"Politico" nəşri xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Konqresə rəsmi bildiriş göndərərək, İranla birbaşa hərbi qarşıdurma vəziyyətinin və müharibənin hüquqi baxımdan başa çatdığını bəyan edib. Bu mühüm qərarın rəsmi olaraq "hüquqi müddətin başa çatması" (legal deadline) ilə əlaqədar verildiyi bildirilir.
#Politico: Aİ-də Trampın adekvatlığı sual altındadır
Avropa İttifaqında ABŞ prezidenti Donald Trampın son açıqlamaları fonunda onun davranışları və qərarvermə tərzi ciddi müzakirə mövzusuna çevrilib. Politico nəşrinin adlarını açıqlamadığı Avropa İttifaqı rəsmilərinə istinadən yazdığı məlumata görə, Avropa paytaxtlarında Donald Trampın psixi sağlamlığı və adekvatlığı ilə bağlı müzakirələr intensivləşib. Mənbələrin sözlərinə görə, bu mövzu artıq marjinal sayılmır və diplomatik xidmətlərdən tutmuş dövlət başçılarının qapalı danışıqlarınadək bütün səviyyələrdə gündəmə gətirilir.