BAKI,VOA — NATO sözçüsü Allison Hart İran tərəfindən atılan və Türkiyə hava məkanına daxil olan ballistik mühimmatın zərərsizləşdirilməsindən sonra mühüm açıqlama verib.
VOA xəbər verir ki, sözçü rəsmi mövqeyini ABŞ-da yerləşən "X" (keçmiş Twitter) sosial media platforması vasitəsilə ictimaiyyətə çatdırıb.
"NATO bu növ təhdidlərə qarşı hər zaman hazırlıqlıdır və bütün müttəfiqlərini müdafiə etmək üçün hər zaman lazım olanı edəcəkdir."-deyə NATO rəsmisinin bəyanatında deyilir.
Qeyd edək ki,Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) bu gün İran tərəfindən atılan ballistik mühimmatın Şərqi Aralıq dənizində yerləşən NATO-nun hava və raketdən müdafiə vasitələri tərəfindən Türkiyə hava məkanına daxil olarkən məhv edildiyini bildirmişdi.
Milli Müdafiə Nazirliyinin məlumatına görə, bu, mart ayı ərzində baş verən ilk hadisə deyil. Nazirlik bundan əvvəl də Türkiyə hava məkanını hədəf alan ballistik raketlərin NATO sistemləri tərəfindən zərərsizləşdirildiyi tarixləri açıqlayıb. Belə ki, daha öncə Türkiyə ərazisi İran tərəfindən ,4, 9 və13 mart tarixində hədəf alınıb.