

BAKI, AzerVoice, Səməd Əyyubov Taylandda yeni baş nazir təyin olunub. AzerVoice-un məlumatına görə, kral Maha Vaçiralonkorn parlamentdə keçirilən səsvermədə qalib gələn mühafizəkar “Bumyajtay” partiyasının sədri Anutin Çanvirakulu bu vəzifəyə təsdiqləyib. Beləliklə, 2023-cü ildən bəri Taylandda artıq üçüncü dəfə baş nazir dəyişib.