Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    Avropa İttifaqı 5000 nəfərlik hərbi qüvvəni işə salıb

    22 May 2025 10:35
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Avropa İttifaqı 5000 nəfərlik hərbi qüvvəni işə salıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Avropa İttifaqı 5000 nəfərlik “sürətli müdaxilə qüvvəsi”ni işə salıb.

    AzerVoice xəbər verir ki, Avropa İttifaqı (Aİ) 5000 əsgərdən ibarət “sürətli cavab qüvvəsi”nin fəaliyyətə başladığını elan edib.

    Bu barədə Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Brüsseldə keçirilən Aİ Müdafiə Nazirləri Toplantısından sonra jurnalistlərə açıqlama verib.

    Kallas bildirib ki, bu qüvvə fövqəladə hallarda Avropanın daha çevik və effektiv hərəkət etməsinə imkan verəcək. O qeyd edib ki, “sürətli müdaxilə qüvvəsi” 2022-ci ilin martında qəbul edilən “Strateji Kompas” sənədində nəzərdə tutulub və Aİ-nin təhlükəsizlik və müdafiə siyasətində vacib rol oynayacaq.

    Ali nümayəndə həmçinin vurğulayıb ki, Aİ üzv ölkələri 150 milyard avroluq maliyyə paketindən birgə müdafiə layihələrinin maliyyələşdirilməsi və müdafiə sənayesinin gücləndirilməsi üçün istifadə etməyə təşviq olunur. İyun ayında keçiriləcək Aİ sammitinə qədər konkret addımların atılması planlaşdırılır.

    Qeyd edək ki, Avropa Komissiyası martın 19-da “Ağ Kitab” adlı yeni müdafiə strategiyasını açıqlayıb. Strategiya 2030-cu ilə qədər hərbi xərclərin artırılması, istehsal imkanlarının genişləndirilməsi və ortaq layihələrin maliyyələşdirilməsini nəzərdə tutur. Bu sənədin bir hissəsi olan SAFE tənzimləməsi çərçivəsində 150 milyard avro vəsait ayrılıb.

    #Avropa İttifaqı (Aİ) #Kaja Kallas #Avropa İttifaqı sürətli müdaxilə qüvvəsi #Aİ 5000 nəfərlik ordu #Aİ müdafiə nazirləri toplantısı #Brüssel müdafiə nazirləri iclası #Aİ birgə müdafiə layihələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərdoğan Avropa liderlərinə odlu silah hədiyyə etdi

    9 İyul 2026 11:29

    Ərdoğan Kaya Kallası qəbul edib

    30 İyun 2026 16:52

    QatarEnergy Aİ-yə tədarükü dayandıra bilər

    25 İyun 2026 14:05

    Avropa Türkiyəyə dərs vermək və ağıl öyrətmək fikrindən əl çəkməlidir - Bahçeli

    23 İyun 2026 12:23

    Aİ Ben-Qvirə sanksiya tətbiq edə bilmir

    15 İyun 2026 13:15

    Aİ Rusiya Pravoslav Kilsəsinin lideri Patriarx Kirilli sanksiya siyahısına əlavə edib

    10 İyun 2026 11:13

    Ukrayna ilə Aİ arasında yeni fikir ayrılığı yaranıb

    9 İyun 2026 12:34

    ABŞ və İran təhlükəli mərhələdədir - Kallas

    28 May 2026 11:11

    İrlandiya Almaniyanın Ukrayna planına etiraz edib

    23 May 2026 12:41

    Aİ Ukrayna münaqişəsi bitdikdən sonra Rusiyadan qaz alacaq - Maqyar

    21 May 2026 16:45

    Merts Ukrayna üçün Aİ-də “ortak üzvlük” təklif etdi

    21 May 2026 14:21

    Aİ Ukraynaya 3,2 milyard avroluq yeni dəstək ayırır

    20 May 2026 15:56
    XƏBƏR LENTİ

    Bu gün qədim Romanı bürüyən Böyük Yanğın başladı

    Lüks və hərbi zireh bir arada: Aston Martin Call of Duty üçün virtual V12 canavarı hazırladı

    Tarixdə bu gün - 19 İyul

    Vaşinqton Avropada söz azadlığı təşəbbüslərini maliyyələşdirməyi planlaşdırır

    ABŞ memorandumun mürəkkəbi qurumamış hücuma keçdi - Məhəmməd Rza Arif

    Macarıstan prezidentinin səlahiyyətlərinə rəsmən xitam verilir

    İordaniyada iki hərbçi İranın hücumları zamanı həlak olub, daha biri itkin düşüb - CENTCOM

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    Oman sahilləri yaxınlığında tanker və hərbi qüvvələr arasında insident qeydə alınıb

    Türkiyə təhlükəsizlik qüvvələri İŞİD şəbəkəsinə zərbə endirib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.