BAKI,VOA, Fərid Mikayılov
ABŞ-ın Ər-Riyaddakı səfirliyinin yaydığı yazılı açıqlamada vətəndaşlara təhlükəsiz şəkildə səyahət edə bildikləri halda kommersiya reysləri ilə ölkədən ayrılmaları tövsiyə olunub.
VOA xəbər verir ki, Səudiyyə Ərəbistanının hava məkanı davam edən raket və pilotsuz uçuş aparatı təhdidləri səbəbindən vaxtaşırı tətbiq olunan məhdudiyyətlərə baxmayaraq açıq qalır.
Açıqlamada Ər-Riyad, Ciddə və Dammam hava limanlarının fəaliyyətini davam etdirdiyi qeyd olunub və ABŞ vətəndaşlarının təhlükəsiz şəkildə ölkədən çıxmalarının təşviq edildiyi vurğulanıb.
Məlumata görə, Səudiyyə Ərəbistanı ABŞ və İsrailin hücumlarına cavab olaraq İran tərəfindən buraxılan raket və pilotsuz uçuş aparatlarının hədəfinə çevrilir.