Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Kanadanın Çinlə saziş bağyalacağı təqdirdə, 100 faiz rüsum tətbiq ediləcək - Tramp

    24 Yanvar 2026 19:31
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Kanadanın Çinlə saziş bağyalacağı təqdirdə, 100 faiz rüsum tətbiq ediləcək - Tramp
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    ABŞ Prezidenti Donald Tramp Kanadanın Çinlə ticarət sazişi bağlayacağı təqdirdə, ABŞ-a idxal olunan bütün Kanada məhsullarına 100 faiz gömrük rüsumu tətbiq ediləcəyini bəyan edib.

    AzerVoice xəbər verir ki, Tramp Vaşinqtonun Kanadanın Çin məhsulları üçün ABŞ bazarına alternativ kanal kimi istifadə olunmasına imkan verməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, belə bir addım Amerika iqtisadi təhlükəsizliyinə ziddir və qəti qarşısı alınacaq.

    Bu açıqlama Ağ Evin Kanada ilə bağlı ritorikasının sərtləşdiyi bir dövrə təsadüf edir. Son aylarda ticarət və strateji məsələlər fonunda Vaşinqton–Ottava münasibətlərində gərginliyin artdığı bildirilir.

    Qərb mediasında daha əvvəl yayılan məlumatlara əsasən, Kanada federal hakimiyyəti ABŞ ilə mümkün hərbi qarşıdurma ssenarisi üzrə nəzəri plan hazırlayıb. Bildirilir ki, bu, son yüz ildən artıq dövrdə ABŞ-a qarşı mümkün konfliktin ilk rəsmi modelləşdirilməsidir.

    Məlumatlarda vurğulanır ki, sözügedən plan tamamilə nəzəri xarakter daşıyır və asimmetrik şəraitdə kiçik hərbi və mülki qrupların davranışlarını nəzərdə tutur. Mənbələr Kanadanın genişmiqyaslı hərbi qarşıdurmada ABŞ-a müqavimət göstərə biləcək gücə malik olmadığını və belə ssenaridə əsas mövqeləri sürətlə itirə biləcəyini qeyd ediblər.

    Eyni zamanda, ABŞ tərəfindən hərbi hücum ehtimalının son dərəcə aşağı qiymətləndirildiyi, bu cür ssenarilərin isə yalnız ən pis ehtimala hazırlıq məqsədi daşıdığı bildirilir. Kanada rəsmiləri planın detalları ilə bağlı ictimaiyyətə açıqlama verməsələr də, artan gərginlik şəraitində risklərin qiymətləndirilməsinin vacibliyini önə çəkiblər.

    #Tramp Kanadanı 100 faiz rüsumla hədələdi #ABŞ Çinlə sazişə görə Kanadaya sanksiya xəbərdarlığı etdi #Vaşinqton Ottavanın Çinlə yaxınlaşmasına sərt reaksiya verdi #Tramp: Kanada ABŞ bazarına Çin malları ötürə bilməz #ABŞ–Kanada münasibətlərində yeni gərginlik #Trampdan Kanadaya ticarət ultimatumı #Trump Kanada’yı yüzde 100 gümrük vergisiyle tehdit etti #ABD’den Kanada’ya Çin uyarısı #Trump’tan Ottawa’ya sert ticaret mesajı #Kanada–ABD hattında gerilim tırmanıyor #Trump Çin anlaşmasına karşı çıktı #ABD Kanada’ya ağır yaptırım sinyali verdi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    21 İyul 2026 22:48

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    21 İyul 2026 22:30

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    21 İyul 2026 22:23

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    21 İyul 2026 22:16

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    21 İyul 2026 22:02

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    21 İyul 2026 21:59

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    21 İyul 2026 21:52

    Neftdən sonra nə gəlir? Səudiyyənin təmiz enerji strategiyası

    21 İyul 2026 21:02

    Tramp İranın nüvə obyektlərinə yeni zərbə ehtimalından danışıb

    21 İyul 2026 20:55

    Şahbaz Şərif İran daxili işlər naziri ilə görüşdə bütün tərəfləri təmkinli olmağa çağırıb

    21 İyul 2026 20:31

    İran müharibəsi aralıq seçkilərə təsir etməyəcək - Tramp

    21 İyul 2026 20:27

    Kanada F-35 planını dəyişir

    2 İyun 2026 16:44
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.