Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • Körfəz Əməkdaşlıq Şurası
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Avropada Donald Trampın psixi durumu ilə bağlı narahatlıqlar artır

    28 Yanvar 2026 18:50
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Avropada Donald Trampın psixi durumu ilə bağlı narahatlıqlar artır
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    Avropa İttifaqında ABŞ prezidenti Donald Trampın son açıqlamaları fonunda onun davranışları və qərarvermə tərzi ciddi müzakirə mövzusuna çevrilib.

    AzerVoice xəbər verir ki, Politico nəşrinin adlarını açıqlamadığı Avropa İttifaqı rəsmilərinə istinadən yazdığı məlumata görə, Avropa paytaxtlarında Donald Trampın psixi sağlamlığı və adekvatlığı ilə bağlı müzakirələr intensivləşib. Mənbələrin sözlərinə görə, bu mövzu artıq marjinal sayılmır və diplomatik xidmətlərdən tutmuş dövlət başçılarının qapalı danışıqlarınadək bütün səviyyələrdə gündəmə gətirilir.

    Nəşr qeyd edir ki, müzakirələrə təkan verən əsas amil 22 yanvar tarixində Brüsseldə keçirilən fövqəladə Avropa İttifaqı sammitindən sonra baş tutan qapalı söhbətlər olub. Sammit Trampın Qrenlandiya ilə bağlı sərt bəyanatları və Avropa İttifaqı ilə NATO-ya münasibətləri yenidən nəzərdən keçirməklə hədələməsi fonunda çağırılmışdı.

    Məlumata görə, Slovakiyanın baş naziri Robert Fitsonun 17 yanvarda ABŞ-da, Mar-a-Laqo iqamətgahında Donald Trampla keçirdiyi görüş də müzakirələrin əsas mövzularından biri olub. Avropalı diplomatların bildirdiyinə görə, Fitsо bu görüşdən sonra Trampın davranışlarını narahatedici və potensial təhlükəli kimi qiymətləndirib. O, ABŞ prezidentinin fikirlərini ifadə etməsində və suallara reaksiyasında problemlər müşahidə etdiyini bildirib.

    Diqqətçəkən məqam ondan ibarətdir ki, Robert Fitsо Avropada Trampa ən yaxın siyasətçilərdən biri kimi tanınır. O, daha əvvəl Trampın siyasətini açıq şəkildə dəstəkləyib və Ağ Evə xüsusi çıxış imkanlarına malik olduğunu vurğulayıb. ABŞ səfərindən sonra yayımladığı videoda da görüşü Vaşinqtonun etimad və hörmətinin göstəricisi kimi təqdim edib. Lakin qapalı müzakirələrdə onun mövqeyinin daha sərt olduğu iddia olunur.

    Ağ Ev isə bu məlumatları təkzib edib. ABŞ administrasiyasının nümayəndəsi Trampın sağlamlığı ilə bağlı yayılan iddiaları uydurma adlandırıb və görüşün sakit, məhsuldar şəraitdə keçdiyini bildirib. Danışıqlarda iştirak edən amerikalı rəsmi də prezidentin davranışında qeyri-adi heç nə görmədiyini deyib. Robert Fitsо da Politico-nun dərc etdiyi məlumatları inkar edib.

    Bununla belə, Avropada narahatlıqlar azalmır. Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas açıq şəkildə bildirib ki, ABŞ artıq Avropanı əsas prioritet hesab etmir və Aİ öz təhlükəsizliyinə görə məsuliyyəti daha sürətlə üzərinə götürməlidir. Financial Times isə yazır ki, bu fonda Avropa liderləri tarixdə ilk dəfə olaraq ABŞ-ın NATO-dan çıxması ssenarisini ciddi şəkildə müzakirə etməyə başlayıblar.

    #Avropada Trampın davranışları ilə bağlı narahatlıq artır #Avropa liderləri Trampın açıqlamalarından təşviş keçirir #Aİ-də Donald Trampın psixi durumu müzakirə olunur #Politico: Aİ-də Trampın adekvatlığı sual altındadır #Trampın NATO və Aİ-yə təhdidləri Avropada rezonans doğurdu #Avropada ABŞ-ın NATO-dan çıxması ssenarisi gündəmdədir #Avrupa’da Trump’ın zihinsel durumu tartışılıyor #AB’de Trump’ın davranışları endişe yarattı #Avrupa liderleri Trump’ın açıklamalarını kaygıyla izliyor #Politico: Trump’ın akıl sağlığı AB’de gündem oldu #Trump’ın NATO çıkışları Avrupa’yı tedirgin etti #Avrupa’da ABD’nin NATO’dan ayrılması senaryosu konuşuluyor
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    London Tel-Əvivə Qərb sahilində vəziyyətlə bağlı çağırış edib

    11 Avqust 2026 20:53

    İranın Hörmüz boğazındakı təsir imkanları zəifləyir

    11 Avqust 2026 20:40

    İran xarici işlər naziri Pakistanın daxili işlər naziri ilə görüşüb

    11 Avqust 2026 20:37

    ABŞ davranışını dəyişməyənədək Hörmüz boğazı açılmayacaq

    11 Avqust 2026 20:28

    İran İraq Kürdüstanında Komala Partiyasının qərargahını raketlə vurub

    11 Avqust 2026 19:32

    Pakistanın daxili işlər naziri danışıqlar üçün Tehrana gedib

    11 Avqust 2026 19:26

    İran sentyabrın sonuna qədər 95 milyon kubmetr qaz hasilatını bərpa etməyi planlaşdırır

    11 Avqust 2026 18:20

    Neft qiymətləri 90 dollara yaxınlaşıb

    11 Avqust 2026 18:16

    “Fənərbağça” Lukakunu heyətinə qatır

    11 Avqust 2026 14:09

    Kolumbiya Beynəlxalq hüququ pozaraq İsrailin Colan təpələri üzərində suverenliyini tanıdı

    11 Avqust 2026 14:05

    Tehranda Xəzəryanı ölkələrin konfransı keçiriləcək – Nazir müavini

    11 Avqust 2026 12:33

    Tramp Konqresə İranla müharibənin başa çatdığını bildirdi

    1 May 2026 23:05
    XƏBƏR LENTİ

    London Tel-Əvivə Qərb sahilində vəziyyətlə bağlı çağırış edib

    İranın Hörmüz boğazındakı təsir imkanları zəifləyir

    İran xarici işlər naziri Pakistanın daxili işlər naziri ilə görüşüb

    İsrail Qəzza sülh planını rədd etməklə prosesi ləngidir - Qətər

    Husilər ölkənin qərb sahilinə silsilə hücumlar həyata keçirib - Yəmən

    ABŞ davranışını dəyişməyənədək Hörmüz boğazı açılmayacaq

    Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak ediblər

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub

    Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində iştirak ediblər

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olublar

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.