#ABŞ–Kanada münasibətlərində yeni gərginlik

Kanada əvvəl planlaşdırdığı 88 ədəd F-35 döyüş təyyarəsi alımını xeyli azaldaraq, təxminən 60 ədəd Saab Gripen E/F döyüş təyyarəsi tədarük etməyi planlaşdırır. Qərarın əsas məqsədi ABŞ müdafiə sistemlərinə asılılığı azaltmaqdır. Ottava həm ABŞ mənşəli sistemlərdən strateji asılılığı azaltmaq, həm də NATO vəzifələri üçün kritik beşinci nəsil döyüş təyyarəsi imkanlarından imtina etməmək niyyətindədir. Bu səbəbdən F-35 və Gripen E/F-in birlikdə istifadə olunduğu qarışıq filo modeli ön plana çıxır.

ABŞ Prezidenti Donald Tramp Kanadanın Çinlə ticarət sazişi bağlayacağı təqdirdə, ABŞ-a idxal olunan bütün Kanada məhsullarına 100 faiz gömrük rüsumu tətbiq ediləcəyini bəyan edib. Tramp Vaşinqtonun Kanadanın Çin məhsulları üçün ABŞ bazarına alternativ kanal kimi istifadə olunmasına imkan verməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, belə bir addım Amerika iqtisadi təhlükəsizliyinə ziddir və qəti qarşısı alınacaq.