Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    Albaniya hökuməti TikTok-u bloklayıb

    13 Mart 2025 15:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Albaniya hökuməti TikTok-u bloklayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Albaniya hökuməti Çin mənşəli TikTok sosial şəbəkəsini ölkə daxilində bir il müddətinə qadağan edib.

    AzerVoice xəbər verir ki, Albaniya Elektron və Poçt Rabitə İdarəsi (AKEP) bu gündən etibarən platformaya girişin bloklanmasını tələb edib.

    Milli Kibertəhlükəsizlik Agentliyi (AKSK) Albaniya hökumətinin 2024-cü ilin noyabr ayında qəbul etdiyi qərarın icrası üçün AKEP-ə göstəriş verib və TikTok-un ölkədə istifadəsinin dərhal məhdudlaşdırılmasını istəyib.

    Albaniyanın paytaxtı Tirandakı Fan Noli İbtidai məktəbində 14 yaşlı şagird Martin Cani, 18 noyabr 2024-cü ildə başqa bir şagirdin bıçaqla hücumu nəticəsində həyatını itirib. İddialara görə, insidentin kökü sosial mediada başlayan mübahisəyə dayanır.

    Hadisədən sonra Albaniyanın baş naziri Edi Rama TikTok-un ölkədə bir il müddətinə qadağan ediləcəyini və qərarın 2025-ci ildə qüvvəyə minəcəyini açıqlamışdı. Ötən həftə Nazirlər Şurasının iclasında bu qərar rəsmi olaraq təsdiqlənib.

    Qeyd edək ki, TikTok daha əvvəl də bir sıra ölkələrdə təhlükəsizlik və məxfilik narahatlıqları səbəbilə qadağa və məhdudiyyətlərlə üzləşib. Albaniyanın atdığı bu addım sosial media platformalarının gənclərə təsiri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

    #Albaniya #TikTok #sosial media
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    22 Avqust 2026 21:52

    ABŞ-də texnologiya şirkətlərinə qarşı böyük məhkəmə prosesi başlayır

    10 Avqust 2026 20:19

    Meta ilə Hindistan hökuməti arasında gərginliyin səbəbi nədir?

    5 Avqust 2026 19:11

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    21 İyul 2026 22:40

    Fransa parlament komitəsi 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağasını təsdiqləyib

    20 İyul 2026 22:46

    Dünya Kuboku zamanı futbolçular sosial mediada kütləvi hücumlarla üzləşib - FİFA

    18 İyul 2026 19:27

    Tramp Media yeni xidmətlə böyük texnologiya şirkətlərinə meydan oxuyur

    17 İyul 2026 22:45

    "X" platforması hansı yeni öhdəlikləri yerinə yetirəcək?

    15 İyul 2026 21:06

    Ənvər Xoca dövrü - Albaniya ateist dövlətə necə çevrildi?

    12 İyul 2026 15:42

    Sosial medianın gizli təhlükəsi: Gənclər arasında yayılan "rəqəmsal demansiya"

    21 İyun 2026 13:00

    Albaniya Özbəkistandan olan investorların daha fəal iştirakını alqışlayır - Bayram Beqay

    17 İyun 2026 10:34

    Abbas Əraqçi Memorandumun imzalanmasının yaxın müddətdə olacağını deyir

    12 İyun 2026 19:58
    XƏBƏR LENTİ

    İran ŞƏT Parlament Assambleyasının yaradılmasını təklif edir – Pezeşkian

    İyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi 58 milyard dolları keçib (ÖZƏL)

    İran ŞƏT-ə iqtisadi perspektivin reallaşması üçün üç təklif irəli sürüb

    Suriyada Əsəd rejiminin iki generalı müharibə cinayətləri ittihamı ilə saxlanılıb

    Bişkekdə Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub

    Dayanıqlı sülhə doğru Bişkek addımı - Bakı və İrəvan Vaşinqton razılaşmalarını inkişaf etdirməyə davam edir

    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

    ŞƏT ölkələri dünya əhalisinin 40 faizindən çoxunu və qlobal ÜDM-in təxminən üçdə birini birləşdirir — Japarov

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.