Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Britaniya Netanyahu barədə həbs qərarına görə məhkəməyə təzyiq göstərir - BCM baş prokuroru

    12 Dekabr 2025 19:02
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Britaniya Netanyahu barədə həbs qərarına görə məhkəməyə təzyiq göstərir - BCM baş prokuroru
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru Kərim Xan Böyük Britaniya hökumətinin İsrailin Baş naziri Benyamin Netanyahu barəsində həbs qərarı çıxarılması istiqamətində atılan addımlar davam edəcəyi təqdirdə məhkəməni maliyyə baxımından cəzalandırmaqla hədələdiyini iddia edib.

    AzerVoice xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Guardian” nəşri məlumat yayıb.

    Məlumata görə, Kərim Xan BCM-yə təqdim etdiyi rəsmi ərizədə Netanyahunun mühakimə olunması təşəbbüsünü müdafiə etdiyini və bu səbəbdən Londondan birbaşa təzyiqlərlə üzləşdiyini bildirib. Onun sözlərinə görə, Böyük Britaniya hakimiyyəti BCM-nin Netanyahu barədə həbs orderi çıxarmağa davam edəcəyi halda, məhkəmənin maliyyələşdirilməsini dayandırmaq və Roma Statutundan çıxmaq ehtimalını gündəmə gətirib.

    Xan bildirib ki, 23 aprel 2024-cü il tarixində yüksək vəzifəli britaniyalı rəsmi ilə bu mövzuda görüş keçirib. O, rəsminin adını açıqlamasa da, “The Guardian” həmin şəxsin o dövrdə Böyük Britaniyanın xarici işlər naziri olmuş Devid Kemeron ola biləcəyini yazıb.

    Baş prokuror əlavə edib ki, 2024-cü ilin aprelində ABŞ rəsmisi tərəfindən də xəbərdarlıq alıb. Bildirilib ki, Netanyahu barəsində həbs qərarlarının verilməsi “ciddi və dağıdıcı nəticələrə” səbəb ola bilər.

    #Londonun BCM-yə təzyiq iddiası: Netanyahu işi fonunda gərginlik #Kərim Xan Böyük Britaniyanın BCM-ni hədələdiyini açıqlayıb #Netanyahu işi üzrə beynəlxalq hüquq müstəvisində yeni qalmaqal #Прокурор МУС заявил о давлении Великобритании из-за дела Нетаньяху #Лондон якобы угрожал МУС из-за ордера на арест премьер-министра Израиля #Дело Нетаньяху вызвало напряжённость вокруг Международного уголовного суда #ICC prosecutor claims UK threatened court over Netanyahu arrest warrant #London accused of pressuring ICC amid Netanyahu case #Netanyahu probe sparks allegations of political pressure on ICC
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Nüvə sənayemiz dünyanın aparıcı ölkələri ilə eyni səviyyədədir - İranın nüvə rəhbəri

    27 Avqust 2026 12:51

    Tramp ABŞ-də fövqəladə vəziyyət elan edib

    27 Avqust 2026 12:37

    Rusiyada “Ozon”un iki logistika mərkəzinə PUA hücumu edilib

    27 Avqust 2026 11:40

    İran Prezidenti region ölkələrinə təhlükəsizlik çağırışı edib

    27 Avqust 2026 11:05

    Kolumbiya narkotik qaçaqmalçıları üçün üzən həbsxanalar hazırlayacaq

    27 Avqust 2026 10:21

    11 sentyabrın əsas şübhəlisi nə vaxt mühakimə olunacaq?

    27 Avqust 2026 10:13

    ABŞ Asiyada Çinə qarşı zəifləyir?

    27 Avqust 2026 10:01

    Robert Köçəryan həbs edildi

    27 Avqust 2026 09:15

    HƏMAS sözlə deyil, əməllə özünü göstərməlidir - ABŞ

    26 Avqust 2026 21:42

    İrana qarşı hərbi əməliyyat ehtimalı hələ də qüvvədədir - Pit Heqset

    26 Avqust 2026 21:38

    ABŞ-nin iqtisadi təzyiq siyasətinin arxasında hansı məqsəd dayanır?

    26 Avqust 2026 20:31

    İran hərbi gəmisi Hörmüz boğazından keçməyə çalışan Hindistan tankerinin qarşısını alıb

    26 Avqust 2026 20:28
    XƏBƏR LENTİ

    Suriya qlobal ödəniş sisteminə qayıtdı – əş-Şaraadan simvolik addım

    Qətər ərzaq təhlükəsizliyinin qorunmasının vacibliyini vurğulayır

    Ceyhun Bayramov Avstriyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

    Netanyahu Yəhya Sinvarla gizli əlaqə saxlayıb? Liberman araşdırma tələb edir

    İordaniya görüşündən sonra İsrail-Suriya razılaşması mümkün olacaqmı?

    İsrail Suriyə və Livana niyə eyni vaxtda hücuma keçdi?

    Nüvə sənayemiz dünyanın aparıcı ölkələri ilə eyni səviyyədədir - İranın nüvə rəhbəri

    Tramp ABŞ-də fövqəladə vəziyyət elan edib

    Rusiyada “Ozon”un iki logistika mərkəzinə PUA hücumu edilib

    Prezident İlham Əliyev Maya Sanduya məktub ünvanlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.