#Londonda etiraz aksiyası: Qreta Tunberq polis tərəfindən saxlanıldı

İsveçli iqlim fəalı Qreta Tunberq Londonda keçirilən fələstinlilərə dəstək aksiyası zamanı polis tərəfindən saxlanılıb. Aksiya Böyük Britaniyada fəaliyyəti qadağan edilmiş “Palestine Action” qruplaşmasına dəstək məqsədilə təşkil olunub. Etiraz aksiyası Londonda yerləşən və İsrailin müdafiə sənayesi şirkəti ilə əməkdaşlıq edən “Aspen Insurance” şirkətinin ofisi qarşısında keçirilib.