Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Qreta Tunberq Londonda fələstinlilərə dəstək aksiyası zamanı saxlanılıb

    23 Dekabr 2025 21:04
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qreta Tunberq Londonda fələstinlilərə dəstək aksiyası zamanı saxlanılıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    İsveçli iqlim fəalı Qreta Tunberq Londonda keçirilən fələstinlilərə dəstək aksiyası zamanı polis tərəfindən saxlanılıb.

    AzerVoice-un məlumatına görə, aksiya Böyük Britaniyada fəaliyyəti qadağan edilmiş “Palestine Action” qruplaşmasına dəstək məqsədilə təşkil olunub. Etiraz aksiyası Londonda yerləşən və İsrailin müdafiə sənayesi şirkəti ilə əməkdaşlıq edən “Aspen Insurance” şirkətinin ofisi qarşısında keçirilib.

    Aksiyanın təşkilatçısı olan “Prisoners for Palestine” platforması bildirib ki, Tunberq “Palestine Action” qruplaşmasının həbs edilmiş üzvlərinə dəstək məqsədilə keçirilən aksiyada iştirak edib. Etirazçılar ofisin girişinə qırmızı boya səpərək oturaq aksiya keçiriblər.

    Platformanın sosial şəbəkədə yaydığı açıqlamada qeyd olunub ki, Qreta Tunberq üzərində “Mən ‘Palestine Action’ məhbuslarını dəstəkləyirəm. Mən soyqırıma qarşıyam” yazısı olan plakat tutduğuna görə Terrorla Mübarizə Qanunu çərçivəsində saxlanılıb.

    Sosial şəbəkələrdə yayılan görüntülərdə polis əməkdaşının Tunberqdən plakatı aldığı və onun oturaq aksiyanı tərk etməsini istədiyi, lakin Tunberqin bundan imtina etdiyi görünür. Polis aksiyada Tunberqlə yanaşı, binaya qırmızı boya tökən daha iki fəalı da saxlayıb.

    Qeyd edək ki, “Palestine Action” qruplaşmasının səkkiz üzvü təxminən bir ildir həbsdə saxlanılır və həbs şəraitinin yaxşılaşdırılması, həmçinin təşkilata qoyulan qadağanın ləğvi tələbi ilə aclıq aksiyası keçirir. Məlumata görə, səhhətində yaranan problemlər səbəbilə üç məhbus aclığı dayandırıb, beş nəfər isə aksiyanı davam etdirir.

    Böyük Britaniyanın həbsxanalar üzrə dövlət naziri Uilyam Ceyms Timpson aclıq aksiyalarının ölkə üçün yeni hal olmadığını bildirərək, ildə orta hesabla 200 məhbusun aclıq aksiyasına başladığını qeyd edib. O, hökumət üzvlərinin davam edən məhkəmə prosesləri zamanı məhbusların nümayəndələri ilə görüşməsinin qanunsuz və yolverilməz olduğunu vurğulayıb.

    #London #Qreta Tunberq #Londonda etiraz aksiyası: Qreta Tunberq polis tərəfindən saxlanıldı #Britaniyada qadağan olunmuş qruplaşmaya dəstək aksiyasında Tunberq tutulub #Qreta Tunberq Palestine Actiona dəstək aksiyasında iştirak edib #Fələstin mövzusunda etiraz Londonda saxlanılmalarla nəticələnib #fələstinlilərə dəstək #qadağan olunmuş təşkilat #Qreta Tunberq Londonda niyə saxlanılıb #Fələstinlə bağlı Londonda keçirilən etiraz aksiyası #Böyük Britaniyada Palestine Action təşkilatı niyə qadağan edilib #Qreta Tunberqin son etiraz aksiyası #Britaniyada fələstinlilərə dəstək aksiyaları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Böyük Britaniyada İranla bağlı yeni casusluq işi açılıb

    17 İyul 2026 21:34

    G7-nin mənfi nəticələri - Əsl zərəri kimlər görür?

    17 İyun 2026 09:00

    Britaniyada İslam əleyhdarı fəal saxlanıldı

    14 İyun 2026 22:01

    Böyük Britaniyanın Baş naziri ABŞ–İran razılaşmasına dəstək verib

    13 İyun 2026 22:40

    Böyük Britaniyanın müdafiə naziri istefa verdi

    11 İyun 2026 15:33

    Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Londonda “Tağıyev: Neft” bədii filminin təqdimatında iştirak edib

    15 May 2026 14:05

    Böyük Britaniya İranla əlaqəli 12 şəxs və quruma qarşı sanksiyalar tətbiq edib

    11 May 2026 21:26

    İraq 2035-ci ilə qədər bir milyon turist cəlb etməyi planlaşdırır

    2 May 2026 13:25

    Hakan Fidan Londona gedir - qlobal böhranlar masada

    22 Aprel 2026 16:15

    Bu gün ikinci Qəzza döyüşü başladı

    18 Aprel 2026 00:10

    London Hörmüz boğazının təhlükəsizliyi üçün ABŞ-la birgə hərbi planlar hazırlayır

    13 Aprel 2026 22:43

    Böyük Britaniya Hürmüz boğazının blokadasını dəstəkləmir

    13 Aprel 2026 14:51
    XƏBƏR LENTİ

    Tramp Media yeni xidmətlə böyük texnologiya şirkətlərinə meydan oxuyur

    Bitkoin imperiyasında ilk çatlar? Strategy-nin satışı bazarı silkələyib

    ABŞ Boeing 737 MAX və 787 təyyarələri ilə bağlı yeni qərar qəbul edib

    Norveçdə güclü yanğın 50-dən çox evi külə döndərib

    İran Əl-Üdeyd Hərbi Hava Bazasını vurduğunu iddia edib

    Yəməndə husilərdən diqqətçəkən açıqlama - Bütün variantlar masadadır

    Qətərin sərt bəyanatı Yaxın Şərqdə qüvvələr nisbətini dəyişə bilərmi?

    Böyük Britaniyada İranla bağlı yeni casusluq işi açılıb

    ABŞ qüvvələri Çabahar limanındakı müşahidə qülləsini məhv edib - CENTCOM

    SEPAH Hərbi Dəniz Qüvvələri ABŞ-a xəbərdarlıq edib - “Sıfır saat” yaxınlaşır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.