Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    Tramp Kimlə görüşməyəcək – Buna onun vaxtı yoxdur

    29 Oktyabr 2025 11:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Tramp Kimlə görüşməyəcək – Buna onun vaxtı yoxdur
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    ABŞ Prezidenti Donald Tramp çərşənbə günü “Truth Social” platformasında yazaraq bildirib ki, “Biz Cənubi Koreyaya Kanada ilə görüşməyə gəlməmişik!”, ABŞ-ın şimal qonşusu ilə yaşanan ticarət gərginliyi fonunda belə açıqlama verib.

    AzerVoice xəbər verir ki, Tramp bu gün Koreya yarımadasının şərqində yerləşən Gyeongju şəhərinə gəlib və Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak edəcək.

    “Soruşanlar üçün deyirəm, biz Cənubi Koreyaya Kanada ilə görüşməyə gəlməmişik”.- deyə Tramp sosial şəbəkə paylaşımında qeyd edib.

    Qeyd edək ki, bu gün Trampın Kanada Baş naziri Mark Karni də daxil olmaqla, APEC liderlərinin iştirak edəcəyi rəsmi nahara qatılması planlaşdırılıb.

    Karni bazar ertəsi bəyan etmişdi ki, Tramp hazır olduğu zaman ticarət mövzularında danışıqlara oturmağa hazırdır.

    Ötən həftə Tramp Ottawa ilə ticarət danışıqlarının dayandırıldığını açıqlamış, Kanadanın mallarına 10 faiz əlavə gömrük rüsumu tətbiq etmişdi. Bu qərar, Ontarioda yayımlanan siyasi reklamda ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın “gömrük rüsumları ticarət müharibələrinə və iqtisadi fəlakətə səbəb olur” sözlərinin istifadə edilməsindən sonra verilmişdi.

    Digər tərəfdən, ABŞ Prezidenti Kim Çen In ilə görüşün baş tutmayacağını bildirib və səbəb kimi “uyğun vaxtın olmamasını” göstərib.

    Tramp daha əvvəl verdiyi açıqlamalarda yaxın gələcəkdə Şimali Koreya lideri ilə görüşü istisna etmədiyini demişdi.

    “Bir nöqtədə biz Şimali Koreya ilə məşğul olacağıq. Düşünürəm ki, onlar bunu istəyir, mən də istəyirəm”.-deyə o jurnalistlərə deyib:

    Ötən həftə Tramp Cənubi Koreyaya səfəri zamanı Kim ilə görüşmək istədiyini söyləmişdi.

    #Kanada #Donald Tramp #Cənubi Koreya #Trampın siyasətləri #Tramp administrasiyası #Trampın fərmanları #Trampın iddiaları #Trampın Avropa siyasəti #Donald Tramp 2025 siyasəti #Kanada və ABŞ gərginliyi #ABŞ-Kanada hərbi əməkdaşlığı #Kanada ABŞ ticarət
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran rəhbərliyi ölkəni idarə edə bilmir - Tramp

    31 Avqust 2026 18:39

    Tramp Hörmüz boğazını ABŞ ərazisinə çevirməyi xəyal belə edə bilməz - İran

    31 Avqust 2026 18:29

    ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran

    31 Avqust 2026 12:14

    İrana qarşı iqtisadi təzyiqlər nəticə verir - Tramp

    31 Avqust 2026 11:54

    Qalibaf ABŞ-nin iqtisadi təzyiq iddialarına cavab verib - “Əsl 130-lar bunlardır”

    29 Avqust 2026 21:11

    ABŞ rəsmiləri media vasitəsilə enerji bazarlarını manipulyasiya edir - Əraqçi

    29 Avqust 2026 17:26

    İran Hörmüz boğazı ilə bağlı ABŞ-ın iddialarını təkzib etdi

    29 Avqust 2026 16:57

    Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp

    29 Avqust 2026 16:34

    ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski

    29 Avqust 2026 16:16

    İran problemləri ABŞ-la dialoq yolu ilə həll etməyə hazırdır - Pezeşkian

    29 Avqust 2026 15:37

    Trampın Venesuela açıqlaması - ABŞ neft ehtiyatlarını ikiqat artıra bilərmi?

    29 Avqust 2026 10:19

    Altı aydır nə strategiya var, nə də müharibənin sonu görünür - ABŞ senatoru

    28 Avqust 2026 22:24
    XƏBƏR LENTİ

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edirlər

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    İran rəhbərliyi ölkəni idarə edə bilmir - Tramp

    İordan çayının qərb sahilində yüzlərlə bina dağıdılıb - BMT

    Tramp Hörmüz boğazını ABŞ ərazisinə çevirməyi xəyal belə edə bilməz - İran

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    Hindistan İranla ticarət əlaqələrini genişləndirmək istəyir - Modi

    Qəzzada ölənlərin sayı artıb

    ABŞ-də müharibənin davam etməsini istəyən qüvvələr var - Məsud Pezeşkian

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.